Nikah yaşının
artırılması təklif
edilir
Nikaha daxil
olarkən məcburi qaydada sağlamlıq haqqında arayışın
tələb olunması
qeyri-rəsmi nikahların
sayını artıra
bilər
Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən sosial qanunvericiliyə təklif olunan bəzi müraciətlərlə bağlı
ictimai müzakirə keçirilib. Tədbirdə əsasən nikah
yaşının artırılması
və erkən nikahlarla bağlı qanunvericiliyə təklif olunan məsələlər
müzakirə olunub.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Azərbaycanda erkən nikahların artma tendensiyasının müşahidə olunduğunu
bildirib.
Onun sözlərinə
görə, ötən
il erkən
nikaha daxilolma ondan əvvəlki illə müqayisədə
11 faiz artıb: "Hətta 12-13 yaşında
qızların nikaha daxil olunması ilə bağlı valideynlər tərəfindən
məcburetmə faktları
mövcuddur. Biz təklif edirik ki, qızlar üçün nikah yaşı 17-dən 18 yaşa
qaldırılsın. Erkən ailə qurmalar bir sıra problemlər
ortaya çıxarır.
Eyni zamanda biz nikaha daxil olarkən sağlamlıq haqqında
arayışın tələb
olunmasını da qanuna daxil etməliyik.
Biz, həmçinin övladlığa götürmə
ilə bağlı yaş həddini də 29-a qaldırılmasını
təklif edirik. Çünki mövcud qanunvericilikdə
16 yaşından yuxarı
şəxslərin övladlığa
uşaq götürməsinə
qadağa qoyulmur.
Bu isə təbii
ki, bir sıra
problemlər yaradır".
Yeni Azərbaycan Partiyasının
Qadınlar Şurasının
sədri Nurlanə Əliyeva qızların erkən nikaha daxil olmasının qarşısını almaq
üçün maarifləndirmə
işlərinin aparılmasını
vacib sayıb. Onun sözlərinə
görə, əsasən
Sabirabad, Salyan və İmişli rayonlarında qızların
erkən nikaha daxil olunması faktlarına rast gəlinir.
Deputat Məlahət İbrahimqızı
nikaha daxil olarkən insanlardan tibbi arayışların tələb olunmasının
zəruri olduğunu deyib. Onun sözlərinə görə, bu şərtə əməl
olunarsa, gələcəkdə
yeni doğulan uşaqların sağlamlığında
yaranan problemlərin böyük bir hissəsindən yayınmaq
mümkündür.
Talassemiya Mərkəzinin direktoru Azər Kərimov da ailə qurarkən
sağlamlıq arayışlarının
tələb olunmasının
böyük əhəmiyyət
kəsb etdiyini deyib. Onun sözlərinə
görə, hazırda
Azərbaycanda 1000-dən artıq
talassemiyalı xəstə
var: "Onların
600-ü Bakıda, qalanları
isə regionlarda yaşayırlar". Modelyer Fəxriyyə
Xələfova da maraqlı təkliflə çıxış edib.
O, sağlamlığın insanlar arasında bir dəbə çevrilməsinin mühüm
olduğunu və bununla bağlı maarifləndirmə işlərinin
aparılmasının zəruriliyini
diqqətə çatdırıb.
Müzakirələrdə çıxış
edən Ədliyyə
Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov bildirib ki, Azərbaycanda ötən il 160 minə yaxın insan nikaha daxil
olub. Bunların təxminən yarısı
kənd və qəsəbələrin payına
düşür. İ.Məmmədov
deyib ki, ötən il
ölkədə 15 min uşaq
qeyri-rəsmi nikahlardan
dünyaya gəlib. Nikaha daxil olan
şəxslərdən sağlamlıq
haqqında məcburi tibbi arayışlar tələb olunması barədə Ailə Məcəlləsinə məsələ
daxil edilməsi haqda təkliflərə münasibət bildirən
idarə rəisi bunları deyib: "Məlum olur ki, Avropa Şurasının
üzvü olan əksər ölkələr
bu təklifin qanunvericilikdə öz əksinin tapmasından imtina ediblər. Bu, insan haqlarına
müdaxilə kimi əsaslandırılıb". İ.Məmmədov qeyd edib ki, məcburi qaydada sağmalıq haqqında arayışların
tələb olunması
qeyri-rəsmi nikahların
sayının artmasına
da şərait yaradar.
Cavidan
Palitra. -2010. – 30 aprel. –S.10.