Bərdə terroru erməni faşizminin iç üzünü bir daha nümayiş etdirdi

Ötən həftə Bərdə şəhəri erməni terrorunun mərkəzinə çevrildi. Gəncədən sonra Bərdədə törədilən və mülki əhalinin məhvinə yönəlmiş qətliam zamanı mülki obyektlər, fərdi və çoxmənzilli yaşayış binaları raket atəşinə tutuldu. Düşmənin Bərdənin Qarayusifli kəndində və şəhərin mərkəzində törətdiyi terror aktları zamanı ümumilikdə, 25 nəfər dinc sakin həyatını itirdi, 80-dən çox insan isə yaralandı. Gəncə terrorunda olduğu kimi, bu dəfə də qurbanlar arasında azyaşlılar var idi. Belə ki, uşaq qatillərinin cinayətləri nəticəsində 2013-cü il təvəllüdlü Aysu İsgəndərova qətlə yetirildi. Onun 3 yaşlı bacısı Tahirə İsgəndərova isə xəsarət alaraq, xəstəxanaya yerləşdirildi. Bununla da sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olmuş uşaqların sayı 11-ə çatdı. 7 yaşlı Aysunun terror nəticəsində həyatla erkən vidalaşması, onun atasının və yaxınlarının çiynində son mənzilə yola salınması isə hər kəsi kədərə bürüdü. Axı o, bu həyatda hələ nə qədər yaşamışdı, neçə mənzil dəyişmişdi ki, bu da onun son mənzili oldu.

Oktyabrın 28-də sərhəd tanımayan erməni vəhşiliyinin digər qurbanı isə 25 yaşlı Tükəzban Mirzəliyeva oldu. 5 il həsrətlə övlad yolu gözləyən Tükəzban xanım sadəcə 22 gün analıq duyğularını yaşadı. Sevinci yarımçıq qalan, övladını doyunca görə və qoxlaya bilməyən ana, terror qurbanı kimi bu dünyadan köçdü. Ondan yadigar qalan körpə Kəmalə İsmayılova isə anasının üzünü xatırlamadan ona həsrət qaldı. Tərtərdə cəbhə xəttində olan və bu üzücü xəbəri eşidərək, dərhal evlərinə qayıdan Tükəzbanın həyat yoldaşı Elçin İsmayılovun dediyi “uzun müddətdir uşağımız olmurdu, çox sevinmişdik, 5 ildir bu anı gözləyirdik. İndi qızımız yetim böyüyəcək”, - sözləri isə həyatın ən ağrılı tərəfidir.

“Olimpiya dünyası” qəzeti olaraq, bu dəfə də erməni silahlı qüvvələrinin mülki insanlara qarşı törətdiyi vandalizmi diqqətdə saxlamağa çalışırıq. Budəfəki sayımızda Bərdədə baş verən terror aktına xüsusi yer ayırmışıq. Bunun üçün Bərdə rayonunun rəsmi şəxsləri ilə əlaqə saxlayıb, hadisələrin təfərrüatları ilə bağlı məlumat öyəndik.

“Bərdə bu gün həm ön, həm də arxa cəbhədə düşmənə layiqli müqavimət göstərir”

Vidadi İsayev (Bərdə Rayon İcra Hakimiyyətinin başçısı):

- Bu, Bərdədə baş verən birinci terror hadisəsi deyil. Bu hadisədən bir gün əvvəl ermənilər Bərdə rayonunun Qarayusifli kəndini “Smerç” tipli reaktiv raketlərdən atəşə tutmuşdu. Həmin terror hadisəsində 5 nəfər dinc sakin dünyasını dəyişdi. Oktyabrın 28-də baş verən hadisənin miqyası isə daha böyük oldu. Şəhərdə 5 nöqtəyə raket atıldı. Burada əsasən, ictimai nəqliyyatın daha sıx olduğu yerlər atəşə tutulmuşdu. Bu hadisə nəticəsində 20 nəfər dünyasını dəyişdi, 76 nəfər isə yaralandı. Dünyasını dəyişən və yaralananlar arasında azyaşlılar da var. Təbii ki, düşməndən humanizmlik gözləmək olmaz. Burada hərbi obyekt yoxdur. Amma erməni terrorçuları ən çox dağıdıcı gücə malik olan silahlardan istifadə edərək, dinc əhalini hədəf alır. Bu günə qədər Bərdə rayonunda 65-dən yuxarı obyektə, dövlət müəssisəsinə və fərdi evlərə ziyan dəyib. Ermənilərin terror hadisəsi törətməkdə əsas məqsədi dinc əhalini qorxutmaqdır. Onlar arxa cəbhədə panika yaratmaqla, çalışırlar ki, sakinlərimiz evlərini tərk etsinlər. Amma təbii ki, ermənilər bu çirkin əməlləri ilə məqsədlərinə nail olmadılar. Bərdə bu gün həm ön, həm də arxa cəbhədə düşmənə layiqli müqavimət göstərir. Bərdəlilər illərdir ermənilərin bu təcavüzünə vərdiş ediblər, onların xarakterini bilirlər. Əsas məsələ odur ki, sakinlərimiz düşməni çox yaxşı tanıyır. Onlar bilirlər ki, düşmənlərimiz Ordumuzla cəbhədə bacarmır və bunun da qisasını dinc əhalidən almağa çalışırlar. Terror aktı törətmək ermənilərin xarakterində formalaşıb. Onlar artıq neçənci dəfədir ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozurlar. Bərdədə baş verənlər bir soyqırımdır. Amma sakinlərimiz bundan nəinki, sarsıldılar, əksinə, Ali Baş Komandanımız cənab İlham Əliyevin və Ordumuzun ətrafında sıx birləşiblər. Bu gün Ordumuza böyük inam var. Sakinlərimiz hərbçilərimizin qəhrəmanlığı, şücaəti ilə nəfəs alırlar. Hər gün yeni qələbə xəbərlərini eşidirik. Əsas odur ki, xalqımız Ordu ilə vətənpərvərlik nümunəsi göstərib, birlik nümayiş etdirir. Azərbaycanın uğurlu günləri hələ qarşıdadır. Üç rəngli bayrağımızın Şuşada, Laçında, Xankəndində, Kəlbəcərdə dalğalanacağı günə az qalıb. Biz qələbə ümidi ilə yaşayırıq və hər birimiz arxa cəbhədə bir əsgərik. İnanıram ki, tezliklə Ordumuz əzəli torpaqlarımızın hər bir qarışını düşməndən azad edəcək.

“Terror hadisələri

zamanı idman sahəsi də erməni təcavüzündən zərər çəkdi”

Hikmət Ələkbərli (Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi):

- Oktyabrın 28-də Bərdədə baş verən terror hadisəsi nəticəsində üç inzibati dövlət binası daxil olmaqla, mərkəzi xəstəxananın 100 metrliyinə və yaşayış məntəqələrinin ətrafına raket atıldı. Hadisə nəticəsində 20 nəfər dünyasını dəyişdi, 70-dən çox insan isə müxtəlif bədən xəsarətləri aldı. Yaralılar arasında ən kiçiyinin 7, ən böyüyünün isə 78 yaşı var. Qeyd edim ki, bu hadisədən bir gün əvvəl Qarayusifli kəndində düşmən terroru nəticəsində dünyasını dəyişənlər arasında 7 yaşlı Aysu İsgəndərova da var idi. İki gün ərzində terror hadisələri nəticəsində ümumilikdə, 25 nəfər dünyasını dəyişdi, 80-dən çox insan yaralandı. Görünür, düşmənin ən şərəfsizi ilə döyüşmək qismətimizə düşüb. Bərdə cəbhə xəttindən 70 kilometr uzaqda yerləşsə də, ermənilər hərbi cinayət törədərək şəhərin mərkəzini, xüsusilə də dinc sakinləri hədəf alır. Günahsız insanlar bir anın içində qətlə yetirildilər. Bu hadisələr sakinlərimizdə dərin psixoloji izlər buraxsa da, bir vətəndaş kimi bacardığımız qədər onların yanında olmağa, öz dəstəyimizi göstərməyə çalışırıq.

Terror hadisələri zamanı idman sahəsi də erməni təcavüzündən zərər çəkdi. Belə ki, oktyabrın 28-də baş verən terror nəticəsində dünyasını dəyişənlər arasında Bərdə şəhər Tofiq İsmayılov adına 1 saylı orta məktəbin fiziki tərbiyə müəllimi Fuad İsmayılov da var. Bundan əlavə hadisə nəticəsində Bərdə Olimpiya İdman Kompleksinə də ciddi zərər dəyib. Bildiyiniz kimi, yüksək səviyyəli müxtəlif yarışların keçirilməsi üçün nəzərdə tutulan, beynəlxalq standartlara cavab verən Bərdə Olimpiya İdman Kompleksi ölkəmizdə fəaliyyət göstərən ilk komplekslərdən biridir. 2003-cü ildə inşa edilən bu kompleksin xidmətlərindən il ərzində maksimum dərəcədə yararlanırdıq. İstənilən halda, kompleksə dəyən zərər Bərdədə idman sahəsinə də ağır təsir etmiş oldu. Biz idman ictimaiyyətinin nümayəndələri kimi, baş verən bu hadisələri şiddətlə qınayır, düşmənin layiqli cavabını alacağına inanırıq.

“Bərdə Olimpiya İdman Kompleksinin hər iki binasının infrastrukturu sıradan çıxıb”

Qabil Məmmədov (Bərdə Olimpiya İdman Kompleksinin direktoru):

- Bildiyiniz kimi düşmənin silahlı birləşmələri Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalarından istifadə edərək zərbələr endirdi. Zərbənin təsiri nəticəsində şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə, həmçinin rəhbərlik etdiyim Bərdə Olimpiya İdman Kompleksinə də ciddi ziyan dəyib. 3,8 hektar ərazini əhatə edən Bərdə Olimpiya İdman Kompleksinin hər iki binasının infrastrukturu sıradan çıxıb. Düzdür, hadisə zamanı kompleksin ərazisində olan şəxslər arasında xəsarət alan olmasa da, partlayış nəticəsində binanın tavanı, plastik pəncərələr, qapılar, eləcə də üzgüçülük hovuzu tamamilə yararsız hala düşüb. Aidiyatı qurumların əməkdaşları hadisə ilə bağlı araşdırmalar aparıblar. Mənfur düşmən xalqımıza qarşı törətdiyi bu hərbi cinayət əməlləri ilə atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozmuş oldu. Onlar yenə də atəşkəs rejiminə əməl etməməklə, öz xislətini nümayiş etdirdi, qadağan edilmiş silahları dinc əhaliyə qarşı çevirdi. Bu artıq erməni terrorçularının növbəti vəhşiliyidir. Təəssüf ki, beynəlxalq qurumlar bu hadisələrə hələ də səssiz qalırlar. Bu hadisələrin qisasını müzəffər Ordumuz tezliklə cəbhə bölgəsində alır və alacaqdır.

Azər Əlizadə

10:05 03.11.2020 33

Olimpiya dünyası.- 2020.-3-9 noyabr.- S.5.