“Məhsul” İdman Cəmiyyəti
70 il ərzində ölkə idmanına böyük töhfələr verib”
Azərbaycanda idman ənənələrinin böyük tarixi var. Bu ənənəni yaşatmaq üçün ölkənin hər bir yerində idmanı inkişaf etdirmək çoxşaxəli fəaliyyət göstərə biləcək idman cəmiyyətinin yaradılmasını tələb edirdi.
1951-ci ildə əsası qoyulan "Məhsul” Kənd Könüllü İdman Cəmiyyəti məhz bu ağır və çətin işi yerinə yetirməyə başlayıb. Qısa müddətdə rayon və kəndlərdə, qəsəbələrdə salınan sadə idman meydançaları, yaradılan klublar Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına güclü təkan verib. "Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin Respublika Şurası ilk gündən fəaliyyətini möhkəm təməl üzərində qurub. İdman cəmiyyəti Azərbaycanın şəhər, rayon, qəsəbə və kəndlərində onlarla idman meydançaları, stadionlar, idman kompleksləri vasitəsilə gənc nəslin fiziki cəhətdən sağlam böyüməsinə, istedadlı idmançıların yetişdirilməsinə xidmət edir.
Bu ilin oktyabr ayında "Məhsul”
İC-in 70 illiyi tamam olacaq. Cəmiyyətin idmançıları bu illər ərzində
respublika bədən tərbiyəsi təşkilatının
layiqli üzvləri kimi öz uğurlu
çıxışları ilə Azərbaycanın idman şərəfini həmişə ləyaqətlə
qoruyublar. Ötən 70 ilə nəzər salanda cəmiyyətin onlarla dünya, Avropa və digər mötəbər
yarışlarda medallar
qazanmış idmançılarını
görmək olar.
Cəmiyyətin ən böyük
uğurlarından biri
ötən əsrin səksəninci illərində
keçirilmiş ümumittifaq
kənd idman oyunlarında olub. Bu oyunlarda "Məhsul”
İC-i təmsil edən güləşçilər,
boksçular komanda hesabında ümumittifaq miqyasda birinci yeri tutublar.
"Məhsul”un idman
qurğuları şəbəkəsi
ən ucqar kəndlərdən başlamış
paytaxta qədər bütün respublikanı
əhatə edirdi. Hətta 30 ilə
yaxın düşmən
əsarətində olan
və Vətən müharibəsindən sonra
erməni qəsbkarlarından
azad olunan Qarabağ torpağında
da cəmiyyətin idman qurğuları mövcud idi. İşğaldan əvvəl bu
ərazilərdəki qurğulardan
lazımı səviyyədə
istifadə olunur, müxtəlif idman yarışları keçirilirdi.
Lakin mənfur düşmənlərimizin
dədə-baba torpaqlarımıza
göz dikməsi, tarixi ərazilərimizi zəbt etməsi nəticəsində həmin
idman qurğuları da dağıdılaraq məhv edildi.
Qeyd edək
ki, bu idman
qurğuları vasitəsilə
cəmiyyət minlərlə
kənd zəhmətkeşlərinin,
kənd təsərrüfatı
sahəsində çalışan
insanların sağlamlığının
möhkəmləndirilməsi üçün səmərəli
işlər görmüş,
əhali arasında bədən tərbiyəsinin
kütləviliyini təmin
edə bilmişdi.
"Ermənilər Qarabağda
mədəni irsimizlə
yanaşı,
idman ənənəsinə
də
ziyan vurdular”
Bu yaxınlarda "Məhsul”
KKHKİC RŞ-in sədri, Azərbaycan Respublikasının
Əməkdar bədən
tərbiyəsi və
idman xadimi Rasim Əliyevlə görüşdük. Uzun müddət
bu təşkilata sədrlik edən Rasim müəllim bizimlə söhbətində
"Məshul” İdman
Cəmiyyətinin fəaliyyətindən,
erməni işğalı
dövründə cəmiyyətin
balansında olan idman qurğularına dəyən ziyandan danışdı. Söhbətə 1970-1980-ci
illərdə baş verən hadisələri xatırlamaqla başlayan Rasim müəllim karyerası ərzində dəfələrlə erməni
komandaları ilə qarşılaşdıqlarını da qeyd etdi.
"Yadımdadır, biz 1970-ci illərdə Xankəndidə
həndbol üzrə
Azərbaycan birinciliyində
iştirak etmişik. Həmin vaxt
çempionatlar əsasən,
bölgələrdə keçirilirdi.
Bir dəfə biz həndbolçuları
Xankəndi və Şuşaya ekskursiyaya aparmışdılar. Mən həmin
vaxt milli komandanın heyətində
oynayırdım. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycan birinciliyində
iştirak etdik.
O illərdə DQMV komandası
da birincilikdə təmsil olunurdu. Komandanın heyəti demək olar ki, ermənilərdən
ibarət idi. Həmişə onları yarışlarda
qələbəyə həsrət
qoymuşuq. Onlar bizə
məğlub olan kimi ağlayırdılar.
Ümumiyyətlə, bizim o dövrdə
indi işğaldan azad edilən torpaqlarımızda böyük
infrastrukturumuz var idi. Təəssüf ki, həmin
idman qurğuları erməni vəhşiliyi nəticəsində dağıdılaraq,
böyük ziyana məruz qalıb. Bir müddət əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından
bizə müraciət
göndərildi. Müraciətə əsasən, "Məhsul”un
balansında olan idman infrastrukturlarına dəyən ziyan barəsində məlumatlar
toplayıb, çıxarışlar
etdik. Ermənilər orada maddi və mədəni irsimizlə yanaşı, həmçinin Qarabağda
olan idman ənənəsinə də
ziyan vurublar. İşğal olunan rayonların
əksəriyyətində yunan-Roma güləşi,
sərbəst güləş,
futbol, sambo, həndbol daha çox kütləvi hal almışdı.
Həmin
dövrdə ən böyük stadion Xankəndidə idi. Ağdamda hektar yarım, Xankəndidə isə təqribən 4,5 hektarı əhatə edən stadion olub. Lakin
indi bu idman
obyektlərindən əsər-əlamət
belə qalmayıb” , - deyə o, diqqətə çatdırdı.
"Çox istərdim ki, spartakiadanı
möhtəşəm zəfərimizlə
əlaqədar olaraq
Qarabağda qeyd edək”
Hazırda "Məhsul” İdman Cəmiyyətinin nəzdnində
30 il ərzində işğal altında olan bölgələrin nümayəndəlikləri fəaliyyət
göstərir. Həmin rayonların idmançıları
cəmiyyətin təşkil
etdiyi spartakiadalarda təmsil olunublar. Rasim Əliyev söhbət zamanı bildirdi ki, quruculuq işlərindən
sonra bu rayonların sədrləri
tezliklə öz yerlərinə qayıdacaq.
"Qarabağdakı idman ənənələrinin
yenidən bərpası
da əsas vəzifələrdən biridir.
Hər şey yenidən başlayacaq. Bunun üçün
maliyə vəsaiti ayrılmalı, idman qurğuları tikilməlidir.
Çox
istəyirik ki, növbəti spartakiadalarımızı
yenidən Qarabağ torpağında keçirək.
Qeyd edim ki, milli
oyunlarımız əvvəllər
də məhz işğaldan azad olunan rayonlarda keçirilirdi. Adı dillər
əzbəri olan Qarabağ atları ilə çövkən yarışları təşkil
edirdik. Həmin rayonlar işğal
olunandan sonra bu oyunları Şamaxı, Sabirabad rayonlarında təşkil
etməyə başladıq.
Lakin son iki ildə spartakiadanı
müəyyən məsələlərə
görə keçirə
bilmədik. Bu il "Məhsul” İdman Cəmiyyətinin
70 illik yubileyi olacaq. Bu səbəbdən
də sentyabr ayında spartakiadanı təmtəraqla keçirməyi
düşünürük. Düzü, çox istərdim ki, yubiley ilimizə
təsadüf edəcək
bu spartakiadanı məhz möhtəşəm
zəfərimizlə əlaqədar
olaraq Qarabağda qeyd edək. Amma bu hələ ki, həmin torpaqlarda həyata keçirilən minatəmizləmə
prosesinə görə
bəlkə də mümkün olmayacaq.
Bununla belə, istəyirik ki, builki Spartakiadanı
təntənəli keçirək”,
- deyə Rasim Əliyev bildirdi.
"Məhsul” İdman
Cəmiyyətinin əməkdaşları Qarabağ
müharibələrində faəl
şəkildə iştirak
ediblər
Müstəqillik illərimizin ən böyük hərb zəfəri olan 44 günlük Vətən müharibəsində "Məhsul”
KKHKİC RŞ-in əməkdaşları
da fəal iştirak ediblər. Belə ki,
sentyabrın 29-da könüllü
olaraq cəbhəyə
yollanan Respublika Şurasının mühasib-xəzinədarı
İbiş Əbilbəyli
torpaqlarımızın azad
olunması əməliyyatlarında
iştirak edərək
ona verilən tapşırıqları şərəf
və ləyaqətlə
yerinə yetirib.
"Məhsul” İdman
Cəmiyyətinin Füzuli
rayon Uşaq Gənclər
İdman Məktəbinin
direktoru Kamil Qulamov da Azərbaycan
Respublikasının ərazi
bütövlüyü uğrunda
aparılan Vətən
Müharibəsi dövründə
arxa cəbhədə
göstərdiyi xidmətlərinə
və fədakarlığına
görə seçilib.
Söhbət zamanı ordumuzun Vətən müharibəsində
qazandığı qələbəyə
toxunan Rasim müəllim həm birinci, həm də ikinci Qarabağ müharibəsində
"Məhsul”un əməkdaşlarının
da iştirak etdiyini vurğulayıb.
"İstər birinci, istərsə də ikinci Qarabağ savaşlarında "Məhsul”un əməkdaşları həmişə cəbhə bölgəsində olub. Birinci Qarabağ müharibəsi zamanı "Məhsul”un Qubadlı Rayon Şurasının sədri, Azərbaycan Respublikasının Milli Qəhramanı Əliyar Əliyev 1992-ci ildə birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Əliyar Əliyev Qubadlının Qazyan kəndindən idi. Yaxşı güləşçi olmaqla yanaşı, pəhləvanlıq da edirdi. Əliyar həmin illərdə Qubadlıda idmanın təşkilində böyük rol oynayıb. O, əvvəllər "Məhsul” Kənd Könüllü İdman Cəmiyyətində məşqçi olub. 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon şurasının sədri seçilmişdi. Ermənilər ölkəmizə qarşı təcavüzə başlayanda cəbhəyə ilk könüllü yollananlardan biri Əliyar Əliyev idi. Füzuli Rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Kamil Qulamov isə 44 günlük Vətən müharibəsində könüllü şəkildə iştirak edib. O, özü də əslən Füzulidəndir. Müharibə vaxtı döyüş bölgələrinə gedib, yaralıların gətirilməsi prosesində iştirak edib. Digər əməkdaşımız İbiş Əbilbəyli də Vətən müharibəsinin başladığı günlərdən könüllü şəkildə ordu sıralarına qoşulub. O, "Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyəti Respublika Şurasına mühasib-xəzinədar vəzifəsində çalışır. Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak edərək dekabrın 28-də ordu sıralarından tərxis olunub. Göstərdiyi şücaətlərə görə İbiş Əbilbəyli "Füzulinin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. İbiş hər zaman kollektiv arasında öz vətənpərvərliyi ilə seçilib. O, müharibədən qayıtdıqdan sonra yenidən hərbiyə qayıtmağı, orada gizir kimi xidmət etməyi istəyir. Təbii ki, onun bu seçimini yalnız hörmətlə qarşılayırıq. Biz fəxr edirik ki, milli qürurumuzu, güvənimizi yenidən özümüzə qaytaran hərbçilər arasında bizim də əməkdaşlarımız olub”, - deyə o, vurğuladı.
""Məhsul” İdman Cəmiyyəti yüksək
nəticələri ilə ölkə idmanının inkişafında
müsbət rol oynayıb”
"Məhsul” İdman Cəmiyyəti bu gün də Azərbaycan bədən tərbiyəsi və idmanını həmişə irəli aparmağa xidmət göstərir. Ötən ilin fevral ayında "Məhsul” İdman Cəmiyyətinin yetirməsi Səbinə Qədirova (52 kq) İspaniyada yeniyetmələr arasında Avropa Kuboku yarışında bürünc medala sahib çıxıb. Təəssüf ki, bütün dünyanı bürüyən koronavirus pandemiyası tezliklə idmana da təsirsiz ötüşmədi. İdman yarışlarının təxirə salınması "Məhsul” İdman Cəmiyyətinin də idman nəticələrinə təsir etdi. Pandemiya şəraitində idmançıların hazırlıq məsələlərinə toxunan Rasim müəllim hazırda məşqlərin yalnız ev şəraitində keçirildiyi deyib. "İdmançılarımız yalnız fiziki hazırlıqlarla kifayətlənirlər. Hamı kimi biz də tezliklə bu problemin aradan qalxmasını yenidən pandemiyasız bir şəraitdə məşq etməyi və yarışlarda təmsil olunmağı istəyirik. "Məhsul” İdman Cəmiyyəti 70 il ərzində ölkə idmanına böyük töhfələr verib. Bunun üçün də "Məhsul” İdman Cəmiyyətinin sədri olaraq qeyd etmək istərdim ki, gələcək işimizdə daha da uğurlu nəticələr əldə etməyə səy göstərəcəyik”.
Azər Əlizadə
Olimpiya dünyası.- 2021.- 20-26
aprel.- S.4.