İdman Akademiyasının tələbələri Yay Olimpiya
oyunlarında böyük uğurlar əldə
ediblər
1951-ci ildə SSRİ-də Olimpiya
Komitəsi yaranır və tezliklə BOK-un üzvlüyünə
qəbul edilir. Bundan sonra Sovet idmançıları Olimpiya
oyunlarına buraxılırlar. SSRİ yığma
komandasının tərkibində Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasının tələbə
və məzunlarının da mübarizəyə
qoşulduqlarından XV Olimpiya oyunlarından başlayaraq bu
mötəbər yarışlarda iştirak edərək
yüksək nailiyyətlər əldə etmişlər.
Sovet
atletləri ilk dəfə XV Olimpiya oyunlarında iştirak
etmişlər. XV Olimpiya oyunları 1952-ci il iyul ayının
19-dan avqustun 3-ə kimi Finlandiyanını paytaxtı Helsinki
şəhərində olmuşdur. Olimpiadanın proqramına
idmanın 18 növü daxil edilmişdi. XV Olimpiya oyunları
Olimpiya tarixində misli görünməmiş bir iz
buraxdı. Bu Olimpiya oyunlarında 69 ölkədən 4925 nəfər
idmançı 149 dəst medal uğrunda mübarizə
aparmışdır. Sevindirici haldır ki,
idmançıların Olimpiya oyunlarında qazandıqları
nailiyyətlərdə idman akademiyasınınn tələbə
və məzunlarının da əməyi vardır.
Nümayəndə heyətinin tərkibində idman akademiyasınınn tələbə və məzunlarından IV kurs tələbəsi sərbəst güləşçilərimiz-Rəşid Məmmədbəyov (yüngül çəki), İbrahimpaşa Dadaşov və yüngül atlet (uzununa tullanma) Xandadaş Mədətov var idi. Rəşid Məmmədbəyov 1952-ci ildə XV Olimpiya oyunlarında gümüş medala layiq görülmüşdür.
XVI Olimpiya oyunları 1956-cı il noyabr ayının 22-dən dekabrın 8-nə kimi Avstraliyanın Melburn şəhərində olmuşdur. XVI Olimpiya oyunlarında 67 ölkədən 3342 iştirakçı 18 idman növü üzrə 145 dəst medal uğrunda mübarizəyə qoşulmuşdu.
Idman akademiyasının məzunu Yuri Konovalov-XVI Yay Olimpiya Oyunlarının 4x100 m estafet qaçışında gümüş mükafata layiq görülmüşdür.
1960-cı il İtaliyanını Roma şəhərində XVII Olimpiya oyunlarında 83 ölkənin 5348 idmançısı iştirak etmişdir. Bu Olimpiya oyunlarında idman akademiyasınınn tələbə və məzunları şərəfli qələbə qazandılar. 18 idman növü üzrə 150 dəst medal uğrunda mübarizəyə həmin olimpiadada SSRİ-nin tərkibində üç nəfər atlet-Yuri Konovalov, vaterpolçu Yevgeni Saltsin və idman akademiyasınınn yetirməsi basketbolçu Aleksandr Petrov da qoşulmuşdu. 31 yaşlı vaterpolçu Y.Saltsin komanda heyətində gümüş medal əldə etdi. Yevgeni Saltsin 1960-ci il XVII-Roma Olimpiya oyunlarının gümüş mükafatçısıdır. XVII-Roma Olimpiya oyunlarının Y.Konovalov əsasən 4x100 m məsafələrə estafet yarışlarında mübarizə aparımşdır. O, məşqçilərin ümidini doğrultmuş və Olimpiya oyunlarının gümüş medalını qazanmışdır.
XVIII Olimpiya oyunları 1964-cü ildə oktyabr ayının 10-dan 24-nə kimi Yaponiyanın paytaxtı Tokio şəhərində olmuşdur və buraya 94 ölkənin 5140 idmançısı 20 idman növü üzrə 163 dəst medal uğrunda mübarizə aparmağa gəlmişdi. Bu onu göstərirdi ki, Olimpiya oyunları sülh, qardaşlıq, bərabərlik və dostluq naminə bütün dünya xalqlarını öz ətrafına toplayır. Məsələn, Romada 9 sosialist ölkəsinin idmançıları 172 medal və 1200 xal qazanmışdılar. Tokioda isə 10 sosialist ölkəsinin idmançıları 196 medal və 1344,8 xal qazandılar. İdman akademiyasının yetirməsi Viktor Mineyev 1964-cü il XVIII-Tokio (Yaponiya) Olimpiya oyunlarının çempionu olmuşdur. Tokio Olimpiadasında Azərbaycan idmançılarının tərkibi daha mötəbər oldu. Ən böyük müvəffəqiyyəti beşnövçü Viktor Mineyev qazandı. İdman akademiyasınınn yetirmələri şəxsi hesabda beşinci, komanda birinciliyində isə İ.Novikov və A.Makayev ilə birlikdə güclü rəqibləri-macarları geridə qoymuş və 141,961 xalla birinci yeri tutaraq Olimpiya çempionu olmuşdur. İdman akademiyasının daha bir yetrməsi İnna Rıskal qadınlardan ibarət voleybol komandasında çıxış edirdi. Voleybolçularımız yalnız finalda Olimpiada sahiblərinə uduzaraq gümüş medal qazandılar.
İdman akademiyasının yetirmələri Aydın Əli oğlu İbrahimov 1964-cü ildə Tokio (Yaponiya) şəhərində keçirilən XVIII Olimpiya oyunlarının bürünc mükafatçısı olmuşdur. Nikolay Kuznetsov və Zenon Bortkeviç respublikamızı vaterpol yarışlarında təmsil edirdilər. Onlar Olimpiadadan bürünc medalla qayıtdılar.
XVIII Tokio (1964) (Yaponiya)Yay Olimpiya oyunlarında iştirak edən idmançıların beşi də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunları olmuşlar.
XIX Olimpiya oyunları 1968-ci il oktyabrın 12-dən 27-nə kimi Meksikanın paytaxtı Mexiko şəhərində olmuşdur. Mexiko Olimpiadasında 112 ölkənin 5531 idmançısı 19 idman növü üzrə 172 dəst medal uğrunda mübarizəyə toplanmışdı.
XIX Olimpiya oyunlarında idman akademiyasının üç nümayəndəsi-İnna Rıskal, Vera Lantratova (voleybol) və suya tullanan Nadejda Karpuxina çıxış etdilər. Voleybolçularımız turniri birinci yerlə başa vurub qızıl medallar qazandılar. Sovet komandası Yaponiya idmançıları ilə həlledici görüşdə əla oyun göstərərək 3:1 hesabı ilə qalib gəldi. İnna Rıskal ən yaxşı oyunçu hesab olundu. Vera Lantratova Mexiko şəhərində keçirilən XIX Yay Olimpiya oyunlarının qızıl medalçısı olmuşdur.
XX Olimpiya oyunları 1972-ci ilin avqustun 26-dan 11 sentyabra kimi AFR-in Münhen şəhərində olmuşdur. Burada 121 ölkənin 7123 idmançısı 22 idman növü üzrə 205 dəst medal uğrunda mübarizədə iştirak edirdi. Bu Olimpiadada Sovet idmançıları qalib gəlmişdilər. Onlar 50 qızıl, 27 gümüş, 22 bürünc medal qazanmışdılar. Bu qədər qızıl medalı hələ heç bir komanda Olimpiya oyunlarında qazanmamışdı. Bizim üçün də bu sevindirici hal idi. Belə ki, idman akademiyasının üç idmançısı XX Olimpiya oyunlarını təmsil edirdi. Bunlardan İ.Rıskal (voleybol), qısa məsafələrə qaçan Aleksandr Kornelyuk və üzgüçü Vladimir Krivtsov iştirak etmişdir. A.Kornelyuk 4x100 (24 komanda arasında) məsafəyə estafet qaçışında V.Loveçki, Y.Silov, V.Borzov ilə birlikdə 38,50 san. nəticə göstərərək gümüş medal almışdır.
Olimpiadada voleybol üzrə finalda SSRİ-Yaponiya komandaları görüşmüşlər. Qızlarımız çətin qələbə qazandılar-3:2. İ.Rıskal ikiqat olimpiya çempionu oldu.
XXI Olimpiya oyunları 1976-cı il iyul ayının 17-dən avqustun 1-nə kimi Kanadanın Monreal şəhərində olmuşdur. Burada 92 ölkənin 6028 idmançısı 25 idman növü üzrə 198 dəst medal uğrunda mübarizədə iştirak edirdi. XXI Olimpiya oyunlarında SSRİ yığma komandasında idman akademiyasının idmançıları - İnna Rıskal (voleybol), həndbolçular Rəfiqə Şabanova, Lyüdmila Şubina çıxış edirdilər. Bu, İ.Rıskalın olimpiadalarda dördüncü startı idi. Voleybolçu qadınlarımız uğurla çıxış edərək finala çıxmışlar. Finalda yaponlara uduzaraq Olimpiya oyunlarının gümüş mükafatçısı oldular.
Həndbol komandamız daha böyük müvəffəqiyyət qazanaraq (Lyüdmila Şubina və Rəfiqə Şabanova) olimpiya çempionu oldu.
XXII Olimpiya oyunları 1980-ci ildə iyulun 19-dan 3 avqusta kimi Moskva şəhərində olmuşdur. Burada 80 ölkənin 5217 idmançısı (onlardan da 1134-ü qadın idi) 21 idman növü üzrə 203 dəst medal uğrunda mübarizə aparmışdır.
İdman akademiyasının yetirmələrindən Larisa Mixaylovna Savkina 1980-ci ildə XXII Moskva Yay Olimpiya oyunlarının çempionu olmuşdur.
XXII Olimpiya oyunlarında İdman akademiyasının idmançılarından həndbolçu Larisa Savkina qızıl, xokkeyçi Tatyana Şviqanova bürünc, avarçəkənlər Vasili Yakuşa, Viktor Pereverzev, Gennadi Kryuçkin gümüş medal əldə etdilər. Bu idman akademiyası yetirmələrinin böyük müvəffəqiyyəti idi.
Ot üstündə xokkey idmanı Olimpiya oyunlarında ilk dəfə keçirildiyinə baxmayaraq idman akademiyasının məzunu Tatyana Şviqanovanın bürünc mükafatı Azərbaycanda idmanın bu növünün inkişaf etdirilməsinə daha çox maraq yaratdı.
XXIV Olimpiya oyunları idman akademiyasının idmançıları üçün də valehedici olmuşdur. SSRİ yığma komandasının tərkibində Seula gedən idman akademiyasının 19 yetirməsi ümumi komandada qələbəyə layiqli töhvə vermişlər.
Onlar yarış meydanlarında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq olimpiadalar tarixində ən yüksək nəticə göstərmişlər.
Futbolçu İqor Ponamaryov
qılıncoynadan İlqar Məmmədov
və Boris Koretski ilk dəfə olimpiadanın ən yüksək
mükafatına-qızıl medala layiq görüldülər. Avarçəkənlərdən
Vasili Yakuşa iki nəfərlik qayıq sürmək
yarışlarında bürünc medal, Aleksandr Lukyanov isə 8 nəfərlik heyətin tərkibində
gümüş medal
qazanmışlar. Həndbolçu qızlarımızdan Elina Quseva bürünc
medal almışdır. Tennisçi
V.Popova isə fəxri VI yeri
tutdu.
Ardı var
Dilqəm Quliyev
Olimpiya dünyası.- 2021.- 5-11 oktyabr.-
S.5.