Türkiyədə Naxçıvanla bağlı
simpozium keçirilib
2010-cu il
aprel ayının 2-də
Ankarada «Türk dünyası ilişkilərində
yeni bir addım: Naxçıvanın
ruhu» mövzusunda simpozium keçirilib. Naxçıvan Dövlət
Universitetinin və
AMEA Naxçıvan Bölməsinin
əməkdaşları, tarix
elmləri namizədləri
Vaqif Məmmədov və Emin Şıxəliyev
həmin simpoziumdan xoş təəssüratlarla qayıdıblar.
Simpoziumun proqramında
da qeyd edildiyi
kimi, Türkiyə dövlətinin cumhurbaşkanı
Abdullah Gülün himayəsi
ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Senato salonunda keçirilən simpoziumu bir növ 2009-cu ilin oktyabr ayında Naxçıvanda keçirilmiş
Türkdilli Dövlət
Başçılarının Zirvə Toplantısının
davamı, yaxud həmin toplantıda türk dünyası üçün qarşıya
qoyulmuş vəzifələrin
icrasında bir addım kimi də dəyərləndirmək
olardı.
Türkiyənin nüfuzlu
təşkilatlarından olan
Altay Mədəniyyət,
Təhsil və Sənət Vaqfının,
Avrasiya Yazarlar Birliyinin, Türk Dünyası Yazarlar və Sənətçilər
Vaqfının (TÜRKSAV) və
Türk Dünyasında
Birlik Vaqfının birgə keçirdikləri
simpoziumun açılışı
“İstiqlal marşı”
və sayqı duruşu ilə başlandı. Simpoziumun açılış (plenar)
iclasında çıxış
edən Altay Mədəniyyət, Təhsil
və Sənət Vaqfının rəhbəri,
Türkiyə Böyük
Millət Məclisinin
millət vəkili Vahid Erdem 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli
Dövlət Başçılarının
Zirvə Toplantısını,
xüsusilə Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının yaradılması
haqqında Naxçıvan
sazişini XXI əsrin
ilk onilliyində bütöv
türk dünyası
üçün çox
əhəmiyyətli hadisə
kimi dəyərləndirdi.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov öz çıxışında
Naxçıvan zirvə
görüşündə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin TÜRKSOY-un fəaliyyətinə
verdiyi yüksək qiyməti xatırlayaraq rəhbərlik etdiyi qurumun inkişafında Azərbaycan dövlətinin
və ölkə başçısının xüsusi
rolunu qeyd etdi.
Plenar iclasda çıxış edən
Türkiyənin dövlət
naziri Faruk Çelik Azərbaycan-Türkiyə
əlaqələrindən daha
geniş bəhs edərək
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin «Bir millət, iki dövlət» kəlamı üzərində
xeyli dayandı. Ümidvar olduğunu bildirdi ki, 2009-cu ildə imzalanmış Naxçıvan
sazişinə əsasən
görülən işlər,
yaradılmaqda olan strukturlar türk dünyası daxilində daha yaxın əlaqələr qurulmasına,
xüsusilə elmi-mədəni
əlaqələrin genişlənməsinə,
ortaq mədəniyyətlərin
yaranıb formalaşmasına
kömək edəcək.
Bakı-Tbilisi-Ceyhan layihəsinin də
təkcə Azərbaycan
və Türkiyənin
deyil, bütün türk dünyasının
iqtisadi inkişafında
rolu vurğulandı.
Simpoziumun başlanğıc
iclasında Naxçıvandan
gələn nümayəndə
kimi çıxış
üçün mənə
verilən qısa vaxt fürsətindən istifadə edib simpoziumun adındakı «Naxçıvan ruhu» sözü üzərində
dayanaraq həm Azərbaycan, həm də türk dünyası üçün
Naxçıvanın strateji
əhəmiyyətindən danışdım və bölgənin Azərbaycanla
türk dünyasını
birləşdirən yeganə
ərazi olduğunu bir daha diqqətə
çatdırdım. Həmçinin türk dünyası əlaqələrində Naxçıvan
ruhunu çalışdığım
Naxçıvan Dövlət
Universitetinin timsalında
dəqiq faktlarla simpozium iştirakçılarının
nəzərinə çatdırdım.
Universitetimizdən indiyə
qədər 400 nəfərə
yaxın türkiyəli
tələbənin məzun
olması, hazırda Türkiyədən 250 nəfərə
yaxın tələbənin
Naxçıvanda təhsil
alması, Naxçıvan
Dövlət Universitetinin
Ankara Universiteti, Qars Qafqaz Universiteti, Ərzurum Atatürk Universiteti, Elazığ Fırat Universiteti, Van Yüzüncü Yıl Universiteti, Ərdəhan Universiteti və s. ali təhsil ocaqları ilə elmi-mədəni əlaqələri,
Naxçıvan və
Türkiyə universitetlərinin
müştərək hazırlayıb
həyata keçirdikləri
elmi konfrans və simpoziumlar haqda məlumatlar simpozium iştirakçıları
tərəfindən maraqla
qarşılandı.
Simpoziumun TÜRKSAV başkanı Yahya Akenginin rəhbərliyi ilə keçirilən «Türk dünyasının son iyirmi
ili», Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlunun rəhbərliyi
ilə keçirilən
«Türkcə danışan
ölkələrin ortaq
türk dilinin yaradılmasında Naxçıvan
sazişi», Dursun Dağaşanın rəhbərliyi
ilə keçirilən
«Gələcəyin türk
dünyası» adlı
bölmə iclaslarında
da çox maraqlı məruzələr
dinlənildi və simpozium iştirakçıları
tərəfindən verilən
suallar cavablandırıldı.
Xüsusilə bölmə
iclaslarında Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlunun Naxçıvanda
zirvə tədbirinin keçirildiyi günün
(3 oktyabr) «Türk dünyası günü»
kimi qeyd edilməsi təklifi, Türk Dil Qurumunun
sədri, professor Şükrü
Haluk Akalının «Naxçıvan ona görə önəmli, müqəddəs yerdir ki, türk dünyasına
Heydər Əliyev kimi böyük dahi bəxş edib» fikri, Azərbaycan
Milli Məclisinin məsul işçisi Hatəm Cabbarlının Azərbaycan həqiqətlərini,
Türkiyə-Azərbaycan əlaqələrini
əks etdirən strateji araşdırmaları,
görkəmli professorlar
İlber Ortaylının,
Nevzat Yalçıntaşın
və digərlərinin
çıxışları maraqla qarşılandı.
Simpoziumun sonunda, yenə Türkiyə Böyük
Millət Məclisinin
konsert salonunda türk dünyası musiqisindən ibarət çox maraqlı konsert proqramı nümayiş olundu. Təxminən 45 dəqiqəlik həmin konsert proqramında digər ölkələrdən
1-2, yalnız Azərbaycandan
dörd musiqi nömrəsinin ifa olunması da Azərbaycanla Türkiyənin
«Bir millət, iki dövlət» olduğunu bir daha sübut edirdi. Simpoziumun səhəri günü
(aprelin 3-də) yalnız Naxçıvandan gələn iki
nümayəndənin (tarix elmləri namizədi Emin Şıxəliyevin
və bu sətirlərin müəllifinin) Avrasiya Yazarlar
Birliyinin sədri Yaqub Dəliöməroğlu tərəfindən
Birliyə dəvət olunması, onun qəbulunda aparılan
çox səmimi söhbətlər də, sədrin iş
otağında ən görkəmli yerdə Azərbaycanın
Xalq şairi Səməd Vurğunun xalça üzərindəki
portreti də sözün həqiqi mənasında türk
dünyası əlaqələrində Naxçıvan ruhunun
xüsusi yeri olduğunun sübutu idi. Simpoziumun gedişindən,
simpozium müddətində Türkiyənin əksər
bölgələrindən gəlmiş çox görkəmli
tarixçi, dilçi, hüquqşünas, diplomat, filosof,
şair və yazıçılarla söhbətlərdən
bir daha bu qənaətə gəldik ki, türk
dünyasında Azərbaycanın və o cümlədən
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Naxçıvanın xüsusi yeri var.
Məmmədov Vaqif
Palitra. -2010. – 14 aprel. – S.7.