"Qızıl
kəlmə" ədəbi
mükafatı sahiblərinə
verildi
Əbülfəs Qarayev:
"Bu layihənin davamı
olacaq"
Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qızıl kəlmə" ədəbi mükafat dünən nəhayət, sahiblərinə təqdim olundu. Azərbaycan ədəbiyyatının inkişafı üçün atılan addımlardan olan layihəyə təqdim olunan əsərlər dörd nominasiya üzrə fərqləndirilib. Bu əsərlər müsabiqənin komissiyası tərəfindən qiymətləndirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi komissiyaya nazir müavini Ədalət Vəliyev, filologiya elmləri doktoru Nizami Cəfərov, şair Çingiz Əlioğlu, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə və başqaları daõildi.
Qeyd edək ki, 2008-ci ilin iyul ayında elan olunan müsabiqə 4 nominasiya üzrə keçirilir. Layihənin nəsr nominasiyası üzrə 12, poeziya üzrə 12, publisistika və ədəbi tənqid üzrə 11, bədii tərcümə üzrə isə 3 əsər qəbul edilib.
Dünən Mahnı Teatrında baş tutan təqdimat mərasimində ilk sözlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıõış edərək, ədəbiyyat sahəsində yeni təşəbbüs gerçəkləşdirildiyinə görə, şad olduğunu bildirdi: "Sevinirəm ki, bu layihəni gerçəkləşdirdik. Prezident İlham Əliyev ədəbiyyatımıza, incəsənətimizə daim qayğı ilə yanaşır. Biz bu yolu davam etdiririk. Azərbaycan ədəbiyyatının inkişafı üçün yeni nəşrləri dəstəkləyirik və bu, həmişə belə olacaq. Müsabiqə zamanı bir münsiflər heyəti olaraq çoõ çalışdıq. Əsərlərin hamısı öz dəyəri ilə seçildi. Ümumiyyətlə, müsabiqəyə təqdim olunan əsərlər arasında maraqsız olanı yoõ idi. Natiq Rəsulzadə, Ramiz Məmmədzadə, Mehman Qaraõanoğlu və başqalarının əsərləri qalib olmasalar da, dəyərli idilər".
Ə.Qarayev onu da bildirdi ki, müsabiqə davamlı olacaq. Gələcəkdə layihənin daha geniş miqyasda keçirilməsi nəzərdə tutulub.
Daha sonra çıõış edən Nizami Cəfərov isə bildirdi ki, Azərbaycan dünyada ədəbiyyatı ilə tanınmalıdı: "Biz həmişə dünyada ədəbiyyatımızla tanınmışıq. Amma bundan da çoõ tanınmalıyıq. Müõtəlif dövrləri müõtəlif şairlərin adı ilə fərqləndiririk. İstəyirəm ki, elə ədəbiyyat nümayəndələri indi də yetişsin. Elə sənətlər var ki, dövlətin nəzarəti altında olmalıdı. O cümlədən də yazıçıya, sənət adamlarına mükafatların verilməsi vacibdi". Qeyd edək ki, "Nəsr əsəri" nominasiyasının qalibi Hüseynbala Mirələmov "Heydər Əliyev" kitabına görə, Aqil Abbas "Dolu" romanı və Elçin Hüseynbəyli "On üçüncü Həvvari-Don Juan" romanına görə seçildi. "Poeziya nominasiyası"nın qalibləri isə "Qalmaz belə, qalmaz dünya" şeirlər kitabına görə Zakir Fəõri, 4 cildlik seçilmiş əsərlərinə görə Taleh Həmid oldu. "Bədii tərcümə nominasiyası" üzrə isə Miõail Bulqakovun "Master və Marqarita" romanının tərcüməsinə görə Saday Budaqlı, Gülşən Lətifõanın "Azər və Aida" romanının tərcüməsinə görə isə Məmməd Oruc qalib elan olundular.
Bununla yanaşı müsabiqənin iki "Şans ödülü" təsis edilib. Bu ödülə "OLAYLAR" İnformasiya Agentliyi və eyniadlı qəzetin baş redaktoru, yazıçı, türkoloq-alim Yunus Oğuz "Nadir şah" romanına görə, şair Səlim Babullaoğlu isə İlyas Göçmənin "Şəkil dəftəri" kitabına görə layiq görüldülər.
Çıõışı zamanı ümummilli lider Heydər Əliyevin Azərbaycanda yaratdığı sabitlikdən danışan Y.Oğuz bildirdi ki, məhz bunun nəticəsində Azərbaycanda qələm sahibləri sərbəst və rahat yaza bilirlər: "O olmasaydı, Azərbaycan parçalana bilərdi və biz indi belə rahat yaza bilməzdik. Bu gün ədəbiyyat nümayəndələri üçün möhtəşəm gündü. Mən Əbülfəs Qarayev və Nizami Cəfərova minnətdarlığımı bidirirəm. "Nadir şah" romanı çoõ uğurlu əsərdi və təkcə 4 ay ərzində 2 dəfə nəşr olunub. Yenə də nəşr olunacaq. Mən artıq "Təhmasib şah" əsərini də bitirmişəm. Çoõ güman ki, növbəti müsabiqəyə bu əsərlə qatılacam".
Gülər Nizamiqızı
Olaylar.- 2009.- 7 may.- S. 8.