Avarçəkənlərimizin Avropa uğuru
Almaniyanın Brandenburq şəhərində avarçəkmə
üzrə böyüklər
arasında Avropa çempionatına yekun vurulub.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından verilən
məlumata görə, 35 ölkənin
qatıldığı yarışda ilk dəfə
komandamız da mübarizə aparıb.
Ölkəmizi kayak növündə təmsil edən Ramil Məmmədov 1 nəfərlik qayıqda 200 və 500 metr məsafələrə yürüşdə seçmə mərhələni dəf edə bilməyib. Əvəzində kanoeçilərimiz uğurla çıxış edərək, 1 qızıl, 1 bürünc medal qazanıblar.
Valentin Demyanenko 1 nəfərlik kanoe qayığında 200 və 500 metr, Maksim Prokopenko-Sergey Bezuqlı dueti isə 2 nəfərlik kanoe qayığında 500 və 1000 metr məsafələrə yürüşdə seçmə mərhələni keçərək, finala vəsiqə qazanıblar. Demyanenko 200 metrlik məsafəyə yürüşün həlledici mərhələsində də birinci yeri tutaraq, Avropa çempionu olub. Lakin o, 500 metrlik məsafəni 9 iştirakçı arasında sonuncu başa vurub.
Prokopenko-Bezuqlı dueti isə 500 metrlik məsafəni
1 dəqiqə 41 saniyə 876 mikrosaniyəyə qət edərək,
üçüncü yeri tutub. Almaniya və
Polşa komandasından geri qalan avarçəkənlərimiz
Rusiya,
Olaylar.-2009.-30 iyun.-S.14.