Təhsil, elm və təcrübənin vəhdəti yaradılmaldır

 

Layihə çərçivəsində müsahibimiz iqtisad elmləri namizədi Əlisa Zeynallıdır:  

 

- 1993-cü ildən ölkəmizin ictimai, sosialiqtisadi inkişafı üçün həyata keçirilən strategiyanın düzgünlüyüalternativsizliyini indi demək olar ki, hamı, hətta ölkəmizdən kənarlarda etiraf edirlər. Müxtəlif informasiya mənbələrində bu barədə kifayət qədər yazılır və şərhlər aparılır. Ötən müddət ərzində əldə edilən nailiyyətlər onu təcrübədə bir daha sübut edib. Məlumdur ki, yüksək səviyyədə düşünülmüş, elmi əsaslara söykənən və ölkəmizin təbii-iqtisadi şəraitinə uyğun gələn bu siyasət və onun yerinə yetirilmə taktikası tədricilik, mərhələlər üzrə ardıcıl və kompleks məsələlərin qarşılıqlı əlaqədə həllinə əsaslanır. Odur ki, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 90 illik yubiley mərasimindəki çıxışında milli iqtisadiyyatda keçid dövrünün başa çatdığını bəyan etdi. Məlumdur ki, Prezident İlham Əliyevin fəaliyyət taktikası intellektual və gənc kadrları iqtisadiyyata, dövlət idarəçiliyinə və sosial sahəyə cəlb etmək əsasında ölkənin dinamik inkişafına nail olmağa yönəldilib. Qara qızıl”ın intellektual kapitala çevrilməsi üçün Prezidentin qarşıya qoyduğu vəzifə bu taktikanın əsas qayəsini təşkil edir. Ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və iqtisadi qüdrətinin artırılması məqsədilə həyata keçirilən iqtisadi siyasət islahatlar aparılması, bazar iqtisadiyyatına keçid, sahibkarlıq fəaliyyətinin gücləndirilməsi mərhələlərindən sonra, müasir mərhələdə elmi istiqamətlərin diqqət mərkəzinə çəkilməsi həyata keçirilən tədbirlərin məntiqi ardıcıllığını sübut edir

 

 Hörmətli akademikimiz  Ramiz MehdiyevinZaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq” əsərində ölkəmizin dinamik inkişaf perspektivləri, əldə edilən nailiyyətlərinin gələcəkdə də davam etdirə bilən zümrənin, yəni yenimilli elita”nın yetişdirilməsi və formalaşdırılması, dövlətin idarə edilməsinin səmərəli üsulları, kadr hazırlığı və seçimi, azərbaycançılıq məfkurəsinin düzgün yozumus. məsələlərin həlli yolları haqqında proqram xarakterli tövsiyələr irəli sürülüb. Ölkə ziyalıları, elmi elita, xüsusən də filosoflar, hüquqşünaslar, tarixçilər və iqtisadçılar qarşısında həlli vacib olan konkret vəzifələr qoyulub.  O, müasir elita zümrəsinin formalaşdırılmasının əsas tələblərinə aşağıdakıları daxil edir: yüksək təhsil səviyyəsi, peşəkarlıq,  məsuliyyət, qəbul edilən qərarların nəticələrini əvvəlcədən görə bilmək qabiliyyəti, proqnozlar vermək bacarığı. İqtisadi yüksəlişin keyfiyyəti və sürəti, dövlətin gücü və səmərəliliyi ümumən elitanın keyfiyyəti və kadrların potensialından asılıdır. Akademik Ramiz Mehdiyev əsərində belə qənaətə gəlir ki, müasir Azərbaycan dövlətçiliyi yeni inkişaf mərhələsinə daxil olur. Deməli, hər hansı risqə getmədən, elitaların ehtiyatlı transformasiyası barədə düşünməyin vaxtı çatıb. O, bütün bu məsələlərin həllində bilavasitə iştirakı vacib olan elitadan danışarkən göstərir ki, bəzi milli elmi-tədqiqat institutlarında hələ də qalmaqda olan kiflənmiş, köhnəlmiş, bəsit formastandartlardan uzaqlaşmaq, Azərbaycan cəmiyyətinin inkişafının real problemləri və amilləri üzərində ciddi düşünmək lazımdır.

 

- Bunun üçün nədən başlamaq, nə etmək lazımdır?

 

- Müasir mərhələdə hər bir cəmiyyətdə innovasiya məsələləri mühüm əhəmiyyət kəsb edirintellektual kapitalın formalaşmasını şərtləndirən əsas səbəbə çevrilir. Bəzi mütəxəssislər insanın bilik kapitalını dövlətin elmə, təhsilə, səhiyyəyə, bədən tərbiyəsinə xərcləri ilə səciyyələndirirlər. Fikrimizcə, hazırkı mərhələdə belə yanaşma real sayılmır. BMT-nin Statistika Komissiyasının milli hesabların tərtibinə dair 2008-ci il standartlarında hər bir ölkənin milli sərvətin tərkib hissəsindən birinin intellektual mülkiyyətdən ibarət olduğu bildirilironun hesablanması tövsiyə olunur. İnsanın bilik kapitalının formalaşdırılması mühüm əhəmiyyət kəsb edir və ölkənin iqtisadi siyasətinin əsasını təşkil edir. Məsələnin məqsədəuyğun həlli üçün, fikrimizcə, Azərbaycan cəmiyyətində təhsil-elm-təcrübə vəhdətinin yaradılması əhəmiyyətli ola bilər və yaranmış mövcud vəziyyətdən gözlənilən səmərəliliyi əldə etmək üçün əlverişli şərait yaradılar.  Müşahidələrə görə, təhsil sistemində proqramların təkmilləşdirilməsi, ona uyğun gələn dərslik və dərs vəsaitlərinin hazırlanması və nəşrinin təşkili olduqca əhəmiyyət kəsb edir. Əlaqədə olduğum ali təhsil müəssisələrində apardığım müşahidələr deməyə əsas verir ki, tətbiq edilən tədris proqramları müasir tələblərə uyğun gəlmir, əksər hallarda keçmiş SSRİ dövründə istifadə edilən tədris proqramlarının qeyri-mükəmməl tərcüməsinə əsaslanır. Müasir mərhələdə bakalavrlara təcrübə ilə heç bir əlaqəsi olmayan məsələlər tədris edilir. Belə hallara özəl ali məktəblərdə daha çox təsadüf edilir. Odur ki, tədris proqramlarının hazırlanmasında üç prinsipin əsas götürülməsi daha yaxşı olar: milli xüsusiyyətlər, beynəlxalq təcrübə və  müvafiq icra orqanlarının razılaşması. Milli xüsusiyyətlər adət və ənənələrə, təbii-iqtisadi şəraitə, əvvəlki təhsil ənənələrinə varisliklə qiymətləndirilə bilər. Dünya ölkələrinin təcrübəsi müvafiq beynəlxalq təşkilatların təklifləri və inkişaf etmiş, qabaqcıl ölkələrin təcrübəsinə uyğunlaşdırma ilə müəyyənləşdirilə bilər. Təhsil sisteminin təkmilləşdirilməsinin ən mühüm, aktual və zəruri məsələlərindən birimüvafiq proqramlar üzrə dərslik və dərs vəsaitlərinin hazırlanması ilə səciyyələndirilir. Müşahidələrimiz göstərir ki, onlarla təminat səviyyəsi olduqca aşağıdır.  Faktiki vəziyyət belədir ki, hər bir müəllim öz imkanları dairəsində, müstəqil olaraq, pərakəndə halda xarici ölkə alimləri və mütəxəssislərin ədəbiyyatlarından istifadə edərək mühazirə hazırlayır. Çox hallarda keçmiş SSRİ dövründəki ədəbiyyatlardan istifadə edilir. Hazırlanmış mühazirələri bakalavras. yazdırmağa səy göstərir.  Qrup üzrə  2-3 nəfər mühazirələri yazırlar. Onların da sürəti çox aşağıdır. Dərslərə marağı da aşağı səviyyədə olur. Bu kimi halların nəticəsidir ki, istənilən mühazirəni 80 dəqiqə ərzində tam yazdırmaq mümkün olmur. Oxumağa ədəbiyyat tapılmır. Bəzi müəllimlər azərbaycan dilində təhsil alanlara internet səhifəsi və sair mənbələr vasitəsilə rusingilis dillərində olan ədəbiyyatlardan istifadəni tövsiyə etməklə vəzifəsini tamamlamış olur. Göstərilən amillərin nəticəsidir ki, ali təhsili başa vuran bakalavrların baza bilik səviyyəsi keyfiyyətsiz olur və tələb olunan standartlara uyğun gəlmir. Odur ki, bütün ixtisas fənləri üzrə dərslik və dərs vəsaitlərinin yazılmasına diqqəti yönəltmək olduqca mühüm əhəmiyyət kəsb edir.  Dərslik və dərs vəsaitlərinin hazırlanmasında alim və mütəxəssislər arasında birmənalı fikir formalaşmadığını müşahidə edirik. Bəziləri xarici ədəbiyyatların tərcüməsinə meyil göstərirlər. Bacardıqları səviyyədə tərcümələr edirlər. Onların içərisində spesifik anlayışların müxtəlif formada tərcümə olunma hallarına daha çox təsadüf edilir, bəzən də yanlış tərcümələrə rast gəlmək olur. Son nəticədə dilimizə yad olan sözlər getdikcə çoxalır.

 

- Bu boşluğu necə aradan qaldırmaq olar?

 

- Dərslik və dərs vəsaitləri ilə təmin etmək məsələsindəki mövcud boşluğu aradan qaldırmaq üçün, fikrimcə, aşağıdakı tədbirlərin yerinə yetirilməsi məqsədəuyğun sayıla bilər: - Milli dildə hazırlanmış hər bir kitabın toplanması, ona mütəxəssis qiymətinin verilməsi, müəyyən səviyyədə standartlara uyğun gələnlərin nəşrinə yardım göstərilməsi və gələcək təkmilləşdirmə üçün maraqlandırma tədbirlərinin yerinə yetirilməsi;- AMEA-nın müvafiq institutlarında milli dildə yazılmış monoqrafiya, dərslik, dərs vəsaiti, təlim-təcrübə vasitəsi, mühazirələr kursus. üzrə tənqid və tövsiyə bölmələrinin yaradılması;- Xarici müəlliflərin peşəkar tərcüməsi üzrə müvafiq institutlarda xüsusi ixtisaslaşdırılmış tərcümə bölmələrinin yaradılması;- Aliorta ixtisas məktəblərin, xüsusən də özəl tədris müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsində dərslik və dərs vəsaitlərinin yazılması və nəşrinə, müəlliflərlə qarşılıqlı əlaqələrin yaradılmasına, onların maraqlandırılmasına xüsusi diqqət yönəldilməsini  əsas meyarlardan biri kimi qəbul etmək.Ümumiyyətlə, təhsil proqramlarının hazırlanması, dərslik və dərs vəsaitləri ilə təminat, buraxılan mütəxəssislərin bilik səviyyəsinə nəzarətə daha çox diqqət yönəldilməsi məqsədəuyğun sayıla bilər. Bakalavr və tələbələrin fərdi bacarığından asılı olaraq, minimum mənimsəmə standartlarını ödəmək şərtilə, aliorta ixtisas məktəblərində təhsil almaq müddəti uzadıla bilər. Bacarıqlı magistr və tələbə müəyyən edilmiş müddətdə təhsili başa vursa da, minimum standartları ödəyə bilməyənlər, xarici ölkələrdə, məsələn Türkiyədə olduğu kimi, bir kursda 2 və daha çox tədris ilində təsilini davam etdirə bilər. Fikrimcə, belə olan hallarda bakalavr və tələbələrin məsuliyyəti artırılar və oxumağa maraq göstərərlər. Buraxılan mütəxəssislərin bilik meyarlarının səviyyəsini səciyyələndirən standartların müəyyən edilməsi və dövlət nəzarətinin tətbiqi təhsilin keyfiyyətini yüksəltməkdə təhsil müəssisələrinin məsuliyyətini artıra bilər. Fikrimcə, özəl təhsil müəssisələrinə tələbə qəbulu sərbəstləşdirilə bilər. Bütün sahibkarlar kimi, onlar da azad fəaliyyət və seçim hüququna malikdirlər. Hər bir vətəndaş, öz vəsaitini ödəmək şərtilə, bir neçə ali təhsil almaq hüququna malikdirseçim azadlığı var. Dövlət özəl təhsil müəssisələrinin buraxdığı mütəxəssislərin bilik səviyyəsinə nəzarət edir ki, onun vətəndaşı müasir tələblər baxımından zəruri baza biliyi ala bilsin, ölkədaxili və xarici əmək bazarında yeri tapsın və işsiz əhali qrupuna daxil edilməsin.

 

Anar Miriyev

 

Palitra.- 2010.- 8 dekabr.- S. 7.