İnsan kapitalının formalaşmasında turizm müstəsna əhəmiyyətə malikdir

 

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalovdur: 

 

- İnsan kapitalı amilini necə dəyərləndirirsiniz?

 

- Müasir dünyamızda hər hansı bir ölkənin hərtərəfli inkişafı üçün təbii sərvətlər yetərli deyil. Müasir texnologiyalardan başı çıxan, yüksək intellektual potensiala malik kadrların yetişdirilməsi ümdə məsələyə çevrilib. Ümumilikdə isə cəmiyyətin inkişafı üçün sərf edilən vəsaiti insan kapitalı kimi dəyərləndirmək olar. Yeri gəlmişkən, “insan kapitalıanlayışı ilk dəfə amerikalı iqtisadçı, 1979-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülən Teodor Şuls tərəfindən istifadə edilib. 1960-cı ildə onun “Journal of Political Economy” adlı məcmuədə çap olunanTəhsillə kapitalın yaradılması” (“Capital Formation by Education”) məqaləsində təhsilə sərf edilən sərmayənin əhəmiyyəti xüsusi qeyd edilib. Son dövrlərdə ölkəmizdə bu termin tez-tez işlədilməyə başlanılıb.   Prezident İlham Əliyev 2009-cu ilin fevralında çıxışlarının birində deyib: “Bizim üçün prioritet sahələr müasir texnologiyalar, İKT, təhsil, əhalinin məşğulluğu, yoxsulluğun azaldılması, səhiyyədir. Bütün bunlar bizim həyatımızın sosial sahəsini əhatə edir. Güclü iqtisadiyyata, maliyyə imkanlarına güclü intellektual potensiala malik dövlət qurmağı hazırda qarşımıza məqsəd qoymuşuq. Neftdən gələn gəlirlər insan kapitalına sərmayə qoymağa imkan yaradır”.

 

- Bu kapitalın formalaşması üçün hansı addımların atılması vacibdir?

 

- Ölkə başçısının qeyd etdiyim fikirində bu addımların konturları göstərilib. İnsan kapitalının formalaşması üçün təhsil, elm səhiyyə sahəsinə sərmayələr yatırılmalıdır. Gənclərin beynəlxalq standartlara uyğun yüksək səviyyədə təhsil almaları, təcrübə keçmələri, elmi fəaliyyətlə məşğul olmaları üçün şərait yaradılmalıdır. Müxtəlif elmi layihələrə, ixtiralara maliyyə vəsaiti ayrılmalı, ölkənin ən ucqar kənd məktəblərində belə, təhsil alan istedadlı tələbələr aşkarlanmalı, onlar dövlət qayğısına götürülməli, istedadlarının daha da inkişaf etdirilməsinə şərait yaradılmalıdır. Eyni zamanda ölkəmizdə idmana göstərilən dövlət qayğısının əhəmiyyətini xüsusi vurğulayaraq (“sağlam bədəndə,sağlam ruh olar”), Azərbaycanımızın tədricən elm təhsil mərkəzinə çevrilməsi üçün layihələr hazırlanmalıdır. Düşünürəm ki, müəllimlərin məvacibləri əhəmiyyətli dərəcədə artırılmalı, buna paralel olaraq onların hazırladıqları kadrların keyfiyyətli olması üçün tələblər sərtləşdirilməlidir.

 

- Çalışdığınız təhsil ocağında bu istiqamətdə hansı tədbirlər reallaşdırılır?

 

- Məlumdur ki, ölkəmizin inkişaf etməkdə olan turizm sənayesini lazımi sayda yüksək keyfiyyətli kadrlarla təmin etmək məqsədilə ölkə başçısının 25 avqust 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Turizm İnstitutu(ATİ) yaradılıb. ATİ fəaliyyətinə Boloniya prosesinə uyğun, kredit sistemi ilə, eyni zamanda beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış tədris planları əsasında başlayıb. Eyni zamanda Avstriyadakı Krems Tətbiqi Elmlər Universiteti ilə əməkdaşlığa dair müqavilə imzalanıb, müqavilə əsasında Avstriya Azərbaycan Turizm Proqramı(AATP) həyata keçirilir. Proqrama uyğun olaraq ingilis dilini yüksək səviyyədə bilən(İLTES 6.0) tələbələrimiz milli tədris proqramı ilə paralel Krems Universitetinin tədris proqramına uyğun dərslər keçir nəticədə iki diplom almaq şansı qazanırlar. Həmin dərslərin böyük əksəriyyəti Krems Universitetinin professor-müəllim heyəti tərəfindən tədris olunur. Qeyd etməliyəm ki, bizim ilk məzunlarımızdan 14 nəfəri bu şansdan yararlanaraq milli diplomlarla yanaşı Krems Universitetinin diplomlarını da alıblar.  İkinci bir tərəfdən biz tələbələrin nəzəri biliklərlə yanaşı təcrübi biliklər, xüsusən beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi önəm veririk. Tədris planımızda tələbələrin bir təcrübə semestri nəzərdə tutulub ki, həmin semestrin ABŞ, Türkiyə, Yunanıstan, Kipr, İsrail digər dövlətlərdə keçirilməsi təmin edilir.  Üçüncüsu, ATİ “ERASMUS-MUNDUS” proqramının tərafdaşıdır proqram çərçivəsində tələbələrimiz Avropanın qabaqçıl universitetlərində bakalavr magistr pillələrində təhsil alır, həmçinin əməkdaşlarımız doktoranturada bilik bacarıqlarını artırırlar.Dördüncüsü, turizm sahəsində işləmək həvəsində olanlar üçün qısa müddətli təlim proqramları hazırlanıb   kursların keçirilməsinə başlanılıb.

 

- Sizcə, bugünkü gənc kadrlarkapitalkimi özünü doğrulda biləcəkmi?

 

- Bugünün gənclərinin biliklərə yiyələnməsi üçün çox böyük imkanları var. Adi bir misal deyim: biz dərslərə hazırlaşarkən mütləq M.F.Axundov adına Kitabxanaya gedir, şənbə bazar günləri səhərdən axşama kimi orada mütaliə edir, bəzən hər hansı bir kitabı saatlarla gözləməli olurduq. İndi isə internetin vasitəsi ilə istənilən məsələ haqqında saysız-hesabsız bilgilər əldə etmək mümkündür. Gənclərimizin böyük əksəriyyəti gələcək peşələrini öyrənməyə, beynəlxalq standartlara uyğun bilgilər qazanmağa həvəs göstərirlər. Lakin, tələbələrin içərisinə təsadüfi düşənlər, təhsilə, biliyə maraq göstərməyənlər var ki, onlarınkapitalkimi özünü doğrulda bilməsi mümkün deyil.

 

- Kapitalın formalaşmasında turizmin rolunu necə dəyərləndirirsiz?

 

- Bu məsələyə iki yanaşma var. Birincisi, əvvəldə qeyd etdiyim kimi insan kapitalının formalaşması üçün sərmayə yatırılması vacibdir. Turizm bir biznes sahəsi olduğundan ondan əldə olunan gəlirlərdən kapitalın formalaşmasında istifadə etmək mümkündür. İkincisi, turizmdən istifadə edən insanlar yeni mədəniyyətlər, xalqlar, ölkələr haqqında bilgilər əldə edir, bu ya digər məsələ haqqında beynəlxalq təcrübəni öyrənirlər. Bu iki amil onu deməyə əsas verir ki, insan kapitalının formalaşmasında turizm müstəsna əhəmiyyətə malikdir.

 

- İnsan kapitalının formalaşmasında təhsilin mühüm rolu var bu gün gənclərin təhsili, problemlərlə bağlı deyə bilərsiz?

 

- Qeyd etdiyim kimi, təhsil insan kapitalının formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Ölkəmizdə bu sahəyə diqqət qayğı hiss olunur. Hər il yeni məktəblər tikilir ya əsaslı təmir olunur. Ölkə başçısının bu yaxınlarda qeyd etdiyi kimi büdcədən təhsilə ayrılan vəsait həcminə görə ikinci yerdədir. Təhsil sahəsində neçə illərdir ki, islahatlar aparılır, təhsilimizin dünya standartları səviyyəsinə çatdırılması üçün işlər görülür. Bununla belə, bu sahədə hələ görüləsi işlər çoxdur. Tədqiqatlar göstərir ki, ali məktəblərə qəbul olunan gənclərin əksəriyyəti Bakı Sumqayıt şəhər məktəblərinin məzunlarıdır. Əyalət məktəblərində isə vəziyyət acınacaqlıdır. Elə məktəblər var ki, uzun müddətdir bir məzunu belə, ali məktəbə qəbul oluna bilmir. Etiraf etməliyik ki, ali məktəblərə qəbul olunmaq arzusunda olan 10-11-ci sinif şagirdlərinin  böyük əksəriyyəti məktəblərə deyil, repetitor yanına getməyə üstünlük verirlər. Bu hal Bakı şəhər məktəblərində xüsusilə kütləvi hal alıb. Birinci kursa qəbul olunmuş tələbələr arasında keçirilən sorğular dediklərimi təsdiq edir. Faktiki olaraq dövlətin təhsilə ayırdığı vəsait boş yerə sərf edilir, orta məktəbin 10-11-ci siniflərində müəllimlər dərs demədən məvacib alırlar.İkincisi, danılmaz faktdır ki, ali məktəblərdə güc-bəla ilə oxuyan, müxtəlif vasitələrdən istifadə etməklə qiymət alan ən zəif tələbələr sonradan orta məktəb müəllimi kimi fəaliyyət göstərirlər. Təbii ki, zəif müəllimin yetişdirdiyi şagirdlər zəif olacaq.

 

- Xaricdə təhsilin insan kapitalına təsirini göstərən amillər hansılardır?

 

- Yuxarıda qeyd etdiyim kimi, bizim bakalavriat pilləsində təhsil alan tələbələr “ERASMUS-MUNDUS” proqramı çərçivəsində 10 ay müddətində Portuqaliya, Fransa, Yunanıstan digər ölkələrdə oxuyurlar. Geri döndükdın sonra onların dünyagörüşündə, məsələlərə münasibətində nə qədər müsbət dəyişiklik olduğu aydın görünür. Ona görə də hesab edirəm ki, dünyaya inteqrasiya baxımından, xaricdəki qabacıl  təcrübənin və texnologiyaların ölkəyə gətirilməsi, insan kapitalının formalaşması baxımından xaricdə təhsil önəmlidir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı gənc oğlan və qızlarımız keçmiş SSRİ-nin ən qabaqçıl ali məktəblərində təhsil alaraq vətənə dönüb, bu günxalqa xidmət etməkdədirlər.Bu baxımdan,  Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli 2090 saylı sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dövlət Proqramı”nın, eləcə də Azərbaycan Milli Elm Fondunun yaradılmasının xüsusi əhəmiyyət daşıdığını da qeyd etmək lazımdır.

 

- İnsan kapitalı, təhsilin inkişafı ilə bağlı hansı təkliflər irəli sürərdiniz?

 

- Birincisi, təhsil işçilərinin məvacibində ciddi artımlar edilməlidir. Son zamanlar ölkəmizdə çox şeyi dünya standartları səviyyəsi ilə ölçdüyümüzdən məvaciblərin də dünyada qəbul olunmuş standartlara uyğun müəyyənləşdirilməsinin vaxtı çatıb.Ikincisi, orta məktəblərdə qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələrinin və valideynlərin iştirakı ilə kütləvi attestasiyalar keçirilməli, zəif müəllimlər, vaxtını boş işlərə sərf edərək dövlətdən məvacib alanlar məktəblərdən uzaqlaşdırılmalıdırlar.Üçüncüsü, məzunları ali məktəblərə qəbul olunmayan məktəblərin direktorları haqqında ciddi tədbirlər görülməlidir.Dördüncüsü, ali məktəblərə qəbul olunmuş, lakin oxumayan tələbələrə diplomlar verilməsinə birdəfəlik son qoyulmalıdır.Beşincisi, ali məktəblərdə keçirilən bütün imtahanlarda KİV-lərin və QHT-lərin iştirakı təmin edilməlidir. 

 

Nigar 

 

Palitra.- 2010.- 7 dekabr.- S. 11.