“Müzəffər Ordumuz tək torpaqlarımızı deyil, həm də qürurumuzu özümüzə qaytardı”

 

 

 

Hazırda müzəffər Ordumuz illərdən bəri düşmən tapdağı altında qalan torpaqları qarış-qarış işğaldan azad edir. Tarixi yurd yerlərimiz mənfur düşməndən təmizlənir. Bu qəhrəman zabitlərimizin və əsgərlərimizin vətənə olan məhbbətindən, sevgisindən irəli gəlir. Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun rəşadəti artıq bütün dünyanın diqqətini özünə cəlb edib. Əslində Azərbaycan əsgəri öz torpaqları uğrunda döyüşərək, düşmənin ərazilərimizi zəbt edən mənfur ordusunu darmadağın edir. Son buraxılışlarını Vətən müharibəsinə həsr edən "Olimpiya dünyası” qəzeti bu dəfə də oxucularına yüksək ixtisaslı peşəkar hərbçilərin fikirlərini təqdim edir. Müsahibimiz Azərbaycanın Rusiyadakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan polkovnik Rac Babayevdir. Qarabağ savaşının iştirakçısı olan zabitimizlə söhbətimiz zamanı bir sıra maraqlı məqamlara aydınlıq gətirdik.

 

 

 

- Cənab polkovnik, Vətən müharibəsi barəsində söhbətimizə hansı fikirlərlə başlayardınız?

 

- İllərdən bəri düşmən tərəfindən işğal olunan torpaqlarımız bu gün şanlı Ordumuz tərəfindən azad olunur. Qəhrəman Azərbaycan əsgəri böyük şücaət göstərərək, ərazilərimizi düşməndən təmizləyir. Biz bu anları yaşamaq üçün xeyli vaxt gözlədik. Amma bir gunolsa, unutmadıq ki, bizim torpaqlarımız düşmən tapdağındadır. Bu yerdə bir misal çəkmək istəyirəm. Ruslar 1905-ci ildə Yaponiya ilə döyüşdə məğlubiyyətə uğramışdı. 1945-ci ildə Sovet Ordusu Yaponiyanı məğlub edəndə Stalin demişdi ki, biz bu məğlubiyyətin əvəzini cıxmaq üçün 40 il gözləməli olduq. Necə deyərlər, nəsil dəyişsə də, insanların intiqam hissi ürəyində bu müddət ərzində məhv olmamışdı. Hesab edirəm ki, bununla nə demək istədiyim məlumdur. Biz yaxşı bilirik ki, o torpaqlar bizim tarixi yurd yerimizdir. Onu düşməndən azad edib, gələcək nəsillərə əmanət etməliyik.

 

- Vətən müharibəsində iştirak edən əsgərlərimiz böyük qəhrəmanlıqlar göstərirlər. Bilirik ki, sizin oğlunuz da Qarabağda düşmənə qarşı döyüşür.

 

- Bəli, onlar əsl qəhrəmandırlar. Düzdür mənim oğlum Murad da onlarla birlikdə döyüşür. Amma bu barədə ətraflı danışmaq istəmirəm. O da hər bir Azərbaycan əsgəri kimi döyüş tapşırıqlarını yerinə yetirir. Amma ürəyimin dərinliyində kök atmış bir hadisəni yada salmaq istəyirəm.

1993-cü il oktyabrın 10-da birinci Qarabağ döyüşündə bizim taborumuz Safarşa kəndini müdafiə edirdi. Lakin həmin ərazini cəmi 13 gün qoruya bildik geri çəkildik. Həmin tarixdən 27 il keçir. 2020-ci il oktyabrın 10-da oğlum Muradın da iştirak etdiyi döyüşdə şanlı ordumuzun əsgərləri həmin əraziləri, Cəbrayıl rayonunu digər yaşayış məntəqələrini düşməndən azad etdilər. İnanın ki, həm hərbçi kimi, həm bir ata kimi çox qürurluyam. Müzəffər Ordumuz tək torpaqlarımızı deyil, həm qürurumuzu özümüzə qaytardı.

 

- Zaman dəyişdiyi kimi, müharibə qaydaları da dəyişir. İndi zabitlərin təlimatla deyil, təşəbbüslə döyüşməsinə necə baxırsınız?

 

- Biz Sovet Ordusunun zabitləri təlimata uyğun olaraq döyüşürdük. Lakin indiki, zabitlər döyüşlərdə təşəbbüs göstərirlər. Adətən zabitlər qaydalardan kənara çıxmaqdan qorxurlar. Lakin indi döyüşlər imkan verir ki, verdiyin qərarda israrlı olasan. Mən hər zaman nümunə misal çəkərək danışıram. Verdiyiniz sualdan sonra yenə tarixə nəzər salmaq istərdim. XIX əsrin sonlarına qədər müharibələrdə ordu sərkərdələrin şəxsi keyfiyyətləri döyüşün müqəddəratını həll edirdi. Sərkərdə necədirsə, ordu da ona bənzəyəcək. Belə ki, Birinci Dünya müharibəsinə qədər döyüşən tərəflər özləri üçün Milli sənət doktorinası yaratdılar. Həmin vaxt birgə görüşlər təşkil edərək, yeni döyüş taktikasını müəyyənləşdirirdilər. İkinci dünya müharibəsində yalnız almanlar bu dəyişiklikləri hiss edirdilər. Sovet ordusu Alman ordusundan təxminən 4 il sonra formalaşmağa başlamışdı. Düzdür Sovet ordusunda silahlar daha mükəmməl idi. 1941-ci ilin zabit heyəti ümidləri doğrultmadı. Onlardan sonra gələn yeni zabitlər artıq 1943-cü ildə özlərini döyüş meydanında sübut etdilər.

 

 

- Düşmənə ağır zərbələr vuran Ordumuz hərb tarixinin şanlı səhifəsini yazır. Siz necə düşünürsünüz?

 

- Bu gün Ordumuz son nəsil ordu silahları ilə düşmənə zərbə vurur. Bu cür silahlar çox az ordularda var. Biz həmin silahları əsl döyüşlərdə öyrənirik.Vətən müharibəsində yeni hərbi metodologiya yaranır. Müharibə başa çatdıqdan sonra gələcəyin müharibəsi haqqında yeni dərsliklər yazılacaq. Qarabağın azad olunması buna nümunə göstəriləcək. Bu gün dünyanın aparıcı ölkələri bu müharibəni hər bir xırdalıqlarına qədər izləyir. Onlar etiraf edirlər ki, Azərbaycan Qarabağda müasir taktika ilə müharibə aparır. Pilotsuz döyüş aparatlarından istifadə etməklə dağlıq ərazilərdə döyüşlər çətin olsa da, ordumuz mövcud şəraitdən məharətlə istifadə edir. 90-cı illərdə bundan söhbət gedə bilməzdi. Həmin vaxt Ordunun başqa taktikası var idi. Həmin taktika ilə qalib gəlmək olardı. Amma mümkün olmadı. O dövrün nəsili vətən üçün canını vermək iqtidarında idi. Fəqət bu ya digər səbəblərdən biz həmin torpaqları əldən verdik.

 

- Əlbəttə müasir silahlar əsas şərtlərdən biridir. Bəs milli-mənəvi hissləri necə xarakterizə edərdiniz?

 

- Xalqın millətin hisslərini bir sözlə ifadə etmək olmaz. İllərdən bəri insanlarda olan vətənə məhəbbət hissi bu gün ən yüksək həddə çatıb, desək yanılmarıq. Əsgərlərimiz döyüşdən müharibədən qətiyyən qorxmurlar. Hətta düşmənlərimiz bunu hiss ediblər. Mən ehtiyatda olan polkovnikəm. Bir hərbçi kimi deyə bilərəm ki, bizim 90-cı illərdə çiyinlərimizə düşən yük, bu gün azalır. Bu, şanlı Ordumuzun sayəsində baş verir. Tezliklə bütün dünya bizim qələbəmizin şahidi olacaq.

 

 

- Əsgərin döyüş əzmini onun fiziki mənəvi tərbiyəsi təşkil edir. Bu doğrudanmı belədir?

 

- Əlbəttə. Bu güc hiss olmadan müasir döyüş silahları olsa da belə heç bir əsgər döyüşlərdə ürəklə iştirak edə bilməz. Hətta ruh yüksəkliyi əzmi olan əsgər zəif silah komandirlə uğur qazana bilər.

Silaha olan etibar amilini unutmaq olmaz. Bizim əsgər buna inanır. Televiziyada izləyirik, erməni əsgəri zirehli texnikanı atıb, qaçır. Halbuki həmin texnikanın milyonlarla qiyməti var. Erməni əsgəri bilir ki, onun döyüş meydanında mühafizəsi təmin olunmur. Tank döyüşə çıxanda onu piyadalar qoruyur. Qarşı tərəfini artilleriya təmizləyir. Eyni zamanda onu havadan ya pilotsuz uçuş aparatı, ya da aviasiya qorumalıdır. Belə olduğu təqdirdə tank öz döyüş tapşırığını təyinatı üzrə yerinə yetirə bilər.

 

- Ermənilər dinc əhalini hədəf seçir. Şəhər kəndlərimizə raket atır. Bu vəhşiliyin son həddi deyilmi?

 

- Ümumiyyətlə, ermənilərdə döyüş taktikası yoxdur. Onların yeganə dəyişməyən taktikası namərdlikdi. Mən bunu 1993-də Cəbrayılda olanda da hiss etdim. Onlar hər bir vəziyyətdən yararlanmaqla, mənfur xislətlərindən əl çəkmirlər. Mülki əraziləri insanları nişan almaqla daha da nifrət qazanırlar. Bunu görən Ordumuz onlara qarşı daha amansız olur. Qələbə qazandıqdan sonra da biz onların mənəviyyatsız olduqlarını heç vaxt unutmamalıyıq. Tarixdən ibrət dərsi götürməliyik.

 

- Vətən Müharibəsi tezliklə bizim qələbəmizlə başa çatacaq. Şübhə yoxdur ki, bu böyük qələbəmizdən sonra çox şey dəyişəcək. Maraqlıdır sizcə bizim qələbəmizdən sonra düşmənlərimiz hansı nəticəni çıxarmalıdırlar?

 

- Çox nikbinəm. Hesab edirəm ki, daha gözəl günlər qarşıdadır. Bu müharibə hər iki tərəfin gələcək müqəddəratını taleyini müəyyənləşdirəcək. Ermənilər anlamalıdır ki, Qarabağ Azərbaycandır! Hələ ki, gec deyil. Düşmən məğlubiyyətini başa düşməlidir. Onlar bilməlidir ki, özgə torpağına göz tikənin gözünü ovurlar.

 

 

Anar Əhmədov

 

Olimpiya dünyası.- 2020.- 3-9 noyabr.- S.4.