Tolerantlığın Azərbaycan modeli
dünyada ən mükəmməl
nümunədir
"Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Azərbaycanda milli və dini dözümlülük, yüksək tolerantlıq bizim güc mənbəyimizdir”.
İlham Əliyev
Tanrı Azərbaycandan heç nəyi əsirgəməyib. Ölkəmizin yeraltı və yerüstü sərvəti Yaradanın xalqımıza bəxş etdiyi tükənməyən sərvətdir. Tarixin keşməkeşlərinə vüqarla sinə gərən Azərbaycan xalqı özünün mədəni zənginliyi ilə qürur duyur.
Çağdaş Azərbaycan multikulturalizm məkanı kimi dinlərin müxtəlifliyini vahid harmoniyada birləşdirən unikal ölkəyə çevrilib. Bu harmoniya respublikamızda yaşayan hər bir etnik qrupun, xalqın ümummilli həmrəyliyinə xidmət edir. Azərbaycanda yaşayan xalqlar üçün dini və milli tolerantlıq mənəvi keyfiyyətlərin daşıyıcısıdır. Burada ayrı-ayrı inancları özünün mənəvi qidası hesab edən insanların əsrlər boyu əmin-amanlıq şəraitində yaşamasını bəşəriyyətə sülh çağırışı kimi dəyərləndirmək olar.
"Tolerantlıq təkcə dinlərin bir-birinə dözümlüyü deyil”
Müstəqillik dövründə xalqımızın öz kökünə qayıdışı tolerantlığa, islami dəyərlərə daha böyük üstünlük verilməsinə, adət-ənənələrimizin bərpasına və cəmiyyətin əxlaqi-mənəvi yüksəlişinə zəmin yaratdı. Bu ali dəyərlərin qorunması dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. Tolerantlıq, ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsindən qaynaqlanan düşünülmüş addımlar sayəsində "mədəniyyətlərin, dinlərin birgə yaşayışı” statusunu bərpa etdi.
Ulu öndər geniş məna tutumuna malik olan tolerantlıq termininə lakonik izah verərək demişdir: "Tolerantlıq həm insani münasibət və cəmiyyətdə gedən proseslərin, həm də dövlətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir. Tolerantlıq təkcə dinlərin bir-birinə dözümlüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına, mədəniyyətlərinə dözümlülük deməkdir”.
Ümummilli liderin miras qoyduğu bu siyasəti onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ölkə prezidentinin milli-mənəvi dəyərlərimizə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirib. Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevrilib. Bu gün tolerantlıq Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Azərbaycan dinlər arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir. Dünya Dini Liderlərinin Ümumdünya Sammiti (2010-cu il) və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun (2016-cı il) Bakıda keçirilməsi bunu bir daha təsdiqləyir.
Qeyd edək ki, 33 ölkənin iştirak etdiyi Sammitin iştirakçıları arasında bütün ermənilərin katalikosu II Qoreginin də yer alması dini dözümlülüyün təcəssümü idi. Həmin tədbirdə çıxış edən Prezident İlham Əliyev ölkəmizdə müxtəlif dinlərin mövcud olmasını, millətlərin əsrlər boyu birgə yaşadığını, dini azlıqların hüquq və azadlıqlarının qorunduğunu vurğulamışdı.
Azsaylı xalqlar özlərini Azərbaycanda
yad hiss etmirlər
Uzun
illərdir ki, ölkəmizdə müxtəlif
dinə etiqad edən xalqlar
azərbaycanlılarla çiyin-çiyinə
yaşayırlar. Bu xalqların monolit birliyi Azərbaycan
tolerantlığı ilə vəhdət təşkil edir. Tolerantlıq ölkənin (xalqın) mənəvi
zənginliyi deməkdir. Bu baxımdan Azərbaycan
zəngin ölkədir. Azərbaycan dövlətinin,
xalqımızın dini və etnik tolerantlığı barədə
müxtəlif səpkili yazılar yazılıb, televiziya verilişləri hazırlanıb, Azərbaycan
tolerantlığı beynəlxalq konfransların müzakirə
mövzusuna çevrilib.
Respublikamızda etnik və dini mənsubiyyətinə görə fərqlənən
xalqların məskunlaşması zənginliyimizin,
tolerantlığımızın bariz
nümunəsidir. Dini qurumların yenidən
dövlət qeydiyyatına alınması prosesi
başlayandan (01.09.2009-cu il)
sonra 793 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 765-i İslam, 28-i isə qeyri-islam (xristian - 17; yəhudi - 8; krişna - 1;
bəhai - 2) təmayüllüdür. Hazırda ölkəmizdə
14 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.
Dövlət Statistika Komitəsinin məlumatına görə,
ölkəmizdə əhalinin
təxminən 90 faizini
azərbaycanlılar təşkil
edir. Bundan başqa, ölkənin
ayrı-ayrı bölgələrində
talışlar, ləzgilər,
ruslar, kürdlər, tatlar, yəhudilər, udinlər məskunlaşıblar.
Say tərkibinə görə
daha az
olan ingiloylar, xınalıqlılar, lahıclar,
qırızlar, rutullar,
kilitlilər də qədim yurdumuzun qədim sakinləridir. Bu etnik toplumlar özlərini Azərbaycanda
yad hiss etmirlər. Əsrlərdən bəri davam
edən birgə yaşayış, qarşılıqlı
münasibət, dilə,
dinə, adət-ənənələrə
göstərilən ehtiram
bu xalqların qaynayıb-qarışmasına zəmin yaradıb. Dağ Yəhudiləri dini icmasının sədri,
"Şöhrət” ordenli
Milix Yevdayevin bu məsələyə münasibəti təqdirəlayiqdir.
O, çıxışlarının birində bunları deyib: "Azərbaycan həmişə müxtəlif
xalqların, millətlərin
və dinlərin birgə yaşadığı,
mədəniyyətlərin qovuşduğu tarixi məkan olmuşdur. Ölkədə bütün azsaylı
xalqlara, dinlərə,
millətlərə qarşı
yüksək mədəniyyət
nümayiş etdirilir.
Azərbaycanda olduğu qədər
tolerant mühitin formalaşdığı
ikinci belə bir dövlət tanımıram. Ölkəniz öz müsbət nümunəsi ilə müsəlmanların, yəhudilərin
və xristianların sülh və qarşılıqlı hörmət
şəraitində dinc
yanaşı yaşamaq
imkanlarını sübuta
yetirir. Yəhudilərin Azərbaycanda məskunlaşmasının
2000 ildən çox tarixi var. Azərbaycanlılarla
yəhudilər arasında
dostluq və tolerant münasibət olmasaydı,
biz burada dinimizi, adət-ənənələrimizi saxlaya bilməzdik. Bizim bu dostluğumuzu, Azərbaycandakı tolerantlıq
mühitini heç bir qüvvə poza bilməz”.
Etnik qrupların mərd oğulları vətənin
dar günündə biganə qalmayıb, azərbaycanlılarla əl-ələ
verib, çiyin-çiyinə
dayanıblar. Qarabağ uğrunda savaşda şücaət göstərərək
Azərbaycan Prezidenti tərəfindən Milli Qəhrəman adına layiq görülənlər
arasında rus (Yevgeni Korlov, İqor Makiyev), yəhudi (Albert Aqoronov) və digər xalqların nümayəndələrinin
olması təsadüfi
deyil.
Üç müxtəlif
dinin dinc yaşadığı nadir ölkə
Hazırda Avropa qitəsində islamafobiya düşüncəsi
pik həddə çatıb. Yaxın Şərq ölkələrinin
əksəriyyətində məzhəb savaşı
tüğyan edir.
Belə bir zamanda Azərbaycanda
dini və milli tolerantlığın
qorunması, həmçinin
inkişafı üçün
atılan addımlar hər birimizi sevindirir. Dövlət tərəfindən düşünülmüş şəkildə həyata
keçirilən işlər
dini sabitliyin qorunmasında mühüm
əhəmiyyət kəsb
edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı respublikadakı dini konfessiyalara dövlət qayğısından danışkən
Azərbaycanda dövlət-din
münasibətləri normal məcrada inkişaf etdiyini vurğulayıb:
"Pravoslav və katolik kilsələri, sinaqoqlar, Atəşgah məbədi - bütün
bunlar Azərbaycanın
mədəni irsinin tərkib hissəsidir. Bütün dini qurumlara, o cümlədən qeyri-müsəlman
dini icmalara dövlət tərəfindən
mütəmadi maliyyə
yardımı göstərilir.
Ölkəmizdə istənilən dini
icmanın azad fəaliyyətinə tam şərait
var. Azərbaycan tolerantlıq
baxımından dünyanın
ən qabaqcıl ölkələri sırasındadır”.
Azərbaycanda dini görüşlərinə
görə heç kimə təzyiq göstərilmir. Əksinə, ölkəmizdə Multikulturalizm mərkəzi
yaradılıb, əhalini
bu istiqamətdə maarifləndirmək üçün
Bilik Fondu təsis edilib. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən
2016-cı ilin "Multikulturalizm
ili” elan edilməsi bir daha göstərdi ki, dini-milli tolerantlığın inkişafı
dövlətimizin önəm
verdiyi mühüm məsələdir.
Azərbaycan tolerantlığı Avropanın
da diqqətini cəlb edib. Artıq avropalılar
Azərbaycanda olan bu unikal modelin
təcrübəsini öyrənirlər.
İtaliyanın paytaxtı
Roma şəhərində "Müsəlman ölkəsində
müxtəlif dinlərin
yanaşı mövcudluğu:
Azərbaycan təcrübəsi”
adlı beynəlxalq konfransın keçirilməsi
ölkəmizdə bu
sahədəki mövcud
vəziyyətin reallığını
əks etdirir. Konfransda Azərbaycanın müxtəlif
dinlərin birgə mövcudluğu sahəsində
böyük təcrübəyə
malik olması, həmçinin bu təcrübənin öyrənilməsinin
vacibliyi xüsusi vurğulanıb. Təkcə Avropa
deyil, Qərbin dini liderləri də Azərbaycanın dini tolerantlıq baxımından örnək
götürüləcək bir ölkə olduğunu etiraf edirlər. 2002-ci ildə Bakıya səfər edən dünya katoliklərinin mərhum lideri, Roma papası II İohan Pavel Azərbaycanı
"üç müxtəlif
dinin dinc yaşadığı nadir ölkə”
adlandırıb. "Azərbaycanda dini dözümlülük baxımından
sabit cəmiyyət mövcuddur. Qoy üç
böyük din tərəfindən
izhar edilmiş bu məhəbbət şahidliyinə görə
Allaha həmd olsun”, - deyə Roma papası bildirib. Onu da deyək
ki, Azərbaycan əhalisinin cəmi 0,5 faizini katoliklər
təşkil edir. Dünya katoliklərinin dini liderinin məhz belə bir ölkəyə
səfər etməsi
Azərbaycanda məskunlaşan
azsaylı xalqların
dininə xoş münasibətin dönməzliyindən
xəbər verir.
Xatırladaq ki, Azərbaycan
yeganə İslam ölkəsidir ki, bu ölkənin mədəni irsi Vatikanda nümayiş etdirilib.
Bakının mərkəzindəki
erməni kilsəsi bu gün də
qalmaqdadır
Azərbaycan xalqı ona pənah gətirən hər kəsdən üz döndərməyib. Pənah gətirən
erməni də olsa, xalqımız özünəməxsus insanı
keyfiyyətlərə sadiq
qalıb. Lakin azərbaycanlıların bir
vaxtlar dost bildiyi ermənilər xalqımıza
qarşı hər zaman düşmən münasibəti göstərib.
Əsli,
kökü, tarixi olmayan ermənilərin törətdikləri dəhşətli
qırğınlar minlərlə
soydaşımızın həyatına
son qoydu. Bütün bunlara
baxmayaraq, Azərbaycanı
ümid yeri bilərək ölkəmizə
pənah gətirən
erməni ailələrinə
(2010-cu ildə Gevorkyanlar,
2015-ci ildə Martirosyanlar
ailəsi), ordudakı
dözülməz vəziyyətə
görə ölkəmizə
üz tutan erməni hərbçilərinə
sığınacaq verilib.
Hətta
Martirosyanlar ailəsi Azərbaycan vətəndaşlığını
qəbul etmək üçün dövlət
başçısı cənab
İham Əliyevə
müraciət ünvanlayıblar.
Bu, hər cür
xəyanəti, nankorluğu
unutmağı bacaran
("unutqan” ifadəsi
ilə səhv salmayın - R.S.) Azərbaycan xalqının
tolerantlığının, dözümlülüyünün əyani ifadəsidir.
Lakin erməni xisləti, erməni nankorluğu
"haylar”ın qanındadır.
Onlar xalqımızı dünyaya
qeyri-tolerant, qəddar
xalq kimi təqdim etmək üçün bütün
çirkin yollara əl atırlar. Amma unudurlar ki, tolerant, çoxmillətli Azərbaycandan
fərqli olaraq, Ermənistan əhalisinin
99 faizi ermənilərdən
ibarət olan monomilli dövlətdir.
Hazırda qədim İrəvan
xanlığı ərazisində
bir nəfər belə azərbaycanlı yaşamır. Azərbaycanda (xüsusilə Bakıda) isə 20 min erməni rahat şəkildə ömür sürür.
Bakının mərkəzində erməni kilsəsi bu gün də
qalmaqdadır. Düzdür, həmin kilsə ibadət yeri kimi fəaliyyət göstərmir, amma buranın eksponatları, kitablar qorunur. Digər millətlərin dininə,
mədəniyyətinə bu
cür yanaşma tolerantlığın ən
yüksək zirvəsi
deyilmi?
Tanrı Azərbaycana
hər şey verib: bol sərvət,
bərəkətli torpaq,
halal zəhməti hər şeydən uca tutan mehriban,
qonaqpərvər, səxavətli
insanlar. Təbii sərvətlərimiz nə vaxtsa tükənə bilər.
Amma yaddaşımızda, düşüncəmizdə
qranit möhkəmliyi
ilə kök salan tolerantlıq, tarix boyu digər
xalqların dəyərlərinə
göstərdiyimiz xoş
münasibət isə
heç vaxt tükənməyəcək.
Rahib Səmədov
Olimpiya dünyası.- 2018.- 27 fevral- 5 mart.- S.7.