ADBTİA-da qadın idmançı
kadrların
hazırlanmasına xüsusi diqqət
yetirilir
Ümummilli liderimiz Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycan Respublikasına rəhbərliyə gələndə milli təhsilimizin inkişafına çox böyük önəm verərək yüzlərlə gəncin keçmiş SSRİ-nin və dünyanın müxtəlif ölkələrində keyfiyyətli təhsil almalarına şərait yaratmışdı. O bu ənənəsinə sadiq qalaraq ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra da həm keçmiş Sovet İttifaqına daxil olan ölkələrlə, həm də dünyanın digər qabaqcıl ölkələri ilə elm, mədəniyyət, idman və təhsil sahələrində əlaqəni bərpa etdi, həmin ölkələrdə gənclərimizin dünya standartlarına uyğun keyfiyyətli təhsil almalarına şərait yaratdı.
İdman hər yaşda insanların sağlamlığı ilə bərabər, onların harmonik inkişafına da şərait yaradır, şagirdlərdə doğma məktəbin, tələbələrdə ali təhsil ocaqlarının, ümumilikdə isə Vətənin şərəfini müdafiə etmək kimi müsbət keyfiyyətlər tərbiyə edir. Buna görə də, idmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir. Ümummilli lider Heydər Əliyev fiziki tərbiyə və idmanın inkişafına çox böyük diqqət ayırmış və öz çıxışlarının birində bu barədə belə demişdir: "İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər, dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir”.
İllər
keçdikcə
qadın
idmançıların sayı artmışdır
1930-u ilin 7 noyabr günü Azərbaycan idmançıları üçün ikiqat bayram oldu, həmin gün Bakıda Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutu açıldı. Qızlar da oğlanlarla birlikdə institutda oxumağa başladılar. Onların arasında institutda təhsil alan yeganə azərbaycanlı qızı Məsumə Fərzəliyeva vardı. İnstituta ilk dəfə qəbul olunan qızların sayı altı nəfər idi.
Sonrakı illərdə (1933-1940) institutu 335 nəfər, o cümlədən 93 qadın bitirdi. Onlardan beş nəfəri azərbaycanlı idi. Muradova Raziya Ağarəhim qızı 1933-cü ildə diplom ala bilmədiyinə görə o, 1940-cı ildə institutu bitirərək diplom almışdır. Həmin illəri (1939-cu il) Humay Zərgərli, Zeynab Məmmədova və Nina Sultanova məzun olmuşlar.
1935-ci ilin oktyabrında həmkarlar ittifaqları kollektivlərinin atletika üzrə yarışlarında kişilərlə bərabər qadınlar da çıxış edirdi. Bu yarışlarda qadınlarımız tərəfindən bir neçə Zaqafqaziya və respublika rekordu qazanılmışdır. İştirakçılar arasında Sona Qasımovanın (atletika) müvəffəqiyyətli çıxışı uğurlu addımlardan idi. 1937-ci ildə isə Bakıda keçirilmiş qardaş respublikaların spartakiadasında Zaqafqaziya rekordu müəyyən etmişdir. Sona Qasımova 1949-cu ildə Gəncə Bədən Tərbiyəsi Texnikumunu, 1953-cü ildə isə Azərbaycan DBTİ-ni bitirdikdən sonra Zaqatalada işləmişdir. Onun əməyi medallar və fəxri fərmanlarla təltif olunmuşdur. Respublikanın idman həyatında fəal iştirak etdiyinə görə 1964-cü ildə ona Azərbaycan SSR Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adı verilmişdir.
İkinci dünya müharibəsi illərində bir çox azərbaycanlı qadınların göstərdiyi misilsiz hünərdən az yazılmayıb. Belə qadınlardan mahir atıcı Ziba Qəniyeva və ilk azərbaycanlı təyarəçi qadın Züleyxa Seyidməmmədovanı xüsusi ilə qeyd etmək lazımdır. Bu igid qadınlar şöhrətin zirvəsinə idmanda qazandıqları iradə, dözüm və cəsarət kimi fiziki keyfiyyətlər sayəsində çatmışlar. 1936-cı ildə 62 nəfər qadının Hacıkənd-Bakı atlı yürüşü, 1938-ci ildə 14 nəfər gənc idmançı qızın min kilometrlik məsafəyə 17 günlük velosiped yürüşü Azərbaycan qadınlarının idman sahəsində əldə etdikləri böyük nailiyyətlərə gözəl sübutdur.
1941-ci ildən
1976-cı illərə kimi institutu 1089 qadın bitirmişdir.
Onlardan 114 nəfər azərbaycanlı qızları
olmuşdur. Göründüyü kimi, illər keçdikcə
qadın idmançı qızlarının sayı
artmışdır.
Azərbaycan
qadınlarının 1957-ci ildə
çağrılmış qurultayından sonra institutda
qadınlar arasında bədən tərbiyəsi və idman
böyük vüsətlə inkişaf etməyə
başladı. 1961-ci ildə Bakı şəhərinin I
qadın spartakiadasını keçirmək qərara
alınd!. Spartakiadanın proqramına idmanın 16 növü
üzrə yarışlar daxil edilmişdi. Bu yarışlarda
atletika üzrə idman ustası Ziba Ələsgərova,
gimnastika üzrə idman ustası Məsmə Məmmədova,
Züleyxa Hacıyeva, Adilə Yenigeyeva və başqaları
uğurla çıxış etmişlər.
1957-ci ildə
Zaqafqaziya respublikaları və Moldaviyada SSRİ
xalqlarının ənənəvi VIII spartakiadasında Azərbaycanın
voleybolçu qadınları mükafata layiq görülərək,
ikinci yerə çıxmışlar. Bu uğurlar əlbəttə,
təsadüfi idman qələbələri deyildi. Artıq həmin
illər, Azərbaycan bədən tərbiyəsi hərəkatında
fəal iştirak edən qadınların sayı 20 mini
keçmişdi.
1962-ci il
oktyabrın 24-27-də Bakıda qadınlar arasında bədən
tərbiyəsi işi üzrə təcrübə mübadiləsinə
həsr olunmuş I ümumittifaq müşavirəsi
keçirildi. Bu, respublikada qadınlar arasında bədən
tərbiyəsi və idmanın təbliğatı
üçün mühüm stimul olmuşdur.
1962-ci ildə
Qahirədə dünya gənclərinin çempionatında
Bakı qılınc oynadanı Karalina Mirzəyeva
qızıl medal, üzgüçü V.Jenyenkova Helsinkidə
keçirilən VII Ümumdünya tələbə və gənclər
festivalında gümüş medal qazandılar. Voleybolçu
İnna Rıskal SSRİ yığma komandasının heyətində
dünya çempionu oldu.
1969-cu ildən
sonra Azərbaycanda bədən tərbiyəsi və idmana
dövlət qayğısı nəticəsində
idmançı qadın kadrları artmağa
başlamışdır. 1971-ci ildə 4507 nəfər fəaliyyət
göstərirdi ki, onların cəmi 70 faizinin xüsusi bədən
tərbiyəsi təhsili vardı. Həmin illərdə Azərbaycanda
5569, bədən tərbiyəsi kollektivində 750 min nəfər
bədən tərbiyəsi və idmanla məşğul
olurdu. Bunların 22 faizini qadınlar təşkil edirdi.
1971-ci il
iyulun 16-da Ümumittifaq spartakiadasında Azərbaycanın həndbolçu
qızları gümüş medal qazandılar. XXI yay Olimpiya
Oyunlarında Rəfiqə Şabanova, Lyudmila Şubina
çempion olmuşlar: Larisa Savkina isə 1980-cı ildə XX
Moskva Yay Olimpiya Oyunlarının çempionu olmuşdur.
Belə
ki, dövlətin bədən tərbiyəsi və idmana diqqət
və qayğısı nəticəsində ilk dəfə
olaraq Naxçıvan MR-dan məktəbli qızları
ADBTİ-nin hazırlıq şöbəsinə qəbul
olunmuşlar. 1973-cü ildə 50 nəfərdən ibarət
naxçıvanlı qızlar ADBTİ-nu bitirərək,
Naxçıvan MR qayıtmış və hazırda, onlar bədən
tərbiyəsi və idman ixtisasları üzrə müxtəlif
tədris ocaqlarında çalışırlar.
Hazırda
respublikada bədən tərbiyəsi və idman sahəsində
müxtəlif vəzifələrdə 1786 nəfər
qadın işləyir ki, bu da 1961-ci ildə olduğundan 1494 nəfər
çoxdur. Onların çoxu respublikada bədən tərbiyəsi
hərəkatının inkişafına böyük əmək
sərf etmişlər. Bunlar Zeynab Rzayeva, Sara Əliyeva,
Əminə Nurulla qızı, Sima Dəmirova, Ülkər
Qasımova və başqalarıdır. İndi bütün
şəhər və rayonların idman təşkilatları,
ADBTİA-nın məzunları idmançı
qadınlarının ustalıq səviyyəsinin yüksəlməsi
üçün hiss olunacaq əmək sərf edirlər.
Bunun da sayəsində son illər idmançı
qadınlarımızdan "Azərbaycanın idman ustası”,
"Əməkdar idman ustası”, "Azərbaycanın əməkdar
məşqçisi”, "Azərbaycan Respublikasının əməkdar
bədən tərbiyəsi və idman xadimi” adını
alanlar çoxalır. Onlardan Yelena Quliyeva, Aynur Sofiyeva, Tanya
Mirinova, Arzu Atayeva, Firuzə Qasımova, Təranə Abbasova,
Ervira Cabbarova, Gülşən Şirinova, Zülfiyyə
Hüseynova, Sevil Muradova və bir çox başqaları
tanınmış idmançılardır.
Sidneydən
başlayan yol
Müstəqilliyimiz
dövründə Azərbaycanın ən yaxşı
qadın idmançılarımız arasında ən titullusu
olan stend atıcısı Zemfira Meftaxetdinova dünya
çempionu, Avropa çempionu, çoxsaylı beynəlxalq
yarışların qalibi olub. 2000-ci ildə Sidneydə
keçirilmiş Olimpiya Oyunlarında qadınlar arasında
stend atıcılığı yarışlarında Azərbaycanı
təmsil edən Zemfira 100 mümkün xaldan 98 xal toplayaraq,
Olimpiya çempionu adını qazanıb. O, Olimpiya
oyunlarında qadınlar arasında stend
atıcılığında mərhələ və final
yarışlarının ilk rekordçusudur.
Güllə
atıcımız İradə Aşumova 1998-ci və 2002-ci
illərdə dünya çempionatının
gümüş medalını qazanıb. Sidney
Olimpiadasının iştirakçısı olan İradə
xanım, Afina Yay Olimpiya Oyunlarının bürünc
mükafatçısıdır.
İdmanın
ən fərqləndirici cəhətlərindən biri budur
ki, yarışda həmişə yüksək dərəcədə
əsəb gərginliyi və maksimum fiziki yükün öhdəsindən
gəlmək tələb olunur. Ona görə də
yarışlara ən möhkəm iradi keyfiyyətlərə
malik olan idmançılar çıxa bilərlər.
İdman yarışları ilə yanaşı mərdlik tərbiyə
edən ən gözəl məktəblər məşq məktəbləridir.
İdmançının qələbəyə nail olması
üçün onun ciddi-cəhdlə arası kəsilmədən
məşq etməsi, möhkəm rejim saxlaması,
böyük və ağır yükə bacarıqla dözə
bilməsi əsasdır. Bütün bunların nəticəsində
mərdlik, iradə qüvvəsi, inadkarlıq, mətinlik, səbatlılıq
və s. kimi xüsusiyyətlər formalaşır.
Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasında idman sahəsində kadrların
hazırlanması (1991-ci ilə müqayisədə) sürətlə
artır. Təkcə onu demək kifayətdir ki, son beş il ərzində
(2015-2020) idmançılarımız universiada, beynəlxalq
yarışlarda, Olimpiya oyunlarında, dünya və Avropa
çempionatlarında, birinciliklərində 700-dən
çox medal, o cümlədən 200-dən çox
qızıl medal qazanılmış, 3600 idman normativlərini
yerinə yetirmişlər (46 beynəlxalq dərəcəli
idman ustası, 908 idman ustası, 2646 idman ustalığına
namizəd). Olimpiya, dünya və Avropa çempionatlarında
və birinciliklərində isə 274 medal
qazanılmışdır ( Olimpiya oyunlarında 29 medal (14
qızıl, 6 gümüş, 9 bürünc, müstəqilliyimiz
dövründə 6 qızıl, 6 bürünc), dünya
çempionatında 132 medal (72 qızıl, 35
gümüş, 25 bürünc: müstəqilliyimiz
dövründə 28 qızıl, 15 gümüş, 22
bürünc, 1991-1993-cü illər də 6 qızıl, 4
gümüş, 2 bürünc), Avropa çempionatında 113
medal (57 qızıl, 35 gümüş, 21 bürünc:
müstəqilliyimiz dövründə 28 qızıl, 27
gümüş, 19 bürünc, 1991-1993-cü illər isə
4 qızıl, 2 gümüş, 1 bürünc))
qazanmışlar.
Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasını 1933-2020-ci illərdə 3212 nəfər
qadın bitirmişdir. Təkcə beş il ərzində
(2015-2020) 272 nəfər qadın məzun olmuşlar. Onlardan
248-i azərbaycanlıdır.
Azərbaycan
Respublikası öz dövlət müstəqilliyini elan etdiyi
vaxtdan keçən otuz il ərzində digər ali təhsil
müəssısələri kimi, ADBTİA-nın kadr
hazırlığı sahəsindəki fəaliyyətinin
metodologiyasına yenidən baxılmış, öz strateji
funksiyasının prinsiplərinə milli dövlətçiliyimiz
və mənafeimiz baxımından yanaşmalı olmuşdur.
ADBTİA dövlətin sifarişlərinə əsasən
respublika üçün bədən tərbiyəsi və
idman sahəsində pedaqoji kadrlar hazırlayır. Öz vəzifələrinin
aktuallığını və bu gün üçün
böyük əhəmiyyət kəsb etdiyini akademiyanın rəhbərliyi
və burada çalışan pedaqoji kollektiv dərindən dərk
edərək, əməli vəzifələrini yerinə
yetirməyə xüsusi qayğı ilə yanaşır.
Əlbəttə, bu, ADBTİA-nın rəhbərliyinin,
professor - müəllim heyətinin, onların yetirmələrinin
gərgin əməyinin sayəsində mümkün olur. Bu əməyin
şərəfli və nəcib məqsədi akademiya müəllimlərini
daha coşqun və səmərəli işləməyə,
yüksək ixtisaslı bədən tərbiyəsi və
idman müəllimləri hazırlamağa ruhlandırır.
Dilqəm Quliyev
Olimpiya dünyası.- 2021.- 2-8
fevral.- S.4.