Azərbaycan yığması
II Avropa Oyunlarında 28 medal
qazandı
Minskdə
keçirilən ikinci Avropa Oyunlarında 82 idmançı ilə
təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq komanda
hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşıb.
Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.
Yarışın sonuncu günündə - iyunun 30-da 36 dəst medalın sahibləri müəyyənləşib. Azərbaycan millisi “Minsk 2019”un sonuncu günündə aktivinə 3 gümüş və 1 bürünc medal yazdırıb. Gümüş medalları karateçilərimizdən Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), yunan-Roma güləşi yarışında isə İslam Abbasov (87 kq) qazanıblar. Bürünc medala isə yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) sahib olub.
Ümumilikdə 200 dəst medala
43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl
medal sevinci yaşayıb. Bakıda keçirilmiş
ilk Avropa Oyunlarında
olduğu kimi, ikinci Avropa Oyunlarında
da Rusiya komandası medal siyahısında
birinci yeri tutub. Rusiyalı idmançıların aktivində
109 (44-23-42) medal var. İkinci yerdə 69 medalla ev sahibləri Belarus
(24-16-29), üçüncü pillədə isə 51 medalla Ukrayna (16-17-18) yığmaları qərarlaşıblar.
İlk onluqda İtaliya, Hollandiya, Almaniya, Gürcüstan, Fransa, Böyük Britaniya və Azərbaycan komandaları yer alıblar.
Olimpiya dünyası.- 2019.- 2-8 iyul.- S.1;5.