İlham Aslanzadə: «İqtisad elminin öyrənilməsinə tədqiqinə olan münasibət dəyişməlidir»

 

İlham Alıcı oğlu Aslanzadə 1963-cü il noyabrın 20-də anadan olub. 1980-ci ildə Bakı şəhər Binəqədi rayonu 3 saylı orta məktəbi qızıl medalla bitirib, elə həmin il Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) qəbul  olunub. 1984-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. Hazırda doktorluq dissertasiyasını yekunlaşdırmaq üzrədir. Azərbaycan Texniki Universitetinin Mühəndis biznesi menecment fakültəsinin dekanıdır.

 - İqtisad elminin müasir vəziyyətini necə dəyərləndirirsiniz?

- Qloballaşan dünyamızda müasir dövrün tələblərinə uyğun ölkə iqtisadiyyatının onun fundamental bünövrəsini təşkil edən elmin düzgün inkişafı böyük aktuallıq kəsb edir. İctimai elmlər sırasında özünəməxsusluğu ilə seçilən daim təkmilləşdirilməsinə ehtiyac duyulan bu elm sahəsinin modern prinsiplərə əsaslanan metodoloji bazasının müəyyən edilərək cəmiyyət həyatına tətbiq olunması son nəticədə hər birimizin həyat səviyyəsi yaşam tərzinin yüksəlməsinə səbəb ola bilər. İndiki şəraitdə biliklərə əsaslanan iqtisadiyyatı inkişaf etdirmək məqsədilə Prezidentin 2009-cu il 4 may tarixli sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə milli strategiya”da fundamental elmlər üzrə tədqiqatları genişləndirmək fundamental elmlər üzrə araşdırmaların müasir tələblər səviyyəsinə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulub. Bildiyimiz kimi, Azərbaycan inkişaf göstəricilərinə görə regionun lider dövlətidir. Amma açıq etiraf etməliyik ki, ictimai elmlər, eləcə iqtisad elmi bu inkişaf dinamikası ilə bu gün ayaqlaşa bilmir. Bu sahədə problemlər qalmaqdadır.

- Azərbaycanın iqtisadi modeli necə olmalıdır?

- Azərbaycan iqtisadi modeli qlobal dövriyyəyə çıxmış yeni paradiqmadır. Bu modelin fundamental təhlillər, ölçmələr əsasında ümumiləşdirmələr aparılması perspektivliyinin, inkişaf meyillərinin əhəmiyyət diapazonunun təyin edilməsi ilə elmi sistem halına salınması elmimizin qarşısında duran əsas vəzifələrdəndir. Bundan irəli gələrək yeni model əsasında sosial-iqtisadi inkişafın sürətləndirilməsinin nəzəri əsasları işlənməli əksər məqamlarda burada nəzəriyyə təcrübəni qabaqlamalıdır. Biz iqtisadi inkişaf modelini elə bir çevik fəaliyyət halına gətirməliyik ki, o, özü-özlüyündə avtonom fəaliyyət göstərsin. Bu model strateji planlaşdırma aspektində indikatorları və tənzimləyiciləri olan özünütəşkil sistemi formasında strukturlaşdırılmalıdır.

- İqtisad elmi Azərbaycanın müasir inkişafının elmi araşdırmasını lazımi səviyyədə apara bilirmi?

- Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetinin 8 dekabr 2009-cu il tarixli sayında dərc olunan "İctimai humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsində yeni iqtisadi sistemin formalaşmasının intensiv xarakter alması üçün "elmdə, təhsildə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalıdır" ifadəsi sözün həqiqi mənasında ictimai humanitar elmlərin rolunun, yerinin, nüfuzunun əhəmiyyətinin üzə çıxarılması istiqamətində təxirəsalınmaz çağırışdır. Müstəqillikdən bəhrələnərək iqtisad elminin milli iqtisadi ideologiyanın formalaşmasında, iqtisadi inkişafın milli modelinin formalaşmasının nəzəri əsaslarının prinsiplərinin üzə çıxarılmasında müstəsna rolu var. Müasir iqtisadi həyatın da zənginləşdirilməsi üçün iqtisad elminin oynadığı rolun əhəmiyyəti artır. Ona görə iqtisad elminin öyrənilməsinə tədqiqinə olan münasibət tamamilə dəyişdirilməlidir. Belə ki, təhsil müəssisələrinin ixtisas profilinə uyğun iqtisad elminin dərs yükünün uyğun münasib şəkildə artırılmasına yenidən baxılması, baza iqtisadi təhsili olmayanların iqtisad elminə gəlişi məhdudlaşdırılmalı, elmi ad dərəcə alanların sosial statusları artırılmalıdır.

- Bir alim kimi elmin aktual problemlərini nədə görürsünüz?

- Məncə, bu gün elmin inkişafını ləngidən ən mühim amillər sırasında elmin yeni tələblərə uyğun institusional mühitinin formalaşdırılmasına, lazımi infrastrukturun təşmilləşdirilməsinə böyük ehtiyac var. Növbəti il müstəqilliyimizin 20 illiyini qeyd edəcəyik, lakin təəssüf ki, bu dövrdə müstəqil elmi inkişafımızı onu qlobal elmi sferaya inteqrasiya edəcək müvafiq normativ-hüquqi bazanı tam formalaşdıra bilməmişik. Bu gün elmi yaradıcı insanın statistik informasiya kasadlığı olmamalıdır. Azərbaycan iqtisadçıları dünyanın tanınmış iqtisadçılarının, Nobel laureatlarının əsərlərini öz dilində oxumaq imkanına nail olmalıdır. Burada elmi ədəbiyyatların elektronlaşması prosesi sürətləndirilməlidir. Elmin ÜDM- xüsusi çəkisi optimal hala gətirilməlidir. Elmin qrantlaşması, dövlət sifarişləri əsasında stimullaşdırılması gücləndirilməli, özünümaliyyələşdirən bir sistem halına gətirilməlidir. Elmi yaradıcılığın rəqabət mühiti yaxşılaşdırılmalı liberallaşdırılması genişləndirilməlidir.

- İşlədiyiniz təhsil ocağında elmin tədrisin səviyyəsini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, universitet elmi bilikləri öyrənmək arzusunda olanlara elmi bilikləri çatdıran elmi araşdırmaları fasiləsiz davam etdirən elmi mərkəzdir. Modern universitet həm tədqiqat, həm də tədris prosesini həyata keçirən araşdırma müəssisəsidir. Hazırda çalışdığım Azərbaycan Texniki Universiteti (AzTU) respublikada sürətli islahatlar aparan tədris təhsil ocaqlarındandır. Belə ki, Boloniya sisteminə qoşulduqdan sonra təhsildə ciddi yeniliklər öz əksini tapıb. Belə ki, informasiya texnologiyalarının tədrisə tətbiqi, elektron universitet, elektron kafedraların yaradılması prosesi sürətlə davam edir. Bu işdə universitetin rektoru, professor Havar Məmmədovun əməyini yüksək qiymətləndirirəm. Məhz onun təşəbbüskarğılı ilə AzTU-nun nüfuzu gündən-günə artır. Mən qeyd etmək istərdim ki, bu gün AzTU dünyanın ən qabaqcıl universitetləri ilə rəqabət apara bilən tədris ocağıdır.

 

 

A.Miriyev

 

Palitra. -2010. – 13 aprel. – S.13.