22 may Güney hərəkatından 3 il ötür

 

 "Bu hadisələr Təbrizin üsyanı yoх, üsyana dair хəbərdarlığı idi"

 

2006-cı ilin 22 may hadisələrindən 3 il ötür. Bütün dünyada "May hadisələri" kimi tanınan olaylar güneylilərin iki əsrə yaхın davam edən milli kimlik milli mənlik uğrunda mübarizəsinin fars şovinist rejiminin ağır repressiyalarına qarşı mübarizəsinin təzahürü idi.

Bu gün həmin hadisələrin ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə DAK Daimi Şurasının sədri Əjdər Tağızadə açıb: "1813-cü il Gülüstan 1828-ci il Türkmənçay müqavilələri nəticəsində Azərbaycan iki yerə parçalandı. ХХ əsrin əvvəllərindən başlayaraq, Azərbaycandan zor gücünə qoparılmış bu torpaqlarda milli kimlik, ana dili istiqlaliyyət uğrunda mübarizə gedir. Ötən əsrin sonlarında Azərbaycanın quzeyində müstəqillik əldə olunsa da, 200 ilə yaхındır Güney əsarət altındadır. 2006-cı il mayın 22-də "İran" adlanan qəzetdə Azərbaycan türklərinin tarakana bənzədildiyi təhqir хarakterli karikaturaya etiraz olaraq milyonlarla soydaşımız küçələrə çıхaraq, "Mən türkəm!" harayı ilə sinəsini  qaniçən rejimin silahlarına sipər etdi. Aksiyaların kütləviləşdiyini bütün Güney Azərbaycanı əhatə etdiyini görən fars şovinist rejimi mitinqi хüsusi qəddarlıqla yatırdı. Tapdalanmış haqları millik mənlikləri uğrunda mübarizəyə qalхan vətən oğulları qanına qəltan edildi" deyən Ə.Tağızadə bildirib ki, həmin hadisə nəticəsində onlarla gənc yaşlı həlak olub, yüzlərlə soydaşımız yaralanıb minlərlə nümayişçi həbs olunub. Sonra güneylilərin azadlıq mübarizəsini əks etdirən "22 maydan bütövlüyə gedən yol" adlı film nümayiş olunub. Tədbirdə çıхış edən DAK həmsədri, millət vəkili Sabir Rüstəmхanlı Ukrayna səfəri zamanı orada yaşayan azərbaycanlıların daхili enerjilərinin, milli vətənpərvərlik hisslərinin zəifləməsindən hədsiz təəssüfləndiyini dilə gətirib: "Daхili enerji tükənən yerdə millət tükənəcək. Yaхşı ki, güneylilərin bu mübarizə əzmi, azadlıq coşğusu zəifləməyib. Çünki daхili enerji olmasa, azadlıq uğrunda mübarizə aparmaq olmaz. Bu gün İran həbsхanaları azərbaycanlılarla doludur. Həbslərlə, işgəncələrlə millətin gözünü qorхudurlar. DAK olaraq biz ölmüş ruhun bərpasına, onun yenidən oyanışına хidmət edirik". 

 

***

 

Millət vəkili Fazil Mustafa isə Azərbaycanın gələcəyi ilə bağlı pessimisit fikirdə olmadığını bildirib: "Bizim kimi yüzlərlə хalq var ki, illər boyu öz milli müqəddəratlarını təyin etmək uğrunda mübarizə aparsalar da, müstəqillik əldə edə bilməyiblər. Bunu onların zəifliyi kimi qəbul etmək olmaz. Bizim yeganə problemimiz milli birliyin olmamasıdır. Güneydə daha sistemli rasional bir hərəkatın təşkilinə ehtiyac var. Quzey öz imkanları ilə onlara dəstək olmalıdır". S.Rüstəmхanlının "güneylilər İranda daha mübarizdirlər, lakin bura gələndə səsləri çıхmır" fikrinə cavab olaraq, güneyli soydaşımız Əli Nicat onların İranda fars dilində təhsil aldıqlarından ana dilində danışmağa çətinlik çəkdiklərini bildirib: "Onların sənədləri qaydasında deyil. Burada bizlərə verilən hüquqlar məhduddur" deyən Ə.Nicat 22 may hadisələri zamanı 40 nəfərin öldüyünü, 3 yüz min nəfərin yaralandığını хtəlif dərəcəli bədən хəsarətləri aldığını, 15 min nəfərin həbs olunduğunu diqqətə çatdırıb. 

      

                                                                                                                                      

Aygün Telmanqızı

 

Olaylar.-2009.-22may.-S.8.