Olimpiya dünyasıqəzetinin

22 yaşı tamam oldu

 

Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olanOlimpiya dünyasıqəzetinin ilk sayı 2001-ci il noyabrın 27-də işıq üzü görüb. İlk gündənOlimpiya dünyasıölkə idmanının, Olimpiya Hərəkatının Olimpiya ideallarının təbliğini özünün başlıca vəzifəsi hesab edir. İdman mətbuatı ailəsində özünəməxsus mövqeyi olanOlimpiya dünyasıqəzeti bu illər ərzində sevilən nəşrlərdən birinə çevrilib. Qəzet öz səhifələrində dünyada ölkədə baş verən mühüm idman hadisələrini, yeniliklərini, atletlərimizin uğurlarını müntəzəm olaraq işıqlandırmaqla artıq 22 ildir ki, operativ xəbərlərlə oxucuların görüşünə gəlir.

Şübhəsiz ki, idmanın Olimpiya Hərəkatının inkişafının, kütləviləşməsinin təbliği sahəsində idman mətbuatının rolu danılmazdır. Hər hansı sahədə əldə edilən uğur təbliğat işinin keyfiyyətindən səviyyəsindən asılıdır. Geniş auditoriya kütləsi toplamaq üçün, ilk növbədə, oxucu zövqünü tələbatını təmin etmək lazımdır. Müasir oxucu çoxsaylı informasiya ilə yanaşı, ölkə idmanındakı yenilikləri daim izləmək istəyir. Bu baxımdan, qəzetin əsas məqsədi ölkədə Olimpiya Hərəkatının genişlənməsi, idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə operativ məlumatlar vermək, idmansevərləri, idmançıları idman mütəxəssislərini lazımi informasiya ilə təmin etməkdir. “Olimpiya dünyasıqəzetini digər idman nəşrlərindən fərqləndirən başlıca xüsusiyyət onun bütün idman növlərini eyni səviyyədə diqqətdə saxlamasıdır.

Olimpiya dünyasıfəaliyyət göstərdiyi 22 il ərzində idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, oxucularla da sıx əlaqələr yaratmağa nail olub. Qəzet oxucuların idman haqqında biliklərini yoxlamaq artırmaq məqsədilə tez-tez maraqlı müsabiqələr viktorinalar təşkil edir. Əsas məqsəd ölkəmizdə idmanın, Olimpiya Hərəkatının inkişafını nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda da layiqli səviyyədə təbliğ etməkdir.

Olimpiya dünyası”nın səhifələrində müxtəlif rubrikalar altında dərc olunan yazılar oxucularda maraq oyadır. Oxucular idman ictimaiyyətinin tanınmış nümayəndələri, Olimpiya, Avropa dünya çempionlarının idmandakı uğurları şəxsi həyatları haqqında maraqlı məlumatlarla tanış olmaq imkanı əldə edirlər. Müxtəlif mövzuları əhatə edənMütəxəssis rəyi”, “Sənətçi idman, idmançı sənət haqqında”, “Hesabat kürsüsü” “Sağlamlıq resepti-idman”, “İdmançı ailəsi”, “İdmandan kənar”, “İdmançı menyüsü”, “Ali məktəblərin idman həyatı”, “İdman klublarında”, “Bölgə idmanı”, “Küncdən zərbə”, “İdman ulduzları”, “Gənclər idman”, “Qadın idman”, “Musiqi idman”, “Unudulmayan əfsanələr”, “İdmançılar narkomaniyaya qarşı başqa bu kimi rubrikalar oxucular tərəfindən maraqla qarşılanır.

Olimpiya dünyasıqəzetində Afina-2004, Pekin-2008, London-2012, Rio-2016, Tokio-2020 Yay bir neçə Qış Olimpiya Oyunları, Sinqapur-2010, Nankin-2014, Buenos-Ayres-2018 Yeniyetmələrin Yay Olimpiya Oyunları, Avropa Yeniyetmələrinin Olimpiya Festivalları, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları bir çox mötəbər beynəlxalq yarışlardan birbaşa operativ məlumatlar verilib. Olimpiya ideallarının, Olimpiya Hərəkatının Azərbaycanda təbliğinə xidmət edənOlimpiya dünyasıqəzeti həm ölkə, həm dünya idmanının aynasına çevrilib. Bu möhtəşəm idman tədbirlərindəOlimpiya dünyası”nın işi digər mətbu orqanlarının fəaliyyətindən xüsusilə fərqlənib. Bu yarışlarda tarix yazan idmançılarımız həyəcanlı anların yaşandığı idman arenalarında ilk müsahibələrini məhzOlimpiya dünyası”na veriblər. Qəzet Olimpiya komandamızın dünyanın ən mötəbər yarışlarına hazırlığından, onların olimpiadada iştirakından geniş şərhlər hazırlayıb. Atletlərimizlə Afina, Pekin, London, Rio-de Janeyro, Tokio, Sinqapur, Nankin, Buenos-Ayres digər yerlərdə yaradılan canlı telefon bağlantıları materialların daha geniş, daha ətraflı oxunaqlı olmasına zəmin yaradıb.

İdman Olimpiya Hərəkatının təbliğində peşəkarlıq nümayiş etdirənOlimpiya dünyasıqəzeti 44 günlük Vətən müharibəsinə xüsusi yer ayırdı. Qəzetimiz bütün səhifələrini Vətən müharibəsinə həsr etdi. Böyük Zəfərdən sonra da qəzetimiz qələbəyə həsr olunmuş yazıları davam etdirir. “Şəhidlik zirvəsinə ucalan idmançılar”, “Vətən müharibəsinin idmançı qəhrəmanlarırubrikası altında yazılar qəzetimizin səhifələrində dərc olunur.

Olimpiya dünyası”nın fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəzetimizin iki əməkdaşıAzərbaycan Respublikasının Əməkdar jurnalisti”, üç əməkdaşı daTərəqqimedalına layiq görülüb. Qəzet Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar KomissiyasınınƏdalətli idman təbliğatçısınominasiyasının qalibi olub. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən qəzet dəfələrləİlin ən yaxşı idman nəşrinominasiyasına layiq görülüb. Qəzetin əməkdaşları da müxtəlif illərdəİlin idman jurnalistinominasiyasında fərqləniblər. 2004-cü ildəOlimpiya dünyasıqəzetinin baş redaktoru Gənclər, İdman Turizm Nazirliyi tərəfindənİlin ən yaxşı idman jurnalistinominasiyasında birinci olub.

Beynəlxalq mətbuatın da diqqət mərkəzində olanOlimpiya dünyasıİspaniyadaNüfuz keyfiyyətə görə-Aktualidad-XXI” adlı beynəlxalq mükafata layiq görülüb. İdmanın təbliği sahəsindəki fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyasının xüsusi diplomu ilə təltif edilib.

Qəzet həm AFFA, Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Voleybol Federasiyası, Azərbaycan Taekvondo Federasiyası, Azərbaycan Güləş Federasiyası bir çox digər idman qurumları tərəfindən dəfələrlə diplom mükafatlara layiq görülüb.

Olimpiya dünyasıqəzeti idmanın təbliği ilə yanaşı, idman tədbirlərinin, müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. İndiyədək qəzet bir sıra ölkədaxili beynəlxalq yarışların, mədəniyyət tədbirlərinin təşkilatçısı olub. Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri arasında əməkdaşlıq, yaradıcılıq əlaqələrini daha da möhkəmləndirmək üçünOlimpiya dünyasıİdmanqəzetinin təşkilatçılığı ilə keçirilən “KİV-2003” futzal turnirində Kütləvi İnformasiya Vasitələrinin 14 komandası qüvvəsini sınayıb. “Olimpiya dünyası”nın 2004-cü ildə jurnalistlər arasında ən güclü şahmatçını aşkar etmək üçün təşkil etdiyi yarışlar da böyük maraqla qarşılanıb.

Olimpiya dünyası”nın təşkilatçılığı ilə bölgələrdə bir sıra tədbirlər həyata keçirib. Belə ki, qəzetin Gəncədə təşkil etdiyi karate-do üzrəGəncə kubokubeynəlxalq turniri belə tədbirlərdəndir. 2011-ci il oktyabrın 23-də “Olimpiya dünyasıqəzetinin təşkilatçılığı ilə jurnalistlərləNeftçi”nin veteran futbolçuları arasında yoldaşlıq görüşü keçirilib.

İdman mövzusunda karikaturalara maraq həmişə böyük olub. Dünyada idman çox inkişaf etdiyindən karikatura ustaları dəfələrlə bu mövzuya müraciət edir, öz ustalıqlarından istifadə edərək gözəl nümunələr yaradırlar. Ölkəmizdə karikaturaçılar idman mövzusuna müraciət edirlər. “Olimpiya dünyasıqəzeti karikaturaçılarda idman sahəsinə marağı daha da artırmaq məqsədilə I Bakı Beynəlxalq Karikatura Müsabiqəsi təşkil edib. Bu müsabiqədə 26 ölkədən 70 rəssam bacarığını nümayiş etdirib. 2006-cı ildə qəzetin təşkilatçılığı ilə keçirilən II Bakı Beynəlxalq Karikatura Müsabiqəsində isə bütün qitələri təmsil edən 40 ölkədən 163 rəssam 500 karikatura ilə iştirak edib. QəzetinƏn yaxşı idman fotoşəkiliƏn yaxşı idman yazısıadlı müsabiqələri uğurla keçirilib.

Bundan başqa Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının Olimpiya dünyasıqəzetinin birgə təşkilatçılığı iləİdman ədalətli oyunlarmövzusunda rəsm müsabiqəsi keçirilib. 3-8 9-16 yaş qrupları üzrə keçirilən müsabiqəyə paytaxt Naxçıvan MR ilə yanaşı, 42 bölgədən ümumilikdə 2114 rəsm daxil olub. Onlardan 1560-ı 9-16 yaş qrupu, 554-ü 3-8 yaş qrupu üzrə olub. Rəsmlər hər yaş qrupuna uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqını təmsil edən peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Olimpiya dünyasıqəzeti 2006-cı ildən başlayaraq Yetkinlik Yaşına Çatmayanların Tərbiyə Müəssisəsində idman tədbirləri təşkil edib. Burada stolüstü tennis üzrə yarış təşkil olunmuş bu yarışın qaliblərinə diplomlar idman kostyumları verilmişdir. Növbəti tədbir 2007-ci il martın 5-də “Olimpiya dünyasıilə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 4 saylı Cəzaçəkmə Müəssisəsində təşkil edilib. 8 Mart-Beynəlxalq Qadınlar Günü ərəfəsində belə bir tədbirin keçirilməsində əsas məqsəd azadlıqdan məhrumetmə ilə bağlı yaranmış gərginliyi aradan qaldırmaq, məhbusların psixoloji durumunu sabit saxlamaq onların asudə vaxtının maraqlı səmərəli təşkilinə kömək göstərmək idi. Cəzaçəkmə Müəssisəsində voleybol üzrə yarış keçirilmiş, bu yarışlara tanınmış voleybolçu Alla Həsənova hakimlik etmiş, qaliblərə cəzaçəkmə müəssisəsindəki qadınlara hədiyyələr təqdim olunmuşdur. Belə tədbirlər zamanı Olimpiya, dünya Avropa çempionları ilə məhbusların görüşü keçirilmiş, Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrinin kitabxanalarına MOK-un nəşrlərindən nümunələr idman zallarına müxtəlif idman avadanlıqları verilmişdir.

Qəzetimizin yubileyi ilə bağlı 2021-ci il noyabrın 3-də MOK-un Azərbaycan Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə Mətbuat ŞurasındaOlimpiya dünyasıqəzetinin 20 ilik yubileyinə həsr olunmuşNarkomaniyaya qarşı mübarizədə media idmanın rolumövzusunda tədbir keçirilib. Tədbirdə iştirak edən dünya, Avropa Olimpiya çempionları digər qonaqlar gənclərin narkomaniya zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinə yönəlməsi ilə bağlı fikirlərini bildiriblər. Qeyd edək ki, qəzetimizin səhifələrindəİdmançılar narkomaniyaya qarşırubrikası altında oxucularımıza müntəzəm olaraq maraqlı yazılar təqdim olunur.

Olimpiya dünyasıqəzetinin 22 il ərzindəki ən böyük uğurlarından biri , ölkədə idman jurnalistlərinin yetişməsi sahəsində fəaliyyət göstərməsidir. Belə ki, ali təhsil ocaqlarının jurnalistika digər fakültələrində təhsil alan, idmana maraq göstərən bu sahənin təbliği ilə məşğul olmaq istəyən prespektivli gənclər redaksiyaya işə dəvət olunurlar. Ötən illər ərzindəOlimpiya dünyası”nda 40 nəfərə yaxın gənc idman jurnalisti yetişib. Onlar ali məktəblərdə təhsillərini davam etdirməklə yanaşı, həm idman jurnalistikasının sirlərinə yiyələnib təcrübə əldə ediblər. Hazırda onlar ölkəmizin müxtəlif KİV-lərində idman jurnalisti kimi çalışırlar. Bu təcrübə indi davam edir. İdman sahəsini yaxşı bilən, yaradıcı zəngin təcrübəyə malik idman jurnalistlərinin yetişməsi üçün qəzetin kollektivi öz səy bacarığını əsirgəmir.

Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət qayğının nəticəsi olaraq, ölkədə idmanın inkişafını, Olimpiya Hərəkatının genişlənməsini, maddi-texniki bazanın sürətlə möhkəmlənməsini, atletlərimizin beynəlxalq səviyyəli uğurlarını daim diqqət mərkəzində saxlayan təbliğ edənOlimpiya dünyasıəvvələr həftədə iki dəfə rəngli formatda 6000 tirajla çap edilirdi. Hazırda qəzet həftədə bir dəfə 4100 tirajla çap edilir geniş oxucu kütləsinə malikdir. “Olimpiya dünyasıqəzeti hazırda həftəlik qəzet kimi fəliyyət göstərsə , 2016-cı ilin oktyabr ayından həm gündəlik çıxır. Belə ki, onlayn formatda da gündəlik olaraq oxucuların görüşünə gəlir (olimpiyadunyasi.com).

Böyük məsuliyyət tələb edən qəzet işi kollektiv əməyin məhsuludur. Redaksiyada idmana jurnalistikaya qəlbən bağlı mehriban işgüzar yaradıcı kollektiv formalaşıb.

Uğurlu fəaliyyətimiz bu gün davam edir. Hesab edirik ki, Azərbaycan idmanı Olimpiya Hərəkatı inkişaf etdikcə, idmançılarımızın nailiyyətləri artdıqca, qəzetimiz qələbə xəbərlərini çoxsaylı oxucularımıza çatdıracaq.

 

Olimpiya dünyası.- 2023.- 28 noyabr-4 dekabr, ¹37.- S.3.