5 Mart ölkəmizdə Bədən
Tərbiyəsi və İdman Günüdür
Azərbaycan Prezidenti İlham Əliyevin
2005-ci il
4 mart tarixli Sərəncamına əsasən hər il mart ayının 5-i Bədən Tərbiyəsi və
İdman Günü kimi qeyd edilir.
Ölkəmizdə
idmanın inkişafı
ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman
ölkəsi kimi tanınır.
Azərbaycanda Bədən Tərbiyəsi və
İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil.
1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və
Avropa
çempionatlarının qalibləri və
mükafatçıları ilə görüşüb. "İdmana qayğını öz üzərimə götürürəm və siz bu qayğını daim hiss edəcəksiniz”
- ulu öndərin bu tarixi sözləri söylədiyi həmin tədbirdə
bədən tərbiyəsi və
idmanın inkişafında yeni strateji istiqaməti müəyyənləşdirib və
İdman Fondu təsis edilib.
2006-cı ildə
Prezident
İlham
Əliyevin Fərmanı
ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğısı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur.
Afina-2004 Yay Olimpiya Oyunlarından sonra Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı idmanımızda yeni bir səhifə açıb. Bu isə növbəti Olimpiya Oyunlarında uğurlu çıxışla nəticələnib. Atletlərimiz Afina Olimpiadasında 1 qızıl, 4 bürünc medal qazanmışdılarsa, 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında 1 qızıl, 1 gümüş, 4 bürünc olmaqla 6 medala yiyələniblər. Prezident İlham Əliyevin Sərəncamı ilə "İdman İli” elan edilən 2012-ci il də Azərbaycan idmançıları üçün uğurlu olub. Komandamız Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında daha yaxşı nəticə göstərib. London Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olunan Azərbaycan iki qızıl, iki gümüş və beş bürünc medal qazanıb. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan milli komandası medal sayına görə 14-cü yerdə qərarlaşıb. İdmançılarımız milli komandamızın aktivinə 18 medal yazdırıblar.
Tokio-2020 Yay Olimpiya Oyunlarına 44 idmançı ilə yollanan Azərbaycan komandası dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Ötən il Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya keçirilib. İyulun 26-dan avqustun 11-dək keçirilən Oyunlarda Azərbaycan komandası 7 medalla (2 qızıl, 2 gümüş və 3 bürünc) 30-cu yeri tutub.
Paytaxtımız mötəbər
idman
yarışlarının keçirildiyi mərkəzə çevrilib
Bu gün nəinki Bakıda, ölkəmizin bütün bölgələrində
müasir Olimpiya İdman kompleksləri tikilib, çoxsaylı idman mərkəzləri uğurla fəaliyyət göstərir. İdman sahəsində əsl yüksəliş dövrünü
yaşayan Azərbaycanda
mükəmməl idman
infrastrukturu yaradılıb.
Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm
idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq
yarışların, dünya
çempionatlarının keçirilməsi
üçün əlverişli
məkana çevirib.
Təsadüfi deyil
ki, belə möhtəşəm
idman qurğuları
2012-ci ildə futbol üzrə 17 yaşlı
qızlar arasında dünya çempionatının,
2015-ci ildə birinci Avropa Oyunlarının,
2016-cı ildə futbol
üzrə 17 yaşadək
oğlanlar arasında
Avropa çempionatının,
42-ci Ümumdünya Şahmat
Olimpiadasının, 2017-ci ildə
IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının,
2020-ci ildə bədii
gimnastika üzrə dünya çempionatının,
2023-cü ildə taekvondo
üzrə dünya çempionatının, habelə
Formula-1 üzrə Azərbaycan
Qran-prilərinin yüksək
səviyyədə təşkil
olunmasına imkan verib.
Azərbaycanın idman tarixində
ən mühüm hadisələrdən biri də 2021-ci il futbol üzrə Avropa çempionatının final mərhələsinin
qrup görüşlərinin
üç, dörddəbir
finalın isə bir oyununun Bakıda
keçirilməsi olub.
Bakı bu mötəbər idman yarışına ev sahibliyi edən 12 Avropa şəhərindən
biri kimi tarixə düşüb.
İşğaldan azad olunmuş
ərazilərdə ilk beynəlxalq idman yarışı
Daim Azərbaycan bayrağını
qürurla dalğalandırmaq
üçün bütün
yarışlarda yüksək
əzmkarlıqla mübarizə
aparan idmançılarımız
Vətən müharibəsində
də eyni amalla - üçrəngli
bayrağımızın əzəli
torpaqlarımızda ucaldılması
üçün cəbhəyə
yolanıblar. 44 günlük
Vətən müharibəsində
988 nəfər idmançı
döyüşlərdə iştirak edib. Onlardan 320 nəfər şəhidlik zirvəsinə
ucalıb. 2020-ci ildə
pandemiya səbəbindən
beynəlxalq yarışlarda
iştirak edə bilməyən Azərbaycan
idmançıları Zəfər
salnaməsini bu dəfə öz canları və qanları ilə Vətən müharibəsinin
döyüş meydanlarında
yazıblar. Beynəlxalq
arenalarda yüksək
qələbələr qazanaraq,
Azərbaycanın bayrağını
ucaldan, dövlət himnimizin səsləndirilməsinə
nail olan atletlərimiz
bu əbədi Zəfər yolunun layiqli davamçıları
olduqlarını sübut
ediblər. Azərbaycan
2023-cü il sentyabr ayının
19-da günorta saatlarında
Qarabağda öz ərazisində suverenliyi təmin etmək üçün lokal xarakterli antiterror əməliyyatına
başlayıb. Bir gündən
də az müddət ərzində
həyata keçirilən
lokal xarakterli antiterror
əməliyyatları nəticəsində
Azərbaycan öz suverenliyini bərpa edib və qanunsuz
erməni silahlı birləşmələrini öz
mövqelərindən çıxarıb.
Bununla da Azərbaycan dövlət olaraq öz gücünün möhtəşəmliyini həm
hərbi, həm də siyasi arenada göstərib. Hərbi addımlarını
siyasi gedişlərlə
tamamlayan Azərbaycan dövləti öz qələbəsində kimsənin
şübhəsinə yer
buraxmayıb.
Bu gün sevindirici məqamlardan biri də ondan ibarətdir
ki, azad olunmuş torpaqlarda artıq idman tədbirləri təşkil olunur. 2022-ci
il martın 20-də Azərbaycan
Kanoe və Avarçəkmə Federasiyası
tərəfindən Tərtər
rayonunun Suqovuşan qəsəbəsində ilk avarçəkmə
təlim-məşq toplantısının
rəsmi açılışı
olub. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və
birinci xanım Mehriban
Əliyeva açılış
mərasimində iştirak
ediblər. Xüsusi vurğulanmalıdır ki, Prezident
İlham Əliyevin və
birinci xanım Mehriban
Əliyevanın Suqovuşan
qəsəbəsinə bu
səfəri işğaldan
azad olunan ərazilərdə ilk idman
tədbirinin təşkili
ilə də yadda qalıb. Həmin il mayın 6-da Suqovuşan qəsəbəsində avarçəkmə,
kayak və kanoe üzrə "Prezident
kuboku-2022” reqatası start götürüb.
İşğaldan azad
olunmuş ərazilərdə
ilk beynəlxalq idman yarışı olan bu turnir ümummilli
lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə
həsr edilib.
Həmin
ilin oktyabr ayının 21-də Suqovuşanda
Avropa Kanoe Assosiasiyasının rəsmi
təqvim planında yer alan "Mingəçevir Reqatası-2022” beynəlxalq turnirinin açılış mərasimi
və ilk yarış
günü təşkil
edilib. Bundan başqa 2022-ci ilin oktyabr ayının 22-də
Zəngilan rayonunun Ağalı kəndində
"Zəfər yürüşü”
adlı triatlon turniri keçirilib.
2023-cü
il mayın 4-də Suqovuşan
su anbarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən "Prezident Kuboku-2023” beynəlxalq
reqatasının açılış
mərasimi keçirilib.
2023-cü
il dekabrın 21-də işğaldan
azad olunan Xankəndi şəhərində
tarixi futbol matçı keçirilib.
Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8
final mərhələsində Ağdamın "Qarabağ”
və Bakının
MOIK komandaları qarşılaşıb.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva
da oyuna baxmaq üçün stadiona gəliblər.
2024-cü
ilin fevral ayında Azərbaycan idmanı daha bir tarixi hadisəyə
- Xankəndi - Bakı
ultramarafonuna şahidlik
edib. Fevralın 29-da Xankəndidə tarixi startı verilən marafonun iştirakçıları
380 km məsafəni qət
edərək, martın
4-də Bakı şəhərində
finişə çatıblar.
Ötən il ölkəmizdə bir sıra tədbirlər
təşkil olunub. İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı
(COP9) Bürosunun 1-ci rəsmi
görüşü də
paytaxtımızda təşkil
edilib. Beynəlxalq Xizək Alpinizmi Federasiyasının 17-ci Plenar
Assambleyası, COP29-la əlaqədar
Bakıda "Təmiz
suda avar çək!” yürüşü,
Beynəlxalq Çövkən
Federasiyasının ilk Baş
Assambleyası, Beynəlxalq
Çövkən Federasiyasının
növbədənkənar 2-ci Baş Assambleyası, çövkən üzrə
beynəlxalq seminar, Avropa
Cüdo Birliyinin (EJU) Tibb Komissiyasının Beynəlxalq Tibbi Seminarı da ölkəmizdə
uğurla təşkil
olunub. Bundan başqa 2026-cı il dünyanın
"İdman Paytaxtı”na
namizədliklə bağlı
Bakı şəhərində
təqdimat olub, sevindirici haldır ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının
qərarı ilə Bakı şəhəri
2026-cı il üçün dünyanın "İdman
Paytaxtı” seçilib.
2024-cü
ildə ölkəmizdə
idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində
də bir çox işlər görülüb. Ölkəmizin
ikinci ən böyük şəhəri
olan Gəncədə
Qafqazın ən böyük idman mərkəzi - Gəncə
İdman Sarayının
açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev
aprelin 9-da Gəncə
İdman Sarayının
açılışında iştirak edib. Bundan başqa, Prezident İlham Əliyev Gəncə şəhər
stadionunun da təməlini
qoyub. 2024-cü ildə
Ağdam şəhərində
"İmarət” stadionunun
təməli qoyulub. Cari
ildə həmçinin
bir sıra idman zalları da istifadəyə verilib.
Ötən il dekabrın 24-də 2024-cü ilin idman yekunlarına
həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının
Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti
İlham Əliyev mərasimdə
iştirak edib. Təsadüfi deyil ki, mərasimdə çıxış
edən Prezident
İlham Əliyev 2024-cü ili nəticə etibarilə uğurlu il adlandırıb.
Təbii
ki, ölkəmizin idman
sahəsindəki uğurları
davam etməkdədir.
Belə ki, bu il ölkəmiz III MDB Oyunlarına
ev sahibliyi edəcək. Bu mötəbər
yarış Gəncə
başda olmaqla, Azərbaycanın 14 şəhərində
keçiriləcək. Ümumiyyətlə,
isə III MDB Oyunlarında
7 min idmançının iştirakı
gözlənilir. Bundan
başqa ölkəmiz
2025-ci ildə Formula-1 üzrə
Azərbaycan Qran-Prisinə,
3x3 basketbol üzrə
Dünya Kubokunun seçmə mərhələ
oyunlarına, minifutbol
üzrə dünya çempionatına və bir sıra mötəbər
idman yarışlarına
ev sahibliyi edəcək. İnanırıq
ki, bu il idmanın bütün istiqamətlərində
uğur qazanacağıq.
2025-ci ildə birlikdə
daha güclü olduğumuzu yarış meydanlarında da sübut edəcəyik.
Olimpiya dünyası.- 2025.- 4-10 mart, ¹5.-
S.3.