Elmdə sağlam cəmiyyət problemi
Faiq Xudanlı: “Qərb soial-fəlsəfi nəzəriyyələrinin, təhsil sisteminin və digər texnologiyaların ölkəmizdə yerli şəraitə uyğun formada tətbiqinə nail olmalıyıq”
Müasir qloballaşan dünyada sağlam cəmiyyət problemi bu və ya digər şəkildə hər zaman elmin və fəlsəfi düşüncənin ən aktual məsələsi hesab edilib və hazırda da bu məsələ olduqca aktualdır. Layihə çərçivəsində bu mövzuya toxunmağı lazım bildik. Beləliklə, bu məsələyə hansı yanaşmalar var? Sağlam cəmiyyət probleminin mahiyyəti nədən ibarətdir? Qeyd edək ki, mövzu barəsində bizə fikirlərini sosial fəlsəfə üzrə aspirant, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Faiq Xudanlı bildirdi. F.Xudanlının fikrincə, sosial fikrin fundamental fəlsəfi problemi olan sağlam cəmiyyət məsələsi XX əsrdən başlayaraq öz aktualığını daha da artırıb: “Problemin aktuallığı onunla izah olunur ki, indi bütünlüklə bəşəriyyət dərin iqtisadi və ruhi böhran keçirir. Hər kəs cəmiyyətin sağlamlaşdırılmasından, sağlam cəmiyyətdən danışır. Bunun səbəbi kimi ortaya müxtəlif nəzəriyyələr, ideyalar meydana çıxır. Lakin unudulur ki, müasir zamanda sağlam cəmiyyətə gedən yolun qarşısını kəsən məhz insanın özüdür. Indiki dövrdə antihumanizim inkar edilsə və heç bir cəmiyyət forması onu qəbul etməsə də, əslində antihumanizm humanizmdən daha qabarıq gözə çarpır. Bu baxımdan müasir Qərbin sosial-fəlsəfi problemlərinin qoyuluşu və həlli metodologiyasını nəzərdən keçirdikdə aydın görünür ki, filosoflar əsrin bu böhranlı vəziyyətinə, sanki “pozulmuş” cəmiyyətin sağlamlaşdırılmasına diqqət ayırırlar”.
F.Xudanlı deyir ki, hələ XX əsrin əvvəllərində cəmiyyətin “tənqidi nəzəriyyəsi”ndə müasir sivilizasiyanın, mədəniyyətin qüsurlarını göstərən, bəzən müəyyən proqnozlar verən filosoflar yeni sivilizasiyaya keçid haqqında təsəvvürlərini elmi ictimaiyyətə çatdırırdılar: “Onlar anlayırdılar ki, antihumanist qüvvələrin total hökmranlığının son nəticəsi fəlakətdir. Səlahəddin Xəlilov özünün “Şərq və Qərb: ortaq ideala doğru” kitabında bu məsələyə belə yanaşır: “Qərbin daxili mənəvi potensialı tükənmək üzrədir və bəşəriyyət yeni ruhi səviyyəsinə yüksəlməsə, böyük böhranla üzləşə bilər.” İndi bəşəriyyət daha cılız, yalançı ideyalar üzərində qurulur və bu ideyaların da kökündə humanizm deyil, antihumanizm yatır. Qəribə burasındadır ki, bu antihumanist qüvvələr humanizmdən danışır, ancaq onun heç bir parametrlərinə sığmayan əməli fəaliyyət göstərirlər. Öz fəaliyyətlərini ona əsaslanaraq yerinə yetirirllər”.
Bu gün artıq dünya iki qütblükdən çox qütblüyə doğru gedir, yeni güc mərkəzləri yaranır. Şərq sivilizasiyası özünün əvvəlki qüdrətini qaytarmağa cəhd edir: “Qərb sivilizasiyası isə düşüncələrə hakim kəsilməklə bütün dünyaya sahib olmaq niyyətindədir və bu niyyət zəif, məsum insanların həyatları bahasına başa gəlir. Insanlar hər gün aclıqdan, səfalətdən, yeni yaranan müharibə ocaqlarının törətdiyi dəhşətlərdən əziyyət çəkir. Dünyanı idarə olunan xaos bürüyür, bunu nə vaxta qədər idarə edə biləcəkləri isə məlum deyil. Belə bir şəraitdə terrorizm, seperatizm, digər dövlətlərin ərazilərinə qeyri-qanuni müdaxilələr, mafioz qüvvələrin hakimiyyətə can atması və sair meyillər artmağa başlayır. Sovet İttifaqınıın dağılması yeni, elə qlobal iqtisadi, siyasi-ictimai və digər sosial mədəni problemləri meydana gətirdi ki, əvvəllər bu kimi məsələlər tamamilə başqa formada təzahür etdirdi. Bu, yeni situasiyanın yarananmasına səbəb oldu. Yeni yaranan situasiya isə ona yeni yanaşma üsulu, metodu, nəzəriyyələr tələb edir. Yaranan nəzəriyyələr isə problemi göstərir, lakin ya onu həll etmək iqtidarında deyil, ya da praktik həlletmə üsullarına malik deyillər. Qloballaşan dünyada Qərb sivilizasiyasının hökmranlığı anında getdikcə insanın mahiyyətinin, onun ruhunun daha çox sıxılması, humanizm və ədalət prinsipinin unudularaq ikili standartlarla əvəzlənməsi onun süqutunu sanki yaxınlaşdırmağa cəhd edir. Buradan belə bir nəticə çıxartmaq olar ki, həqiqətən də XXI əsrin əvvəllərində müasir hegemon Qərb sivilizasiyası dərin daxili böhran keçirməkdədir”.
Müasir qloballaşmada bir çox dəyərlər unudularaq, yeknəsək dəyərlərlə əvəzlənməyə başlayır. Yüksək inkişaf etmiş mədəniyyətlərin getdikcə, iqtisadi, sosial-mədəni və elm sahəsində zəif inkişaf etmiş, dövrün aurasından geri qalmış, onun ruhunu mənimsəyə bilməyən, öz “Milli Məni”ni arxa plana atan mədəniyyətləri yediyi zəmanədə biz hansı yolu tutmalıyıq ki, varlığımızı qoruyub saxlaya, sağlam cəmiyyətimizi qura bilək? Bu, zamanın sualıdır: “Qlobal transformasiyaların təsiri ölkəmizdə də hiss edilməkdədir, lakin Azərbaycanda bu proses bir qədər başqa formada cərəyan edir. Xalqımızın öz milli dəyərlərinə getdikcə daha çox önəm verməsi, azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi, çoxmillətli ölkə kimi burada vahid ideologiya ətrafında birləşərək millətlərin qarşılıqlı anlaşma, dialoq şəraitində birgəyaşayışı, yüksək insani dəyərlərə, humanizm və tolerantlığa sadiqliyi qloballaşma prosesləri fonunda olduqca müsbət haldır. Lakin bütün bunlarla yanaşı problemlər, cəmiyyətimizdə mövcud olan nöqsanların aradan qaldırılması üçün bizlərin daha çox çalışmasına ehtiyac duyulur. Heç kəsə sirr deyil ki, Azərbaycanın iqtisadi inkişafını bütün dünya qəbul edir. Bu baxımdan ölkəmizin bütün sahələrdə tərəqqisi bizi işlərimizə daha məsuliyyətlə yanaşmağa, dövlətimizin daha da sürətlə inkişafı, sağlam cəmiyyətin qurulması naminə hər bir Azərbaycan vətəndaşı öz məsuliyyətini dərk etməli, öz işi ilə dövlətimizin bu istiqamətdə apardığı siyasətə dəstək olmalıdır. Xüsusilə, elm adamları, ziyalılar iqtisadi, sosial-mədəni inkişafın alt qatını təşkil edən elmin bu istiqamətdə canlanmasına yardımçı olmalıdir. Ölkənin inkişafı, sağlam cəmiyyətin qurulması yalnız dövlətin işi deyil, eyni zamanda elm adamları, ziyalılar şəxsi təşəbbüskarlığı ilə ona nail olmanın yollarını axtarmalıdır. Dövlətimiz bu sahədə ciddi addımlar atmış və atmaqdadır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 may 2009-cu il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” təsdiq edilib ki, bu da söylədiklərimizin bariz nümunəsidir.
Artıq Azərbaycan regionda lider ölkəyə
çevrilib. Lakin indi zaman o zamandır ki, elmi
potensialımızdan maksimum bəhrələnməli, elm,
texnika və elmin bütün istiqamətlərində
inkişafa nail olmalıyiq. Prezident İlham Əliyevin sözləri
ilə desək, “nə təbii sərvətlər, nə də
ki, coğrafi vəziyyət deyil, məhz intellektual kapital, məhz
elmin səviyyəsi hər bir ölkəni lider ölkəyə
çevirir.” Prezident demək olar, bütün
çıxışlarında bu nüansı xüsusi qeyd
edir. Elə bu səbəbdəndir ki, son zamanlar bütün
elm sahələrində yaradıcı mühitin aktivləşməsi
və proseslərin sürətlənməsi müşayiət
olunur. Xüsusilə, Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin müxtəlif proqram və tənqidi
xarakterli çıxış və məqalələrinin
elmi aktivliyin saxlanılmasında rolu danılmazdır. Qeyd etmək
yerinə düşərdi ki, onun “İctimai və humanitar
eilmlər: zaman konteksində baxış” adlı məqaləsində
sosial elmlərin rolunun cəmiyyətimiz üçün nə
qədər önəmli olması xüsusi vurğulanır. Orada
qeyd edilir: “Bu gün hamımız üçün danılmaz
həqiqətdir ki, cəmiyyətimizin uğurlu
inkişafı naminə qəbul olunan siyasi qərarların
dürüstlüyünü təmin edərkən biz, əsasən,
üç istiqamət üzrə elmi tədqiqatların nəticələrinə
arxalanmalıyıq: sosial-siyasi
elmlər sahəsində, o cümlədən, politologiya,
sosiologiya və iqtisadi elmlər;
fəlsəfə, psixologiya və informasiya-kommunikasiya
istiqamətləri; dövlət idarəçiliyi nəzəriyyəsi,
menecment və digər sahələr.” Bizim burada sosial elmlərin
rolunu heç də şişirtmək niyyətimiz yoxdur, digər
elm sahələri də ən azı onun qədər
mühüm əhəmiyyətə malikdir. Lakin sosial elmlər,
mədəniyyət sahələri birbaşa cəmiyyəti,
insanı, onlar arasındakı münasibətləri öyrəndiyindən,
cəmiyyətin ictimai-psixoloji, sosial-siyasi tərəflərinə
diqqət yetirdiyindən sivilizasiyanın ruhunu duymaq, onu anlamaq
baxımından daha gərəklidir. Elm və texnikanın
yüksək inkişaf etdiyi, əsrin sürətli informasiya əsri
olduğunu nəzərə alsaq, hadisələrin
ardıcıllığını müəyənləşdirmək
o qədər də asan başa gəlmir. Əli Abbasov “Azərbaycan” qəzetinin
03.11.2009-cu il tarixli məqaləsində qeyd edir: “Cəmiyyətin
və dövlətin innovasiyalara olan kütləvi və kəskin
tələbatı bu gün bir fakt olaraq qalmaqdadır. İctimai
yeniləşmə zərurətindən qaynaqlanan bu tələbat
çoxşaxəli və çoxsəviyyəlidir.
İnnovasion tələbat yeni iqtisadi üsul və formalardan
tutmuş yeni sosial təşkilatlanma və idarəetmə məsələlərinə
qədər problemləri əhatə edir”. Bir dövlət, cəmiyyət
olaraq biz hadisələrə həm zamanında, həm də
adekvat cavab vermə imkanına malik olmalıyıq ki, nə
hadisələrin özündən, nə də proseslərdən
kənarda qalmayaq. Təbii olaraq bu zaman bizim köməyimizə
sosial elmlərin - fəlsəfənin, sosiologiyanın,
politologiyanın, iqtisadi nəzəriyyənin və eyni zamanda
sosial psixologiyanın yalnız indiki nəzəri bilikləri
deyil, sosial proqnozlaşdırmanın ən yüksək tətbiq
edildiyi, yeni nəzəri-praktiki ideyalara ehtiyacımız var
ki, sağlam cəmiyyətimizi daha möhkəm dayaqlar üzərində
quramağa nail olaq. Məsələ orasındır ki, bəzən
bizlər keçmiş ənənələri unudur,
müasir olmaq üçün sanki “müasir” oluruq. Sələflərimizin
qoyduğu yükü daşımaq iqtidarından uzaqda
qalırıq. Bu yükü bir neçə intellektuallar
çəkir ki, orta gənc nəsil sanki bu yükün
altında qalmaqdan qorxaraq kənar gəzir və ya onu
daşımaq gücü yoxdur. Bunun obyektiv və subyektiv səbəbləri
vardır. Indi bu yükü daşımalı olan qüvvələr
məhz elə bir xaos dövrünün məhsulu
olduğundan onlardan bəziləri bu psixoloji baryeri
aşmağı baçarıb. Təbii, belə olan halda
ümumi yükün böyük hissəsi yenə yuxarıda
işarə edildiyi kimi intellektualların payına
düşür. Onlar bir balaca kənara çəkilən
kimi isə qeyri elmi, “fövqəlqüvvələrin” daha
çox tüğyan edir, milli mənəvi dəyərlərimizə
yad olan ünsürlər, heç bir əxlaq kodeksinə
sığmayan dəyərlər milli “Mən”imizə calaq
edilir. Və əslində indiki
bu çalxalanma zamanın tələbidir, biz nəzərə
almalıyıq ki, bu aktivlik daxilə yönəlmiş bir
canlanma deyil, bu həm də bizdən tələb edir ki, digər
mədəniyyətlərə, qlobal elm məkanına daxil
olaq. Bu yalnız bir təkandır ki, burada da humanitar,
sosial-siyasi elmlərin rolu xüsusi çəkiyə
malikdir”.
Etiraf edilməlidir ki, azərbaycanlı
alimlər üçün cəmiyyəti öyrənən
elmlərin digər elmlərə nisbətən dil baryeri də
kifayət qədər ciddi problem hesab olunmalıdır: “Bizlərin
üzərinə düşən bu problem çox ciddi məsələdir
və onun həll edilməsi biz gəncləri daim narahat etməlidir.
Qərb soial-fəlsəfi nəzəriyyələrinin, təhsil
sisteminin və digər texnologiyaların ölkəmizdə
tam oturuşmasına, ən mükəmməl nəzəriyyələrin
yerli şəraitə uyğun formada tətbiqinə nail
olmalıyıq. Bunun üçün bu cür gənclərin
xaricdə təhsil alması ilə yanaşı, müəyyən
biliyə, təhsilə, intellektual səviyyəyə malik
olanların praktik-elmi problemlərin həll edilməsində,
həmçinin müəyyən kurslar keçmələrinə
dəstək olmaqla nail olmaq olar”. Bununla belə, gənc alim
düşünür ki, hər
zaman özümüzə tənqidi yanaşmalı daha
mükəmmələ çatmaq üçün
çalışmalı, gənc
nəsillə yaşlı nəsil arasında uçurum deyil
körpü salınmalıdır. Çünki gənclər
məhz onların elmi nailiyyətlərindən və təcrübəsindən
bəhrələnə bilməklə özlərini təkmilləşdirə
bilərlər.
İlkin
Palitra. -2010. – 27 aprel. – S.9.