Şərur teatrının yeni tamaşası

 

Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında incəsənət sahələrinin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bununla əlaqədar   sərəncamlar imzalanıb, müvafiq tədbirlər həyata keçirilib. Naxçıvan MR Ali Məclisi sədrinin muxtar respublikada mövcud xalq teatrlarının folklor ansambllarının fəaliyyətinə hərtərəfli qayğı göstərilməsi, habelə xalq mahnı rəqslərinin, Naxçıvanla  bağlı saz havalarının tədqiqi təbliği, eləcə qədim çalğı alətlərinin tətbiqinə  diqqətin artırılması məqsədilə 7 fevral 2009-cu il tarixdə imzaladığı «Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında» sərəncamı da buna bariz nümunədir. 

Bugünlərdə Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının kollektivi Azərbaycan yazıçı-dramaturqu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli  Axundovun məşhur «Hekayəti-müsyo Jordan və dərviş Məstəli Şah» komediyası ilə Naxçıvan Dövlət Universitetinin qonağı olub. Tədbir Naxçıvan MR Mədəniyyət Turizm Nazirlyi Şərur Rayon Mədəniyyət Turizm şöbəsi nümayəndələrinin iştirakı ilə  keçirilib.Əsası 1938-ci ildə dram dərnəyinin fəaliyyəti ilə qoyulmuş Şərur teatrı 1970-ci ildən sürətli inkişaf yoluna çıxıb o vaxtdan kəndlərdə məktəblilər zəhmətkeşlər qarşısında Səməd Vurğunun «Vaqif», böyük ədib Cəlil Məmmədquluzadənin «Ölülər»  tamaşalarını dəfələrlə uğurla səhnələşdirib. 1981-ci ildə Naxçıvan MR Mədəniyyət    Turizm Nazirliyi tərəfindən Şərur rayon dram dərnəyi kollektivinə Xalq Teatrı statusu verilib, 1981-83-cü illərdə teatr məhsuldar fəaliyyət göstərib. Belə ki, onun repertuarında Qəni Hüseynovun «Nicat», M.F.Axundovun dram əsərləri, Ü.Hacıbəyovun  «Leyli və Məcnun» operasından parçalar s. əsərlər yer alıb. 1988-1993-cü illərdə  respublikamızda gedən ictimai-siyasi hadisələr bu teatrda da durğunluq yaratsa da, müəyyən vaxtdan sonra, 2002-ci ildə Şərur Rayon Xalq Teatrı özünü təsdiqləyib, tamaşaçıların sevimlisinə çevrilib. 2005-ci ildə Şərur Rayon Xalq Teatrı Rza Təhmasibin  adını daşımağa başlayıb. Demək olar ki, o vaxtdan teatr böyük inkişaf yoluna qədəm  qoyub, buraya yeni bacarıqlı aktyorlar cəlb edilməyə başlayıb. Teatrın fəaliyyəti muxtar respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, kollektiv 2006-cı ildə Naxçıvan  MR Ali Məclisinin fəxri fərmanına layiq görülüb. Bir-birinin ardınca yeni tamaşalar  hazırlayan teatr bu gün tamaşaçılarını sevindirməkdə davam edir.  U

niversitetin rektoru, akademik İsa Həbibbəyli ali məktəb universitet səhnəsinə ilk dəfə qədəm qoyan məşhur teatr kollektivini salamlayıb, bunu universitet həyatında əlamətdar hadisə kimi dəyərləndirib. Rektor həmçinin universitetin Tələbə Opera Teatr studiyasının Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, universitet müəllimi Gülxarə Əhmədovanın rəhbərliyi altında yüksək fəaliyyətinə toxunub,  gənc istedadlı tələbə-aktyorların ifalarında müxtəlif xarici Azərbaycan səhnə əsərlərinin uğurlu nümayişindən, qastrol səfərlərindən söz açıb. Rektor qonaq teatrın fəaliyyəti ilə yaxından tanış olduğunu vurğulayıb səhnələşdiriləcək əsərin bu günümüz üçün aktuallığı baxımından tamaşaçılar tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru baş rollardan birinin ifaçısı Nəsimi Əyyuboğludur. Tərtibat və rəssam işləri, Hatəmxan ağa rolunu canlandırmaq  Azərbaycan Respublikasının maarif xadimi Vaqif Əsrara, musiqi tərtibatı isə Həbib İmanova aiddir. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçiləri Elçin Arzumanlı və Kimya Babayeva da tamaşada rol alıblar. Aktyorlardan Nemət İslamoğlunun (Dərviş Məstəli şah), Pərvanə Əsgərovanın (Şəhrəbanu xanım), Səyyarə Həsənovanın (Şərəfnisə xanım) təbii, peşəkar oyunları canlılığı, rəngliliyi ilə zalda davamlı alqışlara səbəb olub.  

 Sonda Şərur Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Rafiq Cəfərov Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əşrəf Qasımov çıxış edib, universitet  rəhbərliyinə dəvətə görə minnətdarlıqlarını bildiriblər. Teatrın quruluşçu rejissoru və Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin təmsilçisi univesitet televiziyasına müsahibə də veriblər.

 

 

Cəfərova  Nərmin

 

Palitra. -2010. – 9 aprel. – S.11.