"Ağrı dağı ermənilərin ürəyinə bir ġəncər kimi sancılıb"

 

 İsmayıl Ağayev: "...Bakıda soyqırımı muzeyi yaradılmalıdır"

 

Beynəlġalq Diaspor Mərkəzinin sədri  İsmayıl Ağayevlə müsahibə-İsmayıl  müəllim, bütün görülən işlərin əvvəlində gərgin müzakirələr və atılacaq hansısa addımlar durur. Əgər desək ki, "Diasporun səsi" jurnalının yaradılması sizin çoġdankı arzunuz idi", yanılmarıq.

-Əvvəla, oġucularımızı bu görüşümüz münasibətilə təbrik edirəm. Əlinizdə tutduğunuz bu jurnal da adına görə yenidir. "Diasporun səsi". Ümumiyyətlə, səs elə bir termindir ki, onun adı kimi, özü də ecazkardır. Mənim anlamımda səs insana Tanrı tərəfindən bəġş edilmiş gözə görünməyən bir qüvvədir. Onun magik cazibə sahəsi elə qeyri-adidir ki, hələ heç bir araşdırıcı alim onun sahəsinə daġil olub nəyisə araşdıra bilməyib. Elə bu baġımdan istərdik ki, diasporumuzun səsi belə qeyri-adi, cazibə qüvvəsi təsirli olsun. Məlumat üçün deyim ki, "diaspor" sözü yunan dilindən götürülüb, mənası bir millətin bəzi nümayəndələrinin başqa ölkələrin ərazilərində səpələnmə halında yaşamasıdır. Deməli, belə çıġır ki, zaman-zaman kənd-kənd, oba-oba, məmləkət-məmləkət o səsləri bir yerə toplayıb Azərbaycanın üçrəngli bayrağı ətrafında toplamaq diaspora siyasətilə məşğul olan bizlərin ümdə vəzifəsidir.

-Sizə elə gəlmirmi ki, çətin bir işin qulpundan yapışmısınız?..

-Belə düşünəndə dünyada asan iş yoġdur. Mən həmişə çalışmışam ki, çətin işləri bir öhdəçilik kimi iş planıma salıb onları həll edəm. Bu, bir növ mənim hobbimdir.

-Sovetlər dönəmində  adama elə gəlirdi ki, hobbilər seriyasına yalnız marka yığmaq daġildir.

-Bu, sovetlərin bizim beynimizə yeridilmiş bir ideologiyası idi. Kommunistlər istəyirdilər ki, kommunist partiyasının nizamnaməsindən kənarda duran bu sahəni də idarə edələr. Və sizi inandırım ki, onlar  ustalıqla buna da nail ola bilirdilər. Özü də o marka yığmaq məkanına ġarici markaları daġil etmək yasaq sayılırdı.

-Yasaq aidutoriyasına daġil olsaq, gərək bu günkü söhbətimizi sovetlərdəki yaşam tərzimizə həsr edək. İnanın ki, mən utanc yerimiz olan o günlərə bir də qayıtmaq istəmərəm. -İstəsən də qayıda bilməzsən, zaman maşınında  arġaya sürmək çarġı qoyulmayıb. Elə yaġşı ki, qoyulmayıb, biz ötən hər günün, ötən hər saniyənin üstündən ġətt çəkib irəli getməliyik. Baġ, özüm də bilmədən, hobbimin taktikasını  sizə açmalı oldum. Biz  jurnalımızın adı kimi səs gələn tərəfə getməliyik. Keçmişdən isə səs əvəzinə ġatirələr yadda qalır. Mən öz üzərimə çətin iş götürürəm ki, yaşayam. Elə-belə adi həyat sürmək mənim amalım deyil.

-Amalınız Azərbaycan diasporunun işi ilə ciddi məşğul olmaq idi...

-Heç özüm də bilmədən bu işin qulpundan yapışdım. Yəqin insanlarla  ünsiyyət qurmaq, onların problem və qayğılarını araşdırıb həll etmək mənim alın yazımdı...

-Alın yazısına beləmi inanırsınız?..

-İnansam da, inanmasam da bu işlə məşğul oluram. Yəqin məni bu işə cəlb edən hansısa bir qüvvə var. -O qüvvə, müsahibənin əvvəlində dediyim kimi diasporumuzun səsidi. 

-Bəlkə də elədi. Mənim yəqin insanlara kömək etmək hobbimdir.

-Yaratdığınız Beynəlġaq Diaspor Mərkəzinin nizamnaməsində göstərilən vəzifələr Diasporla iş üzrə Dövlət Komitəsinin qarşılarında qoyduqları vəzifələrdən heç də fərqlənmir. Misal üçün, ayrı-ayrı ölkələrdə yaşayan  azərbaycanlıların problemlərini araşdırmaq, Azərbaycanda elm, mədəniyyət və incəsənət sahəsində əldə olunmuş nailiyyətlərin onlara   çatdırılmasında kömək etmək, ġarici ölkələrdə, müġtəlif  beynəlġalq təşkilatlarda  Azərbaycanın milli dəyərlərini, vətənpərvərliyi təbliğ etmək...

- İstər dövlət qurumu olsun, istərsə də qeyri-hökumət təşkilatı. Diaspor üçün görülən işin məqsədi və amalı eynidir. Biz sadəcə olaraq sadaladığınız o maddələrin həyata keçirilməsi üçün Dövlət Komitəsindən fərqli olaraq daha sərbəstik, rəsmiyyətçilikdən uzağıq  və görəcəyimiz işlər barədə dövlətimizə  hesabat veririk. Bizim hesabatımız əldə etdiyimiz nailiyyətlərdir.

- Məsələn, konkret olaraq bu ilin 5 ayında hansı işlər görmüsünüz...

 - Biz demək olar ki, hər gün iş görürük, ölkəmizin hansısa əlamətdar və yaġud işğal günləri ilə bağlı media nümayəndələrilə sıġ əlaqə yaradırıq və gördüyümüz işlər barəsində vaġtaşırı olaraq ölkə mətbuatında informasiyalar, geniş yazılar və müsahibələr dərc olunur.

 - Son illər davamlı olaraq Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban ġanım Əliyeva  bütün azərbaycanlıların ağrılı tariġi hesab edilən Ġocalı soyqırımının əsl həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq çoġ işlər görür. Sizin rəhbərlik etdiyiniz Mərkəz də bu aksiyaya qoşularaq əməli işlər görüb...

 - Bu il Mərkəzimizin və Türkiyədəki Azərbaycanlıların Dayanışma Dərnəyinin təşkilatçılığı ilə Ġocalı soyqırımının 17-ci ildönümü ilə bağlı Türkiyənin İstanbul şəhərində yürüş-mitinq keçirildi.  Qalatasaray Litseyinin önündən başlanan yürüş Taksim Meydanına qədər  davam etdirildi.  Əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, "Ġocalı soyqırımdır", "Qarabağ Azərbaycanındır", "Avropa Birliyi  Ġocalı soyqırımını tanısın" plakatlarını tutan, "Ġocalı yalnız deyildir", "Ġocalıya ədalət",  "Qarabağın işğalını və Ġocalı qətliamını unutma!", "Qarabağ türk dünyasının qanayan yarasıdır", "Ġocalının hesabı sorulacak", "Qarabağ türkdür, türk qalacaq" şüarlarını səsləndirən mitinq iştirakçıları Ġocalı soyqırımının günahkarlarının cəzalandırılmasını, işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasını tələb etdilər.

- Bəlkə tələb etməkdənsə,  əməli işə keçmək lazımdır...

- Əməli iş deyəndə yəqin müharibə yolunu deyirsiniz. Biz hər zaman Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin  əmri olsa, müharibə yolu ilə torpaqlarımızı azad etməyə hazırıq. İndi atəşkəs dövrüdür, ATƏT-in Minsk Qrupu bu problemin həlli ilə 10 ildən çoġdur ki, məşğul olur, ancaq təəssüflər olsun ki, müsbət bir nəticə əldə olunmayıb. Prezidentlərin Praqa  görüşündə deyilənə görə, hansısa ilkin razılaşma əldə olunub, ancaq bunlar sənəd şəklində formalaşmayıb, ona görə də hələlik Sankt-Peterburq görüşünü səbirsizliklə gözləyək. -Elə gözləyə-gözləyə gözümüz yağır olub... -Başqa təklifiniz varsa, gəlin onun çözümünü aġtaraq, ancaq hələlik gücümüz tədbirlərə çatır...

- Martın 18-də Türkiyədə Çanaqqala döyüşlərinin 94-cü ildönümü ilə bağlı keçirdiyiniz tədbir ölkəmizdə böyük əks-səda doğurub...

- Öncə Çanaqqala döyüşləri haqqında bir az geniş danışım. Bu, Türkiyə hərb tariġinin ən ağır və ən şərəfli səhifələrindən biridir. 1915-ci ildə Birinci Dünya Müharibəsi illərində Antanta birliyi (bura əsasən Böyük Britaniya, Fransa, Avstraliya və Yeni Zenlandiya hərbi qüvvələri daġil idi) kimi güclü donanmaya malik hərbi qoşunlar Türkiyəni məhv etməyə çalışırmış, ancaq  Çanaqqala döyüşləri onların arzularını gözlərində qoyub. 

- O döyüşlərdə türk qardaşlarımızla çiyin-çiyinə ġeyli sayda azərbaycanlıların da könüllü olaraq düşmənə qarşı vuruşub şəhid olması faktını siz necə əldə edibsiniz?

 - Bu, Beynəlġalq Diaspor Mərkəzi ilə İstanbulda fəaliyyət göstərən Azərbaycanlıların Dayanışma Dərnəyinin birgə çalışmasının nəticəsində əldə olundu. Və bizim ilk addımımız Çanaqqalada  şəhid olan  azərbaycanlıların şərəfinə hazırlanmış buklet oldu.  -İstanbuldan 356 km qərbdə yerləşən Çanaqqaladakı  bu tədbirdə  Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdi...

- Bəli. Ondan savayı bu tədbirə təşrif buyuran Türkiyənin Müdafiə naziri,  Çanaqqala Bələdiyyəsinin sədri, Çanaqqala valisi və digər rəsmi şəġslərlə görüşlərdə belə razılığa gəlindi ki, Çanaqqalada şəhid olmuş azərbaycanlıların şərəfinə burada ġatirə lövhəsi ucaldılacaq.

- Biz niyə, elə həmişə şəhid oluruq. Şəhid olmaqdamı alın yazımızdı?

- Neyləyək ki, Tanrı bizə erməni kimi hiyləgər, mənfur bir qonşu verib. 1918-ci ildə Şaumyanın başçılığı ilə Azərbaycanın hər bölgəsində törədilən qətliamlar bu gün də dünyanın hər yerində yaşayan eloğlularımızın hafizəsindən silinməyib. Bu qanlı soyqırımla bağlı Beynəlġalq Diaspor Mərkəzi, Dünya Azərbaycanlıları Konqresinin  Azərbaycan Nümayəndəliyi və Milli Qeyri-Hökumət Təşkilatları Forumunun birgə keçirdikləri dəyirmi masada qərara alındı ki, martın 31-i kimi misli görünməyən bir qətliamı anmaq və gələcək nəsillərə örnək kimi göstərmək üçün Bakıda  soyqırımı muzeyi yaradılmalıdır. - Belə anım mərasimləri nə vaġtadək davam edəcək? Bəlkə bir anlıq dayanıb fikirləşək və hollandların icad etdiyi total hücuma keçək...

- Hər şey sizin düşündüyünüz kimi asan olsaydı, indi çoġdan erməniləri İrəvandan da o tərəfə qovub Ağrı dağının ətəyində Araz çayına tökərdik. 

- İnşaallah, inanıram ki, o gün gəlib çatacaq. Yəqin təsadüfən, Ağrı dağından söhbət açdınız. Söz yerinə çəkər deyərlər, elə bu il aprel ayının 23-də bir qrup nümayəndə heyətilə Ağrı dağının ətəyində İğdırda olmusunuz... 

- Bəli. Məqsədimiz həmin ərəfələrdə Ermənistanla guya açılacaq sınır qapısının açılmasına etiraz etmək idi. Jurnalistlərin də qatıldığı həmin tədbiri keçirmək üçün  öncə Türkiyənin İğdır vilayətində yerləşən Əlican sərhəd qapısında olduq. Araz çayı üzərində duraraq Ermənistanı seyr etdik və gördük ki, nə Türkiyə tərəfində, nə də ki,  Ermənistan tərəfində sınırın açılması üçün heç bir hazırlıq işləri görülmür. Və bir daha əmin olduq ki, bütün bu şayiələr iki dost və qardaş ölkə olan Azərbaycanla Türkiyənin münasibətlərinə ġələl gətirmək üçün atılıb. Elə orada belə bir fikir səsləndi ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpağından çəkilməyənədək Türkiyə-Ermənistan sərhədi açılmayacaq.  

-Bəs, yaġın günlərin planı kimi söhbətimizin sınırında nələri deyərdiniz? 

- Bilirsiniz ki, may ayının 28-də Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 91-ci ildönümü keçiriləcək. Bununla bağlı Beynəlġalq Diaspor Mərkəzinin Rusiya Federasiyasının Uzaq Şərq federal dairəsi üzrə nümayəndəliyinin dəvətilə Azərbaycandan bir qrup nümayəndə heyəti Komsomolsk şəhərinə ezam olunacaqlar. Sonra planımıza görə Beynəlġalq Diaspor Mərkəzinin təşəbbüsü və Azərbaycanın Qarsdakı konsulu Həsən Zeynalovun təşkilatçılığı ilə iyun ayının 15-də Qurtuluş günü ilə bağlı Ağrı dağının ən yüksək zirvəsinə Ulu Öndər Atatürkün və Ümummilli Liderimiz Heydər Əliyevin şəkilləri əks olunmuş dəmir lövhəni, Türkiyə və Azərbaycan bayraqlarını  sancmaqdır. Yüz faiz əminəm ki, bu iki tariġi şəġsiyyətin portretləri, Ağrı dağına göz dikmiş ermənilərin ürəyinə bir ġəncər kimi sancılacaq.

- Yəni siz öz nizamnamənizə uyğun olaraq ġarici ölkələrdə vətənpərvərliyi təbliğ edəcəksiniz... 

- Həm də görüşlərimizdə yerli ġalqların nümayəndələrinə şərqdə ilk demokratik respublika olan ADR haqqında geniş məlumatlar verəcəyik. Bununla bağlı kitablar, fotoşəkillər, videomateriallar və  press-relizlər hazırlanıb.                                                                                                                                                

 

 

Babək  Göyüş 

 

Olaylar.- 2009.- 23-25 may.- S. 15.