Əlil uşaqlar savad
baxımından yaşıdlarından geri
qalmırlar
Əlil vətəndaşlarımız
cəmiyyətin ən çox
qayğıya ehtiyacı olan təbəqələrindən
biri olduğundan onlara
qarşı diqqətin artırılması vacib
sosial məsələlərdəndir. Lakin onların çoxunun
maddi və ya hər
hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı var. Belə
şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən
təcrid olunmuş kimi
görmək istəmir, müxtəlif tədbir və
görüşlərdə fiziki
imkanları çərçivəsində iştirak
etməyə can atırlar. Buna görə
də əlillərin sosial vəziyyətinin
və maddi durumunun
yaxşılaşdırılması, onların cəmiyyətimizdə
bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən
ötrü dövlət tərəfindən
müntəzəm olaraq bir
sıra tədbirlər həyata keçirilir.
Birləşmiş Millətlər Təşkilatının
təşəbbüsü ilə dünya
miqyasında keçirilən 3 Dekabr Beynəlxalq
Əlillər Günü ümummilli
lider Heydər Əliyevin müvafiq
sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda
da qeyd olunmağa
başlanıb.Prezident İlham Əliyevin
cəmiyyətimizin bütün təbəqələrinin
üzvlərinə, o cümlədən əlil
vətəndaşlara olan diqqət və
qayğısı hər zaman göz qabağındadır. Ölkə
başçısının sərəncamı ilə bu il müxtəlif kateqoriyalardan olan əlillərin
müavinətləri artırılıb. Heydər
Əliyev Fondunun rəhbəri, millət vəkili
Mehriban xanım Əliyevanını səyləri
nəticəsində bir çox
əlil evləri əsaslı təmir olunub,
müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri
yaradılıb. Dövlət səviyyəsində
əlil vətəndaşlara olan
qayğı ölkəmizin bütün
guşələrində də öz əksini
tapmaqdadır. 3 Dekabr Beynəlxalq Əlillər Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti
tərəfindən rayonda yaşayan,
219 saylı Evdə məktəbdə təhsil alan, Saray uşaq evində tərbiyə alan,
həmçinin Daun Sindromlu
Şəxslərin Assosiasiyasının üzvləri,
ümumilikdə 100-dən çox əlil
uşaq üçün
müsiqili-əyləncəli tədbir keçirilib.
Qeyd edək ki, bu barədə Səbail Rayon
İcra Hakimiyyətindən “Palitra”ya xəbər verilib. Tədbir iştirakçılarını
salamlayan Səbail Rayon
İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dövlətimizin və
şəxsən ölkə başçısı İlham Əliyevin əlil vətəndaşlara
göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda
həyata keçirilən işlərdən
danışıb. Qeyd olunub ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 3550 nəfər müxtəlif əlillik
dərəcəsinə malik vətəndaş
yaşayır. Bunların arasında əmək,
Böyük Vətən və Qarabağ müharibəsi əlilləri,
Çernobıl qəzasının aradan
qaldırılmasında iştirak edənlər,
həmçinin gözdən əlillər, anadangəlmə
xəstələr və müxtəlif səbəblərdən
əlil olmuş
insanlar var. A.Əsgərov
bildirib ki, əlil vətəndaşlara
və xüsusilə də əlil uşaqlara
diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur:
“Bununla əlaqədar əlillərlə
bağlı müxtəlif tədbirlərin həyata
keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində
saxlanılır. Belə ki, əlil
uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən
biri Səbail rayonunda
fəaliyyət göstərən 219 saylı Evdə məktəbdir.
Hazırda bu məktəbdə müxtəlif
dərəcəli əlilliyi olan 780 nəfər
uşaq 11 illik təhsil
alır. Onlara 250 nəfər müəllim
dərs keçir. Burada
təhsilin səviyyəsi digər məktəblərdəkindən
fərqlənmir, bir çox
əlil uşaqların savadı adi məktəblərdəkilərdən
də üstün olur”.
Digər iştirakçılar əlil vətəndaşlarımıza
və xüsusilə də əlil uşaqlara
göstərdiyi diqqət və qayğıya görə
ölkə başçısına öz
minnətdarlıqlarını bildiriblər. Vurğulanıb
ki, əlillər cəmiyyətin bərabərhüquqlu
üzvüdürlər və onların ölkədə gedən
bütün posseslərdə fəal
iştirakı təmin olunmalıdır. Əlillərə
RİH tərəfindən maddi yardım
göstərilib, hədiyyələr təqdim olunub
və tədbirdə iştirak edən
incəsənət xadimləri öz
mahnıları ilə görüşü
uşaqların yaddaşında daha yaddaqalan və mənalı
ediblər.
İlkin
Palitra $g 2010.- 3 dekabr.- S. 11.