QHT-lərə Dövlət Dəstəyi
Şurası milli
donor institutu kimi
Bu gün cəmiyyətimizi narahat edən problemlərdən biri olan milli donorçuluq inistiutunun formalaşdırılması və gücləndirilməsi,
QHT-donor münasibətlərinin inkişaf etdirilməsi və bu kimi məsələlərin
araşdırılıb öyrənilməsi
mühüm əhəmiyyət
kəsb edir.
Vətəndaş cəmiyyəti
institutlarıının fəaliyyəti ilə bağlı daha çox müzakirə
olunan problem maliyyələşmədir.
Son illərə qədər ölkədə
fəaliyyət göstərən vətəndaş cəmiyyəti
institutlarıının demək olar ki, böyük əksəriyyəti xarici donorlar tərəfindən maliyyələşdirilirdi.
Bu zamana qədər yerli donorçuluq mövcud deyildi. Həmin
illərdə ictimai sektorun
vəziyyətinin təhlili göstərir ki,
xarici donorlardan maliyyələşmə bir sıra
problemlərin yaranmasına səbəb olurdu.
Bir tərəfdən
belə fikirlər irəli sürülürdü
ki, vətəndaş cəmiyyəti
institutlarıının xarici donorlardan maliyyələşməsi
onların həm də həmin
təşkilatların müəyyən missiyasını həyata
keçirməsi ilə nəticələnmiş olur. Bəzi hallarda isə bir sıra vətəndaş
cəmiyyəti institutlarıının fəaliyyətində
dövlət və milli maraqların heç də bütün
hallarda gözlənilməməsi tənqid
obyektinə çevrilmiş olurdu. Ümumiyyətlə, bir neçə
il bundan öncə milli donor
institutlarının mövcud olmaması,
ölkə üçün həyati
əhəmiyyətli vacib sahələrə
maliyyə ayrılmaması vətəndaş cəmiyyəti
institutlarını bir çox
hallarda beynəlxalq
donorlardan asılı vəziyyətə
salır, bu da təbii
olaraq cəmiyyətin ictimai
qınağına səbəb olurdu. Lakin son illərdə milli donor institutlarının yaranması
ilə bu problemlər aradan qalxmağa başladı. Azərbaycanının
sosial-iqtisadi inkişafı
nəticəsində və
vətəndaş cəmiyyəti
institutlarının dövlətin,
xalqın inkişafına
müsbət təsir
göstərməsi və
s. kimi məsələlər vətəndaş
cəmiyyətinin inkişafına
dövlət dəstəyinin
institusional mexanizmlərinin
yaradılmasını tələb
edirdi. Vətəndaş
cəmiyyətinin tərkib
hissəsi olan QHT-lərin daha səmərəli fəaliyyət
göstərməsi və
əlverişli mühitin
yaradılması məqsədi
ilə 2007-ci il iyulun 27-də Prezident İlham Əliyev “Qeyri-Hökumət
Təşkilatlarina Dövlət
Dəstəyi Konsepsiyasının
təsdiq edilməsi haqqında” sərəncam
imzaladı. Həmin ilin dekabrında
isə ölkə başçısının, konsepsiyada
nəzərdə tutulan
müddəaların icrasını
təmin etmək məqsədilə imzaladığı
fərmanla Azərbaycan
Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurası
yaradıldı. Bununla da
ölkədə milli
donor institutunun əsası
qoyulmuş oldu. Qeyd etmək lazımdır ki, buna qədər
də ayrı-ayrı
dövlət orqanları
QHT-lərlə əməkdaşlıq
edir, onlara müəyyən qədər
maliyyə yardımı
ayırırdılar. Şuranın yaradılması eyni zamanda QHT-lərin tarixində yeni mərhələnin başlanğıc dövrü
oldu. Artıq bu və ya
digər səbəblərdən xarici
donorlara çıxışı
olmayan yüzlərlə
QHT şuranın elan etdiyi müsabiqədə qalib oldu və
bununla da ictimai sektorda bir canlanma yarandı.
Şura bu müddət ərzində artıq üçüncü qrant
müsabiqəsini reallaşdırıb.
Seçilən mövzular da
birbaşa cəmiyyətin
inkişafına yönəlib.
Burada bir məqamı da qeyd etmək yerinə düşərdi
ki, xarici donorların maraq göstərmədiyi Qarabağ
məsələsi və
Azərbaycanın haqq
işinin dünyaya çatdırılması, qaçqın
və məcburi köçkünlər problemi,
vətənpərvərlik və s. milli maraqları özündə
əks etdirən mövzuları şura öz prioriteti elan edib və
bu istiqamətdə bir sıra uğurlara
imza atılıb. QHT-lərə Dövlət Dəstəyi Şurası
tərəfindən 2008-ci ildə
1,2 milyon, 2009-cu ildə
2 milyon 68 min manat,
2010-cu ildə birinci maliyyə yardımı müsabiqəsində 1 milyon
155 min 90 manat məbləğində maliyyələşmə
həyata keçirilib.
Xatırladaq ki, 2010-cu
ilin sentyabrında başa çatan sonuncu müsabiqədə
65 təşkilata 253 min manat
qrant ayrılıb.Lakin ekspertlərin fikrincə isə həm rəsmi qurumlar, həm də QHT təmsilçiləri
üçüncü sektorun
illik büdcəsinin faktiki tələbatdan bir neçə dəfə aşağı
olduğunu açıqlayır.
Məsələn, Ədliyyə Nazirliyinin
statistikasına görə,
Azərbaycanda 2009-cu ildə
QHT-lərin ümumi büdcəsi 20 milyon manat olub. 2010-cu ilin geridə qalan müddətində
12 milyon 900 manatlıq
qrant müqavilələri
qeydə alınıb
ki, bunun da 2 milyon manatı
Dövlət Dəstəyi
Şurasının payına
düşür. Digər vəsaitlər
xarici donorlardan daxil olan qrantlardır.
Şura isə QHT-lərin maliyyələşdirilməsi
məqsədilə daxil
olan illik 15 milyon manatlıq layihələrin 2 milyon manatını qarşılaya
bilir. 2010-cu ildə
şuranın təxminən
2 milyon 100 min manat civarında müsabiqə
fondu olub. 2011-ci ilin büdcə zərfində isə ölkədə vətəndaş
cəmiyyətinin formalaşdırılması
prosesinin inkişafı
istiqamətində milli
qeyri-hökumət təşkilatlarının
daha səmərəli
iştirakını təmin
etmək, həmçinin
qeyri-hökumət təşkilatlarına
dövlət qayğısını
gücləndirmək məqsədilə
dövlət büdcəsindən
2 milyon 766 min 324 manat manat vəsait nəzərdə tutulub. Lakin ekspertlər gələn il
üçün nəzərdə
tutulan büdcə vəsaitinin az olduğu qənaətindədirlər.
Onların fikrincə, bu
vəsait şuranın
fəaliyyətini tam təmin
etməyəcək. Xatırladaq
ki, məhz Dövlət Dəstəyi
Şurası yaradılandan
sonra QHT sektorunda böyük canlanma yaranıb, QHT-lər hərəkətə keçərək
öz işlərində
dəyişiklik edib.QHT sektoru
kimi inkişafda olan sahədə maliyyə vəsaitinə tələbatın hər
il artdığını
nəzərə alan şuranın apardığı
araşdırmalar nəticəsində
QHT sektorunda illik tələbatın 30 milyon
dollar civarında qiymətləndirilir.Lakin
statistik məlumatlara görə, Azərbaycan
QHT-ləri üçün
xarakterik olan dövlət maliyyələşdirməsinin
ümumi maliyyə mənbələrində xüsusi
çəkisi Qərbi
Avropa ölkələri
ilə müqayisədə
xeyli aşağıdır. Qərbi Avropadan fərqli
olaraq Azərbaycanda
QHT-lərin büdcəsi
daha çox xarici donor təşkilatlarının
qrantlarından və xeyriyyə fondlarının
əvəzsiz yardımlarından
əmələ gəlir.
Xarici donorlar isə məhdud çevrədə
olan QHT-lərlə işləməyə üstünlük
verir ki, bu, bir sıra
problemlərin yaranmasına
gətirib çıxarır.
Buna görə də
dövlət büdcəsindən
vətəndaş cəmiyyətinin
inkişafına ayrılan
maillyə vəsaitinin
artırılması məqsədəuyğun
olardı.Bununla belə, xarici
donorlardan birdəfəlik
imtinanı da düzgün hesab etmək olmaz. Çünki reallıq
onu göstərir ki, Azərbaycan dünyanın ayrılmaz tərkib hissəsidir və bütün dünyada qəbul olunan, həyata keçirilən
ümumi qaydalar bizim vətəndaş cəmiyyətinin də fəaliyyətində öz
əksini tapmalıdır.
Biz bu qlobal prosesin içərisində
aktiv fəaliyyət göstərərək öz
töhfələrimizi verməliyik.
Qeyd olunmalıdır ki, bu gün
Azərbaycan üzv olduğu beynəlxalq
təşkilatlara - Avropa
Şurasına, Avropa Birliyinə, BMT-yə və digərlərinə
üzvlüklə bağlı
vəsaitlər köçürür.
Ölkəmizdə fəaliyyət
göstərən vətəndaş
cəmiyyəti institutları
isə bu vəsaitlərdən faydalanmalı
və ölkəyə
təkrar mailiyyə axını təmin etməyi də bacarmalıdırlar.Bəzi ictimayyət
nümayəndələrinin fikirincə, ölkəmizdə QHT-lərə Dövlət Dəstəyi
Şurasının ən
başlıca problemi hələ də onların hamı tərəfindən qəbul
olunan ictimai mahiyyətli instituta çevrilə bilməməsidir.
Onu da qeyd
etmək lazımdır
ki, QHT sektorunu dəstəkləyən dövlət
qurumunun olması bizim
cəmiyyət üçün
yenidir. Onların da bir ictimai təsisat kimi bütün cəmiyyət tərəfindən
qəbul olunması üçün vaxt lazımdır. Bir neçə il öncə QHT-lərlə
bağlı dövlət təsisatının
yaranması zamanı buna pessimist mövqeden yanaşan QHT-lər sonralar şuranın elan etdiyi müsabiqələrdə
iştirak etmiş, onunla fəal şəkildə əməkdaşlıq
etməyə başlamışlar. Bu da sözsüz
ki, şuranın bir təsisat kimi artıq cəmiyyətin etimadının doğrultuğunun
göstəricilərindən biridir. İkinci bir tərəfdən
əvvəlki müsabiqələrdə
bir sıra ictimayyət nümayəndələrinin
qeyri-obyektivlik kimi izah etdikləri bir məsələ - şuranın üzvlüyündə
təmsil olunan QHT-lərin müsabiqədə
iştirak edərək
qalib olması idi. Amma şuranın son müsabiqələrində
qalib gələn QHT-lərin siyahısına nəzər salsaq görərik, həmin
QHT-lər müsabiqədə
iştirak etməyib. Və təbii ki, bu da vətəndaş
cəmiyyəti tərəfindən
yüksək qiymətləndirilib
və ictimai qınağın daha da azalmasına səbəb olub. Bu gün vətəndaş cəmiyyətinin bir çox problemlərinin
həll olunması üçün milli donorçuluğun inkişaf
etdirilməsi çox
vacib məqamlardan biridir. İlk növbədə vətəndaş cəmiyyətinə
digər ölkələrdə
göstərilən dəstək
təcrübələri ilə
bağlı Qərb ölkələri timsalında
mübadilələr həyata
keçirilməsi daha
da gücləndirilməlidir.
Palitra.- 2010.- 22 dekabr.- S. 11.