Güləşçilər 6 medal qazandı

 

İranın Astara şəhərində uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə turnir keçirilib. Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 11 idmançı ilə təmsil olunan yığma komandamız 2-ci yarış günü turnirdə daha 3 medal qazanıb. 76 kq cəkidə Orxan Şərifov finalda məğlub olaraq 2-ci yeri tutub. 63 kq-da Ruslan Şükürov və 69 kq-da Pərviz Axundov isə bürünc medal qazanıblar. Xatırladaq ki, yarışın ilk günü 50 kq-da Fərrux Ələkbərov 2-ci, həmin çəkidə Qalib Əliyev və 58 kq-da Bəxtiyar İsrafilli isə 3-cü nəticə göstərmişdilər.

 

Olaylar.-2009.-30 iyun.-S.14.