23 iyun - Beynəlxalq Olimpiya

Günü kimi qeyd olunur

 

1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında Beynəlxalq Olimpiya Gününü qeyd etmək təklifi irəli sürülüb. Beləliklə, ilk Beynəlxalq Olimpiya Günü 1948-ci il iyunun 23-də 9 ölkədə qeyd olunub. Bu günü daha təntənəli şəkildə bütün Milli Olimpiya Komitələrinin iştirakı ilə qeyd etmək üçün 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilib.

Artıq 77 ildir ki, bütün dünyada Beynəlxalq Olimpiya Günü qeyd edilir. Həmin gün baron Pyer de Kuberten tərəfindən əsası qoyulmuş Olimpiya Hərəkatının işıqlı ideallarına həsr olunub.

1894-cü ildə Olimpiya Hərəkatını təşkil etmək, populyarlaşdırmaq ona rəhbərlik etmək üçün nəzərdə tutulmuş orqan yaradıldı. Bu orqan Beynəlxalq Olimpiya Komitəsi adlandırıldı.

Elə həmin il, 1894-cü il iyunun 23-də Parisdə bədən tərbiyəsi problemlərinə dair konqresdə on iki ölkənin nümayəndəsinin iştirakı ilə məşhur fransız öz tarixi məruzəsini etmişdir. Məruzədə o, konqresin iştirakçılarını Olimpiya Oyunlarının təşkilati əsasları ilə tanış edib.

Sonra konqres müasir tarixdə ilk Olimpiadanın keçirilməsi barədə qərar qəbul edib. Bu Olimpiada 1896-cı ildə Afinada keçirilib: on üç ölkənin 311 atleti Olimpiya proqramının on üç növü üzrə medallar uğrunda mübarizə aparıb. İndi dörd ildən bir planetin ən güclü atletlərinin yarışları keçirilir. Yalnız İkinci Dünya müharibəsi dövrü istisna təşkil edir.

BOK-un rəhbərliyi altında 33 Yay Olimpiya Oyunu 23 Qış Olimpiadası keçirilib.

Bütün dünya idmançıları arasında Beynəlxalq Olimpiya Gününü yarışlar müxtəlif tədbirlər keçirməklə qeyd etmək qəbul olunub. Ən çox iştirakçı cəlb etməklə atletlərin kütləvi qaçışlarının təşkili daha kütləvi xarakter alıb.

Beləliklə, Olimpiya Xartiyası adlanan xüsusi sənəddə şərh olunmuş əsas Olimpizm prinsipi təbliğ edilir. Xartiyada deyilir: "Olimpiya Hərəkatının məqsədi gəncləri idmanın köməyi ilə qarşılıqlı anlaşma dostluq ruhunda tərbiyə etmək beləliklə, daha yaxşı firavan dünya yaratmağa kömək göstərməkdir”.

Beynəlxalq Olimpiya Günü hər il Azərbaycanda da qeyd olunur. Belə ki, 1992-ci ildən müstəqil dövlət olaraq Olimpiya Hərəkatına qoşulan Azərbaycan 1996-cı ildən etibarən hər il ölkəmizdə Beynəlxalq "Olimpiya Günü"nü qeyd edir.

1997-ci ildə Milli Olimpiya Komitəsinə cənab İlham Əliyev prezident seçildikdən sonra Azərbaycanda Olimpiya Hərəkatı geniş vüsət almağa başlayıb. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati quruculuq işləri bir an belə səngiməyib. Azərbaycanın hər bir yerində yeni müasir idman komplekslərinin tikintisinə başlanılıb. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya Komitələri üçün örnək olub. Belə ki, ulu Öndər Heydər Əliyev tərəfindən Atlanta Oyunlarına hazırlıq haqqında Sərəncamın imzalanması, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət qayğının gücləndirilməsi öz bəhrəsini verib. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı. Azərbaycan Olimpiya ölkəsinə çevrildi. Həmin zamandan Azərbaycanda idman Olimpiya Hərəkatının inkişafında da böyük canlanma intibah dövri başlayıb.

1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya oyunlarında iştirak edib. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olunub.

Azərbaycan idmançıları bu illər ərzində 8 Yay Olimpiya Oyunlarında 6 Qış Olimpiya Oyunlarında iştirak edib ümumilikdə 9 qızıl, 16 gümüş 31 bürünc medal qazanıb.

 

Olimpiya dünyası.- 2025.- 24-30 iyun, №14.- S.2.