İnsan psixikasını öyrənən ixtisaslar vacibdir

 

Layihə çərçivəsində ötən saylarımızda ölkədə psixologiya sahəsi üzrə savadlı kadrların yetişməsi, bunun üçün müvafiq səviyyəli təhsil şəraitinin olması bu sahədə olan problemlər barədə yazmışdıq. Qeyd etmək lazımdır ki, bu sahə hazırda inkişaf etmiş cəmiyyətin tələbinə uyğun olaraq olduqca aktuallaşıb. Ona görə sözügedən mövzuya bir qədər başqa tərəfdən yanaşmağı məqsədəuyğun hesab edirik.   

 

Ötən saylarımızda qeyd etmişdik ki, peşəkarlıq probleminin aktual olduğu sahələrdən biri psixologiyadır bu sahəyə onunla bağlı olan bütün digər sahələrə üz tutanlar, özlərini peşəkarlar kimi qələmə verənlər həddindən artıq çoxalıb. Daha doğrusu, sosial-psixoloji məsələlərin gündəmdə əsas yeri tutduğu bir şəraitdə psixoloq ixtisası da yaman dəbə minib. İnsanlar gündəlik davranış, məişət problemləri ilə bağlı olaraq sözügedən sahə ilə məşğul olanlara daha çox müraciət etməyə onların məsləhətlərinə qulaq asmağa başlayıblar. Bu isəpsixoloqadı altında fəaliyyət göstərənlərin sayını yaman artırıb. Onu da xüsusilə vurğulamaq lazımdır ki, cəmiyyət üzvlərinin çoxu psixoloqun psixiatrdan, psixoterapevtdən sair yaxın sahə mütəxəssislərindən fərqini bilmir. Bu isə əlavə ciddi çətinliklər törədir.Qeyd etmək lazımdır ki, insan kapitalının formalaşdırılması baxımından peşəkar psixoloqların, eləcə insan psixikası ilə məşğul olan ixtisaslara aid savadlı kadrların yetişdirilməsi fəaliyyəti olduqca önəmlidir. Ümumiyyətlə, son onilliklərdə bütövlükdə dünya üzrə, həmçinin ölkəmizdə müxtəlif fəaliyyət sahələrində psixoloqlara, eləcə digər əlaqədar sahə mütəxəssislərinə olan tələbatın artması tendensiyası müşahidə olunur. Yəni məsələn, on il öncə hər hansı bir peşə sahibi qarşısına çıxan məsələlərin psixoloji aspektlərini öz qüvvəsi təcrübəsinə əsaslanaraq həll edə biləcəyini düşünürdüsə, indi bu məsələlərin həllində elmi psixoloji, tibbi biliklərin zərurəti danılmazdır. Cəmiyyətdə peşəkar psixoloqlara tələbatın artması müsbət hal olmaqla bərabər bu həmçinin göstərilən peşə sahiblərinin üzərinə düşən məsuliyyəti artırır.  Ölkəmizdə bu sahədə olan problemlər psixoloji-tibbi xidmətin təşkili keyfiyyəti ilə əlaqələndirilə bilər. Müxtəlif sahələrdə, məsələn, təhsil sahəsində, səhiyyədə, penitensiar sahədə reallaşan tibbi-psixoloji xidmət özünəməxsus cəhətlərə malikdir. Bu sahədə çalışan mütəxəssis bir tərəfdən ümumpsixoloji elmi biliklərə, digər tərəfdən isə konkret sahənin xüsusiyyətlərindən irəli gələn biliklərə malik olmalıdır. Göstərilən xidmət sahəsinin əsas problemlərindən biri kimi ali savadlı kadrların praktik sahəyə yönəldilməsi onların bu sahədə fəaliyyətinin dəstəklənməsi prosesinin zəif təşkili hesab edilir. Yəni çox zaman belə olur ki, dərin elmi biliklərə malik, savadlı kadrlar təhsilini başa vurduqdan sonra hara üz tutacaqlarını bilmirlər. Bir çox hallarda isə müxtəlif müəssisələrdə mövcud olan psixoloq, psixoterapevt sair ixtisas ştatları qeyri-peşəkar, qısamüddətli kurs keçmiş şəxslər tərəfindən tutulmuş olur. Belə olan halda gənclərin bir qismi başqa sahələrə üz tutaraq orada da öz peşəsi olduğuna baxmayaraq faktiki olaraq qeyri-peşəkar kimi fəaliyyət görtərir, digər qismi isə xarici ölkələrdə təhsilini davam etdirir, sonra isə bir çox hallarda elə xaricdə özünü reallaşdırır. Bu isə insan kapitalı baxımından ölkəmiz üçün itki deməkdir. Belə ki, xarici ölkədə təhsil alaraq orada özünü reallaşdırmağa qadir olan gəncin  potensialı, onun öz ölkəsinə verə biləcəyi töhfəsi bir növ əvəzsiz olaraq itirilir.Qeyd edildiyi kimi, hazırda cəmiyyətdə psixoloqla psixiatr, psixoterapevt tez-tez qarışdırılır. Bəs bu ixtisasların bir-birindən fərqi nədir? Onların cəmiyyət üçün aktuallığı nədədir? Əslində cəmiyyət nümayəndələri bir-birilərinə tez-tez bu cür suallar verirlər. Bununla bağlı olaraq bizə fikirlərini birinci dərəcəli həkim-terapevt, beynəlxalq dərəcəli həkim-psixoterapevt, psixoloq Şəmsəddin Babayev bildirdi.   Ekspert qeyd edir ki, psixiatriya psixi xəstəliklərin əlamətləri, səbəbləri, inkişafı, qarşısının alınması müalicəsi haqqında elm olaraq psixi xəstəliklərlə(psixozlarla) yanaşı nevrozlar somatik (bədən) xəstəliklər zamanı əmələ gələn psixi dəyişiklikləri öyrənir: “Bu sahənin mütəxəssisi - həkim-psixiatr xəstələrin müalicəsində əsasən dərman preparatlarından istifadə edir”.Ekspertə görə, psixoterapiya isə psixoloji təsirlər sistemidir: “Amma bəzən yanlış olaraq psixoterapiya ilə psixiatriyanı qarışıq salırlar. Halbuki bu müalicə söz mimika, susmaq, psixi prosesləri somatik vəziyyəti dəyişən üsullar, hipnoz sair vasitələrlə aparılır. İnsan orqanizminin potensialını aşkar etmək üçün psixikaya təsir olunur, insanın özünə ətraf mühitə münasibəti dəyişir, o, həyatda öz dəyərini başa düşür. Psixoterapiya - insanın həm özü, həm dünya ilə harmoniya yaratmaq naminə keçmişin gələcəyin psixoloji qaydaya salınmasıdır. Burada əsas məqsəd insanın öz davranışında elastik olması müxtəlif vəziyyətlərdən çıxmağı, fəaliyyətin yeni, xeyirli yollarını tapmağı bacarmasıdır. Bu sahənin mütəxəssisi həkim-psixoterapevt, bəzi ölkələrdə isə həkim-psixoloq adlanır. Ümumiyyətlə, psixoterapiyanın postsovet məkanında 150, dünyada isə 250 metodu qeydə alınıb. Mütəxəssislər bu metodlarla məsələni radikal köklü şəkildə həll edirlər”. Ekspert bildirir ki, psixoterapiya təbabət, psixologiya, pedaqogika, fəlsəfə, sosiologiya, politologiya, ədəbiyyat, incəsənət sair elmlərlə sıx şəkildə bağlıdır. Psixoterapiya sxematik olaraq beş yerə bölünür: tibbi psixoterapiya, psixoloji psixoterapiya, pedaqoji psixoterapiya, fəlsəfi psixoterapiya, sosioloji ya siyasi psixoterapiya.Tibbi psixoterapiyada stenokardiya tutumlarının, hətta miokard infarktının da qarşısını almaq mümkündür: “Hamilə qadınların halsızlıq problemləri, dölsüzlük sair problemlər, baş, bel ağrılarının tibbi psixoterapiya vasitəsilə çox effektiv olaraq müalicəsi aparılır. Mədə yarası, şəkərli diabet, dəri xəstəlikləri kimi xəstəliklər bu üsulla effektli şəkildə müalicə oluna bilər. Qorxu həyəcanlar nəticəsində yolu keçə bilməyən, avtobusa minə bilməyən, ictimaiyyət arasına çıxa bilməyən insanların müalicəsi bu yolla effektiv olaraq aparıla bilər. Belə hallarda dərmanlar az effekt verir tibbi psixoterapiyanın gücü daha çox kara gəlir. İntim məsələlərdə yaranan böhran hallarında da tibbi psixoterapiya kara gəlir”.Psixoloji psixoterapiya isə psixoloji problemlərin həllində istifadə olunur: “İmtahan zamanı, səhnədə, müəyyən ekstremal hallarda insan adətən həyəcanlanır özünü itirir. Ailədə kimsə həyat yoldaşını ya uşağını ram edə bilmir. Ailə-məişət zəminində sair sahələrdə yaranan problemlərdə psixoloji psixoterapiya çox önəm daşıyır.                     Pedaqoji psixoterapiyadan təlim tərbiyə prosesində istifadə olunur. Bir görürsən ki, uşaq istedadlı olur, amma oxumur, sözə baxmır, çətin yuxuya gedir sair. Belə hallarda yeganə təsir edən vasitə pedaqoji psixoterapiyadır.Fəlsəfi psixoterapiyadan insanın şəxsiyyətinin formalaşması, dünyanı qavraması, dünyagörüşünün dəyişilməsi üçün istifadə olunur”. Sosial psixoterapiya ya uğurlu biznesin sirləri barədə danışan ekspert qeyd edir ki, psixoterapiyanın bu üsullarından insana ya insan qruplarına təsir etmək üçün istifadə olunur: “İnkişaf etmiş Avropa ölkələrində, ABŞ-da, Kanadada sair ölkələrdə biznesdə həyatın bir çox sahələrində psixoterapiya psixologiyanın nailiyyətlərindən geniş istifadə olunur. Tərəfmüqabilini inandırmaq, dilə tutmaq, öz ardınca aparmaq üçün biznesmenləri, hüquqşünasları, diplomatları, polis əməkdaşlarını, dövlət məmurlarını, mətbuat reklam işçilərini, idmançıları psixoloji olaraq xüsusi hazırlayırlar. İmkanlı şəxslərin böyük nüfuz qazanmasında psixoterapiyanın böyük rolu var”. 

 

İlkin

 

Palitra.- 2010.- 22 dekabr.- S. 10.