İdman Akademiyasının tələbələri
Yay Olimpiya
oyunlarında böyük
uğurlar əldə ediblər
əvvəli qəzetimizin
32-ci nömrəsində
ABŞ-ın Moskvada keçirilmiş əvvəlki 1980 Olimpiya Oyunlarını boykot etməsinə cavab olaraq, Dostluq 84 alternativ yarışını təşkil edən SSRİ və əksər sosialist ölkələri (Çin, Rumıniya və Yuqoslaviya istisna olmaqla) boykot edildi. Boykotun rəsmi səbəbi, olimpiada təşkilatçılarının SSRİ və Varşava Paktının digər ölkələrindən olan idmançılara təhlükəsizlik zəmanəti verməkdən imtina etməsi idi.
Olimpiya Xartiyasının Amerika tərəfi tərəfindən kobud şəkildə pozulduğuna, SSRİ nümayəndə heyəti üçün lazımi təhlükəsizlik tədbirlərinin görülməməsinə və ABŞ-da başlayan anti-sovet kampaniyasına görə sovet idmançılarının Los-Anceles Olimpiya Oyunlarında iştirakını düşünmək yersizdir ... - KPSS Komitəsi K. Çernenkonun imzaladığı qətnamədən (5 may 1984-cü il). illər).
SSRİ milli komandası, eləcə də kifayət qədər mükafat tələb edən digər milli sosialist düşərgə komandaları (GDR, Macarıstan, Bolqarıstan, Kuba) olmadığı təqdirdə ABŞ milli komandası qeyri-rəsmi medal xallarını böyük bir fərqlə qazandı. Los-Ancelesdəki Amerika idmançıları 83 qızıl, 61 gümüş və 30 bürünc medal qazandılar ki, bu da ən yaxın təqibçinin - Rumıniya komandasının nəticəsindən (20-
16-17) üç dəfə çoxdur. Üçüncü pillədə - Almaniya komandası (17 qızıl medal). Dördüncü pillədə isə uzun fasilədən sonra (15 qızıl medal) Olimpiadada debüt edən Çin komandası yer alıb.
Beləliklə, amerikalılar 1980-ci ildə Moskvada SSRİ milli komandasından 3 qızıl medal qazandılar (mükafatların ümumi sayına görə, amerikalılar Sovet milli rekorduna görə 21 medal itirdilər). Amerikalılar üçün qızıl mükafatların sayına görə rekord Olimpiya Oyunları tarixindəki ən yüksək nailiyyət olaraq qalır və yaxın gələcəkdə sındırılması ehtimalı azdır.
SSRİ və ABŞ-ın Olimpiya oyunlarını iki qarşılıqlı boykot etməsi nəticəsində, Ted Turnerin təşəbbüsü ilə, indi dayandırılmış xoşməramlı oyunlar yarandı. BOK-un Nizamnaməsi, BOK-un o vaxtkı prezidenti Samarançın təqdimatı ilə bir və ya bir neçə gələcək Olimpiada üçün müvafiq komandanın diskvalifikasiyasına, üzvlüyünün dayandırılmasına və ya ölkənin Beynəlxalq Olimpiya Komitəsindən tamamilə çıxarılmasına qədər boykot etməyə çalışacaq bir ölkənin MOK-a qarşı ciddi sanksiyalar barədə əlavə maddələr əlavə etdi.
Dostluq-84” yarışlarda dünyanın 50-dən yuxarı ölkəsinin nümayəndəsi 28 olimpiya idman növü üzrə mübarizə aparmışdır. 12 dünya və 72 olimpiya rekordundan yüksək nəticələr göstərilmişdir. Fərəhli haldır ki, “Dostluq-84” yarışlarının təşkilat komitəsinin sədri xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dediyi kimi: “Olimpiya Oyunları təkcə idman yarışı deyil, həm də böyük siyasətdir. Olimpiya Oyunları böyük bir idman hadisəsidir və deyə bilərəm ki, dünya miqyasında çox böyük ictimai hadisədir.
Həmin yarışlarda Sovet komandasının tərkibində Azərbaycan nümayəndələri də iştirak etmişdir. Özü də çox uğurla. İdman akademiyasının yetirməsi Esmira Əsgərova (Vahabzadə) Çexoslovakiyada keçirilmiş həmin oyunların çempionu olmuş, qadınlardan ibarət SSRİ-nin yığma həndbol komandasının tərkibində qızıl medal almışdır.
“Dostluq-84” yarışlarının qəhrəmanlarından biri də bizim məşhur üzgüçümüz İdman akademiysının yetirmələrindən Tatyana Kurnikova olmuşdur. O, Moskvada “Olimpiyski“ hovuzunda bir qızıl və iki gümüş medal qazanmışdır. Digər idmançımız, stend atıcısı Valeri Timoxin nişangahında SSRİ yığma komandası heyətində olmuşdur. Krılatski avarçəkmə kanalında isə respublikamızı akademik qayıqlarda avarçəkmə ustalarımız təmsil etmişdir.
Barselonada XXV Olimpiya oyunlarının açılışı 25 iyul 1992-ci ildə olmuşdur. İlk dəfə olaraq olimpiadada Azərbaycanın üçrəngli bayrağı da dalğalanmışdır. Müstəqil Azərbaycan nümayəndələrinin iştirakı ilə cüdo, qılınc oynatma (rapira), stend atıcılığı və idman gimnastikası yarışları keçirilmşidir. Həmin oyunlarda idman akademiyasının dörd idmançı ilk dəfə olaraq müstəqil Azərbaycanın nümayəndələri kimi olimpiadada iştirak etmək xoşbəxtliyi nəsib olmuşdur. Olimpiya oyunları 183 milli olimpiya komitəsini özünə cəlb etmişdir.
XXV Olimpiya oyunlarında idman akademiyasının yetirmələri cüdoçu Nazim Hüseynov, gimnast Valeri Belenki qızıl medal almışlar. Qılınc oynadan İlqar Məmmədov və stend atıcısı Valeri Timoxin isə öz imkanlarından aşağı çıxış etmişdilər.
1996-cı ildə 197 ölkənəinn iştirak etdiyi Atlanta Olimpiya Oyunlarında Atlanta Olimpiadasında 197 ölkədən 10788 idmançı iştirak edirdi. Burada idmanın 26 növü üzrə 271 medal dəsti uğrunda mübarizə aparırdılar. İdman akademiyasının yetirmələri bu nyarışlarda 4 nəfər yüngül atlet (Elvira Cabbarova, Arif Axundov, Vasif Əsədov, Aleksey Fatyanov), 2 nəfər yunan-Roma güləşçisi (Vilayət Ağayev və Tahir Zahidov), 6 nəfər sərbəst güləşçi (Namiq Abdullayev, Arif Abdullayev, Eyvaz Allahverdiyev, Məmmədsalam Hacıyev, Məhəmməd İbrahimov, Davud Məhəmmədov), 2 cüdoçu ( Nazim Hüseynov, Zülfiyyə Hüseynova), 2 boksçu (Ədalət Məmmədov, İlham Kərimov), 2 ağır atlet (Asif Məlikov, Tofiq Heydərov), qılıncoynadan Elxan Məmmədov, üzgüçü Emin Quliyev, suya tullanan Emin Cəbrayılov, atıcılıq idmanı üzrə İradə Aşumova və Sergey Timoxin təmsil edirdilər.
İdman akademiyasının yetirməsi ən yüngül çəkili güləşçisi, ikiqat Avropa çempionu Namiq Abdullayev isə ona olan ümidləri doğrultdu. Onun qazandığı gümüş medal Azərbaycan pəhləvanlarının Olimpiya oyunlarında sərbəst güləş üzrə qazandıqları ikinci, müstəqil Azərbaycan bayrağı altında əldə edilmiş birinci medal idi. Atlanta Olimpiya Oyunlarında 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında 61-ci yeri tutdu.
XXVII Yay Olimpiya Oyunları, Sidney – 2000 Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə olimpiadada iştirak edirdi. Ölkəmiz Sidneydə 31 idmançı ilə təmsil olunurdu. İdman akademiyasının idmançıları cüdo, üzgüçülük, atıcılıq, boks, yüngül atletika, ağırlıqqaldırma, suyatullanma və güləş yarışlarında güclərini sınayırdılar. Atletlərimiz cüdo, boks, güləş, atıcılıq yarışlarında uğurlu nəticələr göstərdilər. Azərbaycan komandasına ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftahəddinova qazandırdı. Onun çıxış etdiyi idman növü ilk dəfə olaraq Olimpiya oyunlarının proqramına daxil edilmişdi. Zemfira bu növdə iki Olimpiya rekordu müəyyən etdi. Ölkəmizə ikinci qızıl medalı Atlanta oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev gətirdi.
Sidney-2000 Yay Olimpiya Oyunlarında Azərbaycan boksunun səlnaməsinə də ilk Olimpiya medalı yazıldı. 19 yaşlı gənc boksçu Vüqar Ələkbərov bürünc medala sahib oldu.
Azərbaycan komandası tərkibində idman akademiyasının yetirmələrindən cüdo idman növündə dörd idmançı - qadınlar arasında Zülfiyyə Hüseynova (57 kq), kişilər arasında Elçin İsmayılov (60 kq), Mehman Əzizov (81 kq), Rəsul Səlimov (90 kq) ilə təmsil olunurdu. Lakin təəssüf ki, cüdo yarışlarında medal əldə olunmadı. İki qızıl və bir bürünc medal olan Azərbaycan medal alan ölkə arasında 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Azərbaycan idmanı Sidney sınağından zəfərlə çıxdı.
Əgər 1996-cı ildə 197 ölkənəinn iştirak etdiyi Atlanta Olimpiya Oyunlarında Azərbaycan bir güimüş medalla 61-ci yeri tutmuşdursa, 2000-ci idə XXVII Yay Olimpiya Oyunlarında idmançılarımız iki qızıl və bir bürünc medal qazanaraq, 199 ölkənin qatıldığı bu Oyunlarda ölkəmiz üçün 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri təmin etmişlər.
XXVIII Yay Olimpiya Oyunları, Afina – 2004 Olimpiya Oyunları Azərbaycan idmanının yeni şanlı səhifəsini yazdı. 21-ci minilliyin ilk Olimpiya oyunlarında 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. Bu oyunlarda BOK-un üzvü olan 204 ölkədən 202-si iştirak edirdi.
Yarışlarda 11039 idmançı 2021 medal, o cümlədən 669 qızıl, 666 gümüş və 686 bürünc medal uğrunda mübarizəyə qoşulmuşdu. Azərbaycan milli komandası 38 idmançı ilə idmanın 12 növündə təmsil olunurdu.
Atletlərimiz XXVIII Yay Olimpiya Oyunlarında 5 medal (1 qızıl, 4 bürünc) qazandılar. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı idman akademiyasının magistr pilləsini bitirən Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, Sidney-2000 Olimpiadasının qızıl mükafatçısı İdman akademiyasının məzunu Zemfira Meftahəddinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar.
Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan biri isə digər boksçumuz idman akademiyasının məzunu Fuad Aslanovun payına düşdü.
Pekin- 2008 XXIX Yay Olimpiya Oyunlarında ölkəmiz 12 - güləş (sərbəst güləş (7), yunan-Roma güləşi (6) və qadın güləşi (3)), taekvondo (1), gimnastika (qrup hərəkətləri üzrə komanda 6, fərdi yarışlarda 2), boks (2), atıcılıq (1), atçılıq (1), üzgüçülük (2), cüdo (6), atletika (2) və ağırlıqqaldırma (5) idman növlərində 44 idmançı ilə təmsil olunurdu. Bu yarışda təmsilçilərimiz digər Olimpiya oyunlarından həm idmançıların, həm də qazanılan medalların sayına görə fərqlənirdi. Komandamız Olimpiya oyunlarında ilk dəfə olaraq, hər üç əyarda medallar qazandılar. Maraqlıdır ki, atletlərimiz ilk dəfə olimpiadanın atçılıq yarışlarında və bədii gimnastika üzrə qrup hərəkətlərində qüvvələrini sınadılar. Bundan əlavə, Pekin-2008 qadın güləşçilərimizin mübarizə aparacağı ilk olimpiada kimi tarixə düşdü.
Ölkəmizə Olimpiya qızılını cüdoçumuz idman akademiyasının yetirməsi Elnur Məmmədli (73 kq) qazandırdı. Finala qədər bütün rəqiblərinə vaxtından əvvəl ipponla qalib gələn E. Məmmədli həlledici matçda koreyalı idmançını 13 saniyəyə məğlub edərək 73 kq çəkidə ən güclü oldu. Gümüş medalları yunan-Roma güləşində əldə etdik.
Finala qədər heç bir idmançıya aman verməyən idman akademiyasının yetirmələri Vitali Rəhimov (60 kq) həlledici matçda rusiyalı idmançıya məğlub olaraq, gümüş medal qazandı. Rövşən Bayramov (55 kq) da yunan-Roma güləşində finala qədər bütün rəqiblərini məğlubiyyətə uğratdı. İdmançımız finalda Rusiya təmsilçisinə 6:5 (3:2, 2:2) hesabı ilə uduzaraq 2-ci yerlə barışmalı oldu.
Sərbəst güləşçimiz Xetaq Qazyumovu (96 kq) yarımfinalda Rusiya atleti dayandırdı. Təmsilçimiz bürünc medala layiq görüldü. İlk görüşdə məğlub olsa da, rəqibinin finala qədər irəliləməsi Mariya Stadnikin (48 kq) təsəlli yarışlarda qüvvəsini sınaması ilə nəticələnib. Medal uğrunda yarışda isə zərif cinsin nümayəndəsi qazaxıstanlı idmançını döşəyə çıxmağa peşman etdi. İdman akademiyasının yetirməsi boksçumuz Şahin İmranov (57 kq) da medal qazanan idmançıların siyahısına düşə bildi. Yarımfinala qədər irəliləyən boksçumuz bu mərhələdə döyüşü yarımçıq saxlamalı oldu. Zədələndiyi üçün döyüşə bilməyən təmsilçimiz bürünc medalla kifayətləndi. 1/2 finalda uduzan Mövlud Mirəliyev (100 kq) cüdo yarışında bürünc medal uğrunda polşalı idmançını mübarizədən kənarlaşdırdı.
Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutdu.
Ardı var
Dilqəm Quliyev
Olimpiya dünyası.- 2021.- 12-18 oktyabr.-
S.5.