Azərbaycan Gimnastika Federasiyası 2018-ci ili uğurla yola salıb

 

 

Ötən il Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün mühüm uğurlarla yadda qalıb. Gimnastika növləri üzrə yığma komandalarımız ötən il beynəlxalq yarışlarda 26-sı qızıl, 15-i gümüş 44-ü bürünc olmaqla ümumilikdə, 85 medal qazanıb.

2018-ci ildə Bakıda gimnastikanın üç növü üzrə Dünya kuboku yarışları təşkil olunub. Əvvəlcə 25 ölkədən 100-dən çox gimnastın iştirakı ilə idman gimnastikası, sonra isə bədii gimnastika AGF-in ilk dəfə təşkil etdiyi akrobatika gimnastikası üzrə Dünya Kuboku yarışları təşkil edilib. Bədii gimnastika üzrə yarışda 26, akrobatika üzrə yarışda isə 7 ölkə iştirak edib.

 Dünya kuboku yarışları ilə bərabər, ötən il Milli Gimnastika Arenasında bədii gimnastika üzrə "AGF Junior Trophy”, "GymBalaadlı beynəlxalq turnirlər, həmçinin Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən tanınan aerobika gimnastikası üzrə açıq Azərbaycan çempionatı təşkil edilib.

 

Bakıda ilk dəfə təşkil olunan batut gimnastikası, ikili mini-batut tamblinq üzrə Avropa çempionatı ilin ən yaddaqalan yarışlarından biri olub. 25 ölkədən 400-dən çox gimnastın gərgin mübarizəsi şəraitində keçən bu yarış yüksək təşkilatçılığı ilə fərqlənib. Mixail Malkinin Avropa çempionu adını qazanması, sinxron cütlüyümüz Veronika Zemlyanaya ilə Svetlana Makştaryovanın gümüş medala layiq görülmələri bu turniri daha da yaddaqalan edib. 

Ötən ilin mühüm uğurlarından biri İspaniyanın Qvadalaxara şəhərində keçirilmiş bədii gimnastika üzrə qitə birinciliyində əldə edilib. Gənclərin yarışında təmsilçimiz Arzu Cəlilova, qrup hərəkətləri komandalarının mübarizəsində Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Əhmədbəyli Ayşən Bayramovadan ibarət beşlik bürünc medala sahib olub.

Bu turnirlərlə yanaşı, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının idman gimnastikası üzrə təsnifat yarışları da Milli Gimnastika Arenasında keçirilib. Oktyabrda Argentinanın Buenos-Ayres şəhərində təşkil edilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bədii gimnastımız Yelizaveta Luzan gimnastika növləri üzrə qarışıq komanda yarışında qızıl medala sahib olub. Həmçinin bu yarışlarda milli komandamızın üç hakimi - Nigar Abdusəlimova (bədii gimnastika), Rza Əliyev (kişi idman gimnastikası) Kamil Quliyev (batut gimnastikası) çıxışların qiymətləndirilməsində iştirak ediblər.

Azərbaycan gimnastları ötən il birinci "European Gym for Life Challenge” yarışında da çıxış edərək 37 komanda arasında ən yaxşılardan biri seçilib qızıl medala layiq görülüb. Ötən il ilk dəfə olaraq, "TeamGymkomandamız da Portuqaliyanın Odivelaş şəhərində baş tutan 12-ci Avropa çempionatında iştirak edib.

Ötən "Challenge” seriyasına aid bütün Dünya kuboku yarışlarında 3 top - 2 iplə kompozisiyaların yekun xallarına əsasən, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasına, həmçinin son iki il ərzində təşkil olunmuş batut gimnastikası tamblinq üzrə Dünya kuboklarının tamblinq üzrə yarışlarında yekun xallara əsasən Mixail Malkinə FIG-in xüsusi kubokları təqdim edilib.

Yarışlarla yanaşı, 2018-ci il federasiya üçün digər tədbirlərin təşkili ilə yadda qalıb. Belə ki, ötən il ərzində FIG Akademiyasının bədii gimnastika, kişi idman gimnastikası aerobika gimnastikası üzrə məşqçilik kursları da paytaxtımızda təşkil olunub.

Dekabrın 2-3-də isə Bakıda FIG-in ali orqanı olan Konqresin 82-ci iclası keçirilib. AGF-in ilk dəfə ev sahibliyi etdiyi bu mötəbər tədbirdə 111 ölkədən 300-dən çox nümayəndə iştirak edib. Konqresin iclasında parkur idmanının rəsmi şəkildə FIG-in fəaliyyətinə daxil edilməsi, həmçinin gimnastikada bütün iştirakçıların təhlükəsizliyinin təmini, intizam FIG-in etika prinsiplərinin uyğunluğuna nəzarət bölmələrindən ibarət Etika Fondunun yaradılması bir sıra digər məsələlərlə bağlı beynəlxalq qurumun nizamnaməsinə dəyişikliklər olunub. Konqresdən sonra Bakıda parkur idman növü ilə yaxından tanış olmaq üçün təqdimat xarakterli kurslar keçirilib. Kurslarda Azərbaycan da daxil olmaqla, 13 ölkənin nümayəndələri iştirak ediblər.

Həmçinin FIG-in kişi qadın idman gimnastikası, Avropa Gimnastika İttifaqının (UEG) batut gimnastikası üzrə texniki komitələrinin, UEG Prezident Şurasının iclasları Afrika Gimnastika İttifaqının ümumi yığıncağı da Bakıda keçirilib. Yüksək fəallığı FIG tərəfindən qiymətləndirilən AGF "Mükafatlandırılan federasiyalar”ın siyahısına daxil olub bu dəfə reytinq siyahısında ilk pillədə qərarlaşıb.

 

Federasiyanın nailiyyətləri bununla məhdudlaşmayıb. AGF idman yarışlarının yüksək səviyyədə təşkilinə keçirilməsinə görə Azərbaycan Milli Olimpiya Komitəsi Gənclər İdman Nazirliyi tərəfindən mükafata layiq görülüb. Həmçinin bədii gimnastika üzrə milli komandamızın baş məşqçisi Mariana Vasileva "Ədalətli oyun prinsiplərinə sadiq məşqçiseçilib. "İlin ən yaxşı idmançılarınominasiyasında on qalib idmançı arasında tamblinqçi, Avropa çempionu Mixail Malkin Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edən bədii gimnast Yelizaveta Luzan da yer alıblar.

İlin son günlərində isə Milli Gimnastika Arenasında yarış ab-havası əyləncəli şou proqramlarla əvəzlənib. 2017-ci ildə olduğu kimi, ötən ildə tamaşaçılara məşqçilərin ifasında "Qızıl yaşşousu təqdim olunub. Dekabrın 23-də federasiya ənənəsinə sadiq qalaraq, gimnastikasevərlərə əsl idman bayramı sevincini yaşadıb. "Ağbəniz və 7 cırtdan” nağılının motivləri əsasında hazırlanan Yeni il şousu rəngarəngliyi ilə tamaşaçılarda xoş təəssürat yaradıb.

Ümumiyyətlə, 2018-ci ildə Azərbaycan Gimnastika Federasiyası öz qapılarını 111 ölkənin nümayəndələrinə açıb. Ötən il gimnastika növləri üzrə tədbirlərdə iştirak etmək üçün 2 mindən artıq xarici nümayəndə Azərbaycan paytaxtında səfərdə olub. Həmçinin AGF-in təşkil etdiyi beynəlxalq yarışlarda 900-dən çox əcnəbi gimnast gücünü sınayıb. İl ərzində federasiyanın keçirdiyi beynəlxalq yarışlara cəlb olunan könüllülərin sayı rekord həddə çataraq, 600 nəfər təşkil edib. Habelə ötən il dünyanın müxtəlif qitələrində 17 ölkədən 173 nümayəndə səmərəli təlim-məşq toplanışı üçün məhz Milli Gimnastika Arenasını seçib. Milli Gimnastika Arenası bir il ərzində ümumilikdə, 15 mindən çox tamaşaçı qəbul edib.

 

Olimpiya dünyası.- 2018.- 8-14 yanvar.- S.2.