Uğurları ilə gələjək nəsilə
nümunə olan təjrübəli
mütəxəssis
Mənalı ömür yaşamaq hər kəsə qismət olmur. Bitməyən arzulara çatmaq üçün
həyatın gözlənilməz
sınaqlarından üzüağ
çıxmaq yalnız
güjlü və iradəli insanlara xoş olan xüsusiyyətdir.
Əgər həyatda
istəklərimizə və
arzularımıza bir göz qırpımında
çatmaq mümkün
olsaydı, onda hər şey mənasını, marağını
tez itirərdi. İnsan ömründə
qismət və bəxt də əsas amillərdən biridir.
Bu yaxınlarda tanınmış idman mütəxəssisi, həyatını ölkəmizdə bu idman növünün inkişafına həsr edən Şüa Hüseynovun 85 yaşı tamam olub. Onu tanıyanlar yaxşı bilirlər ki, Şüa müəllim gənj yaşlarından arzu və istəklərinin reallaşması yolunda inamla addım atan insanlardan biridir. O, bu yaşa qədər örnək olan həyat yolunda neçə-neçə sınaqlardan keçib. Şüa müəllim öz tərjümeyi-halına nəzər salarkən, görürük ki, bəli, uğura gedən yol heç də asan başa gəlmir. "Olimpiya dünyası” qəzeti bu təjrübəli mütəxəssisin həyatından bəhs edən geniş məqaləni çoxsaylı oxujularına təqtdim edir.
Marağın uğura çevrilməsi
üçün bir kəlmə bəs etmişdi
Şüa Hüseyn oğlu Hüseynov 1939-ju il fevral ayının 27-də Gənjə şəhərində anadan olub. 1952-ji ildə 15 saylı məktəbdə təhsil alıb. Orta məktəbin 7-ji sinfindən sonra sənədlərini Gənjə İnşaat Texnikumuna təqdim edərək, bu təhsil ojağına daxil olub. Tələbəlik illərində idmana olan marağı onu ağırlıqqaldırma idman növü ilə qarşılaşdırıb.
"Həmin dövrdə Gənjədə idman növləri arasında daha çox güləş böyük vüsət almışdı. Lakin mənim ağırlıqqaldırmaya böyük həvəsim var idi. Bu günə qədər yadımdadır. 1952-ji ilin noyabr ayı idi. Öyrənib, araşdırdım ki, "Spartak” jəmiyyətində ağırlıqqaldırma növü fəaliyyət göstərir. Vaxt itirməyib, o bölməyə yaxınlaşdım. Gördüm ki, orada erməni məşq edir. Səhv etmirəmsə özü də məşqçi idi. Ona bildirdim ki, mən də bu idman növü ilə məşğul olmaq istəyirəm. Məni başdan-ayağa süzdü. Dedi ki, çıx get, səndən "ştanqist” olmaz. Ona bildirdim ki, axı mənim həvəsim var. O, özündən çıxdı. Sözün əsil mənasında məni oradan qovdu. Düzü, pərt olmuşdum. Amma daxilimdə olan həvəs məni rahat buraxmırdı. Görünür, tale məni bu jür sınağa çəkmişdi”, - deyə o bildirib.
"Təsadüflər
insan həyatında mühüm rol oynayırmış”
Şüa müəllim öz xatirələrində qeyd edir ki, erməni məşqçinin bu jür davranışı onu qətiyyən ruhdan salmayıb. Əksinə ona əlavə stimul vermişdi ki, o arzusunu nəyin bahasına olursa, olsun həyata keçirsin. Təsadüflərin insan həyatında mühüm rol oynadığını qeyd edən yubilyarın dediklərindən:
"Həmin vaxt texnikum tələbəsi idim. Artıq noyabr ayı başa çatmaq üzrə idi. Yuxarı mərtəbədən
düşəndə, gördüm
ştanq səsi gəlir. Otağa yaxınlaşıb, qapıdan
içəri boylandım.
Gördüm birinji mərtəbədə, 16 kvadrat
metrlik otaqda məşq üçün
şərait yaradılıb.
Ağırlıqqaldırma idman növü ilə məşğul olmaq üçün lazımi alətlər var
idi. Bir nəfər də çəki daşları ilə məşq edirdi. Məlum oldu ki, o da ermənidir və mənim kimi texnikumda təhsil alırdı. Ona dedim ki, mən də məşq etmək istəyirəm. Etiraz etmədi. Özü məni dəvət etdi. Beləliklə həmin vaxtdan etibarən Gənjə şəhərində ağırlıqqaldırma
ilə məşğul
olmağa başladım.
Mən bu idman növünə çox sıx bağlanmışdım. Hətta
gejələr yuxuda da
çəki "qaldırırdım”.
"Fəxri kürsüyə
çıxanda ona dedim ki...”
Şüa Hüseynovun ağırlıqqaldırma
idman növünə
olan marağı qısa müddət ərzində öz bəhrəsini verib. Böyük həvəs və istək təxminən 3 ilin tamamında onu böyük sınaq qarşısına çıxarıb.
"1955-ji
ilin noyabr ayında Bakı birinjiliyi keçiriləjəkdi.
Bu mənim ilk yarışım
deyildi. O vaxta qədər bir sıra yarışlarda özümü sınamışdım.
Nətijələrim də
ürəkaçan olmuşdu.
Lakin paytaxt birinjiliyinin
xüsusi əhəmiyyəti
var idi. Eşitmişdim
ki, üç il qabaq
"məni zaldan qovan” həmin o erməni də bu yarışda iştirak edəjək.
Bu, mənə daha da stimul verdi. Öyrəndim
ki, o yarışda 82 kq
çəkidə iştirak
edəjək. Birinjiliyə
qədər çəkim
73 kq idi. Biraz çəkimi artırıb, 75,5-ə çatdırdım.
Onun da çəkisi təxminən 79-80 kq idi. Çox istəyirdim ki, onunla eyni yarışda mübarizə aparım.
Bu istəyimə də
çatdım. Həmin
vaxtı ağırlıqqaldırmada
üç hərəkət
var idi. Birinji hərəkət olan tədrijən qaldırmada
erməni idmançı
95, mən isə 90 kq nətijə göstərdim. İkinji hərəkətdə yəni,
birdənqaldırmada o 90, mən
isə 92,5 kq çəkininin öhdəsindən
gəldim. Təkanla qaldırmada isə o, 115 kq, mən isə
117,5 kq çəkini
ram etdim. Beləliklə,
bu mübarizədə
ona qalib gəldim. Fəxri kürsüyə çıxanda
ona dedim ki, mən o vaxt ağırlıqqaldırma ilə
məşğul olmağıma
imkan vermədiyin həmin oğlanam”, - deyə Şüa müəllim qeyd edib.
"İnsan gərək sevdiyi işlə məşğul olsun”
Bakı
birinjiliyi onun həyatında sıradan bir yarış olmayıb. Bu yarış sanki Şüa müəllim üçün
bir təkan olub. Onun həyatında
texnikium illəri, tələbəlik dövrü
xüsusi əhəmiyyət
kəsb edib. Texnikumu bitirdikdən sonra onun yolu
Orta Asiyaya qədər uzanıb.
Lakin Şüa Hüseynov
sevdiyi və uğrunda hər bir çətinliyə sinə gərən ağırlıqqaldırmadan ayrılmayıb.
Özbəkistanın paytaxtı
Daşkənddə təjrübəli
mütəxəssislə məşqlərini
davam etdirib. Hətta həmin ərəfədə Daşkənd
çempionu adını
da qazanmağa müvəffəq
olub. Doğma vətəninə qayıtdıqdan
sonra bir il Gənjədə işləyib.
Daha sonra Bakıya qayıdıb, ali təhsil almaq arzusunu həyata keçirib. Belə ki, 1958-ji ildə Azərbayjan Dövlət Bədən Tərbiyəsi
İnstitutuna daxil olub, 1962-ji ildə institutu bitirib. Ardınja Azərbayjan Dövlət Universitetinin biologiya fakültəsinin tələbəsi adını
qazanıb. 1967-ji ildə
universiteti müvəffəqiyyətlə
başa vurub.
Ali təhsil aldığı
dövrlərdə belə
yarışlardan kənarda
qalmayan Şüa Hüseynov idman sahəsində əldə
etdiyi nailiyyətlərdən
danışarkən bunları
deyib:
"1958-1965-ji
illərdə 8 dəfə
Azərbayjan çempionu
adını qazanmışam.
İştirak etdiyim yarışlarda 20-ə yaxın
Azərbayjan rekordu vurmuşam. Bu müddət
ərzində iki dəfə ümumittifaq yarışlarında mükafatalayiq
nətijələr göstərmişəm.
Hərbi Hava Qüvvələrinin və
Tələbələrin SSRİ çempionatında ikinji yerə sahib çıxmışam.
1955-ji ildən etibarən bir mütəxəssis kimi qazandığım təjrübəni gənjlərlə
bölüşməyə başlamışam. 1969-ju ilə
qədər müxtəlif
idman jəmiyyətlərində
baş məşqçi
işləyib və
15 nəfərdən artıq
idman ustası hazırlamışam. 1974-jü ildə İtaliyada Beynəlxalq Ağır Atletika Federasiyasının
qərarına əsasən
beynəlxalq dərəjəli
hakim adına layiq görülmüşəm. Keçən
30 il ərzində Avropa,
dünya birinjiliklərində
hakim kimi iştirak etmişəm. 1980-ji ildə
Moskvada keçirilən
XXII Yay Olimpiya Oyunlarında
ədalət təmsilçisi
olmuşam. Buna görə
Təşkilat Komitəsi
tərəfindən xüsusi
mükafata da layiq görülmüşəm. Ağırlıqqaldırma
idman növü üzrə idman ustası normasını yetirmişəm. İdman sahəsində əldə
etdiyim nailliyyətlər
ağırlıqqaldırmaya olan istəyimdən irəli gəlib. Hesab edirəm ki, insan gərək sevdiyi işlə məşğul olsun. Belə olduğu təqdirdə uğur və nailiyyət onu kölgə kimi izləyir”.
Müəllim adını daim
yüksəklərdə tutan
pedaqoq
Bir idman növünün inkişafı üçün
lazımdır ki, həmin
sahəyə təjrübəli
bir mütəxəssis
rəhbərlik etsin. Şüa Hüseynovun idmandakı təjrübə
və bajarıqları
imkan verib ki, ona rəhbər vəzifə həvale edilsin. Belə ki, o,
1961-1966-jı illərdə Bakı şəhər Ağır Atletika Federasiyasının sədri
və 1967-1995-ji ilə
qədər Respublika Ağır
Atletika Federasiyasının
prezidenti kimi fəaliyyət göstərib.
1995-ji ildən isə
fəxri prezidenti kimi bu sahədə
öz məsləhətlərini
verib. Federasiya rəhbəri olduğu dövrdə yerli idmançıların yetişməsinə
diqqət yetirib. Respublikanın bir sıra şəhərlərində
yeni ağırlıqqaldırma bölmələri açılıb.
Milli komanda yerli idmançıların sayəsində
tədrijən aşağı
pillələrdən yüksəlməyə
nail olub.
Onu yaxından tanıyanlar yaxşı bilirlər ki,
Şüa Hüseynov
eyni zamanda müəllim adını
daim yüksəklərdə
tutan, bu peşəyə nüfuz qazandıran pedaqoqlardan biridir. Təjrübəli
mütəxəssis 1967-ji ildən
taleyini yenidən Azərbayjan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyası ilə bağlayıb. Bu təhsil
ojağında ağırlıqqaldırma
və boks kafedrasında müəllim,
baş müəllim vəzifələrində çalışıb.
Şüa müəllim
1974-jü ildə "Yaş
və idman fiziologiyası” mövzusunda
dissertasiya işini uğurla müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəjəsi alıb. 1994-jü ildən
isə professordur. O,
60-dan çox elmi məqalə, 8 dərslik və digər tədris vəsaitlərinin
müəllifidir. Fəaliyyət
göstərdiyi bütün
sahələrdə nümunəvi
bir mütəxəssis
kimi tanınan Şüa müəllimin
xidmətləri həmişə
yüksək qiymətləndirilib.
Müxtəlif illərdə
ona idman ustası, əməkdar bədən tərbiyəsi
və idman xadimi, beynəlxalq dərəjəli hakim adları
verilib. 2001-ji ildə isə Dövlət başçısının Sərənjamı
ilə "Tərəqqi”
medalına layiq görülüb.
Azrbayjan
Dövlət Bədən
Tərbiyəsi və
İdman Akademiyasının
80 illiyində Azərbayjan
Respublikası prezidenti
İlham Əliyevin Sərənjamı
ilə "Azərbayjan
Respublikasının Əməkdar
müəllimi” fəxri
adına layiq görülüb. Onu da qeyd edək ki, Şüa Hüseynov Milli
Olimpiya Komitəsinin
ilk üzvlərindən olub.
İdmanda keçən ömür
yolundan danışan Şüa müəllim hər zaman gənj nəsillərə öz təjrübəsindən danışarkən,
bir sıra məqamları xüsusi vurğulayır: "Gəzməyi,
səfərləri xoşlayıram.
İstirahət üçün
hər zaman vaxt tapmışam. Qidalanmanı
da nəzərdən qaçırmamışam.
Bütün bunlar sağlamlıq üçün
vajib şərtlərdəndir.
Bütün qüvvə
və bajarığımı
hər zaman gənj nəslə sərf etmişəm. Bu mənim vətəndaş mövqeyimdir.
İdman Akademiyasında
40 il kafedra müdiri, Federasiyada isə 30 il rəhbər vəzifədə
çalışmışam. Bütün bu vəzifələri lazımi
səviyyədə yerinə
yetirmişəm. Hesab
edirəm ki, idmanı
sevmək və idmanla yaşamaq lazımdır”.
85 yaşlı qojaman mütəxəssis Azərbayjan
idmanı tarixində tanınan və böyük nüfuz sahibi olan pedaqoqlardan
biridir. Onun keçdiyi həyat yolu gələjək nəsillər üçün
bir örnək hesab olunur. Azərbayjan
Ağırlıqqaldırma Federasiyasının və
Milli Olimpiya Komitəsini
rəsmi mətbuat orqanı olan "Olimpiya dünyası” qəzetinin kollektivi və çoxsaylı oxujuları adına Şüa müəllimi yubiley münasibəti ilə təbrik edirik. Ona sağlam jan və uzun
ömür arzulayırıq.
Anar
Əhmədov
Olimpiya dünyası.- 2024.- 5-11 mart, ¹6.- S.6.