Vətən
müharibəsinin şəhidi
Arif
Qeybiyevin xatirəsinə
atletika üzrə
birinci respublika
yarışı təşkil edilib
Oktyabrın
10-da Astarada Vətən müharibəsi şəhidi Arif
Qeybiyevin xatirəsinə həsr olunan atletika üzrə
birinci respublika yarışı keçirilib. Gənclər və
İdman Nazirliyinin və Azərbaycan Atletika
Federasiyasının birgə təşkilatçılığı
ilə keçirilən yarışda respublikanın şəhər
və rayonlarından 10-a yaxın komanda mübarizə
aparıb.Turnirin açılış mərasimində Azərbaycan
Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə,
federasiyanın təmsilçiləri, Vətən müharibəsi
qaziləri və rayon ictimaiyyətinin nümayəndələri
iştirak edirlər.
Qeyd edək ki, Arif İsmayıl oğlu Qeybiyev 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində anadan olub. Orta məktəbdə təhsil aldığı illərdən atletika ilə fəal məşğul olmağa başlayan Arif Qeybiyev dəfələrlə respublika və rayon miqyaslı turnirlərdə fərqlənib. O, 2015-ci ildə I Avropa Oyunlarının iştirakçısı olub.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, tankçı Arif Qeybiyev Vətən müharibəsinin birinci günündə şəhidlik zirvəsinə ucalıb. Cəsur döyüşçü Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub. Arif Qeybiyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Olimpiya dünyası.- 2021.- 12-18
oktyabr.- S.2.