Qitə çempionatından 4 medal

 

Sloveniyanın Koper şəhərində yeniyetmə oğlan qızlar arasında cüdo üzrə Avropa çempionatına yekun vurulub. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, üç gün davam edən qitə birinciliyində 39 ölkədən 379 idmançı (217 oğlan, 162 qız) mübarizə aparıb. Yarışlara 9 cüdoçu ilə qatılan komandamız 2 gümüş, 2 bürünc medal qazanıb. Oğlanların yarışında Cəlil Cəlilov (66 kq) gümüş, Kamran Bağırov (50 kq) bürünc medala layiq görülüblər. Qızların mübarizəsində isə Xanım Hüseynova (63 kq) Şəfəq Muradzadə (52 kq) müvafiq olaraq gümüş bürünc medallara yiyələniblər. Bu nəticə ilə cüdoçularımız ümumi komanda hesabında 9-cu olublar.

 

 

Olaylar.-2009.-30 iyun.-S.14.