Azərbaycan investisiyası Türkiyənin turizm sahəsində aparıcı rol oynamağa başlayıb

 

1995-ci ildən fəaliyyət göstərən və turizm sahəsində uğurlu layihələri ilə tanınan Azərbaycanın “İSR” Şirkətlər Qrupu fəaliyyət dairəsini genişləndirərək ölkə xaricinə çıxmağa başlayıb. Bakıda 3 hotelə malik olan şirkətlər qrupu bu yaxınlarda Türkiyədə 2 hotel əldə edərək idarə etdiyi hotellərin sayını 5-ə çatdırıb. Diqqət çəkən məqamlar ondan ibarətdir ki, alınmış hotellərdən biri Bodrumun ən böyük turizm təsislərindən biridir. Digər bir hotel isə “Palmali” Şirkətlər Qrupu ilə ortaq alınıb və həmin hotel Türkiyənin ilk 7 ulduzlu hotelidir. Bu əlamətdar yeniliklər haqqında daha geniş məlumat almaq üçün “İSR” Şirkətlər Qrupunun vitse-prezidenti Zafer Tangil ilə görüşdük.  

 

- Zafer bəy, Azərbaycan şirkətinin turizmin ən yüksək səviyyədə inkişaf etdiyi Türkiyədə hotellərə sahib olması əlamətdar bir hadisədir. Xahiş edirəm, bu yenilik haqqında geniş bir şəkildə məlumat verərdiniz.

 

- Bu ilin yayında “İSR” Şirkətlər Qrupu Türkiyədə “İSR Turizm İşlətmələri və Ticarət Anonim Şirkəti” yaradıb. Şirkətin fəaliyyətini təmin etmək üçün hazırlanmış plana uyğun olaraq hotellərin alınması nəzərdə tutulurdu. Apardığımız səmərəli danışıqlar sayəsində İstanbulBodrum şəhərində hotel satın aldıq. Bunlar  Bodrum Princess Deluxe Resort and SPA” İstanbul Edition Hotel”-dir.  İstanbul şəhərində yerləşən hoteliPalmalişirkətlər qrupu ilə ortaq şəkildə almışıq. Hər iki hotel yerləşdiyi ərazi, səviyyə imkanları baxımından səmərəlidir. Həmçinin beynəlxalq aləmdə tanınmış şirkətlərlə olan sağlam əlaqələrimiz bizə imkan verir ki, bu hotelləri ən yuxarı pillələrə qaldıraq. “Hilton İnternationalilə əldə edilmiş razılaşmaya əsasən, 2011-ci ildən etibarən Bodrumda aldığımızBodrum Princess Deluxe Resort and SPA”  hoteli  “Hilton Bodrum Turkbuku Hotel”  adı ilə fəaliyətini davam etdirəcək.

 

- Bəs, otellərin xidmət gücü, şəraiti hansı səviyyədədir?

 

- Bodrumdakı otelin yerləşdiyi ərazi-Türkübükü kəndi Bodrum mahalının mərkəzinin şimalıdır. Hazırda bu kənd Bodrumun ən əhəmiyyətli turizm mərkəzlərindən biridir. AldığımızBodrum Princess Deluxe Resort and SPA” hotel isə Türkübükünün ən böyük turizm təsislərindən biridir. Ümumi sahəsi 70 hektar olan bu təsis dəniz sahilində yerləşir. Ərazi meşəlikdən ibarət olub, təkrarolunmaz təbiət mənzərəsi ilə insanı valeh edir. Hotel hava limanından 45 km, Bodrumun mərkəzindən isə 22 km uzaqlıqda yerləşir. 2011-ci ildən “Hilton Bodrum Turkbuku Hotel  adı ilə fəaliyətini davam etdirəcək hoteldə 432 Standart, 46 Junior suit, 6 Dublex suit, 2 King suit otaqlar, 11 villa VIP villa mövcudur. Hoteldə dincəlmək əylənmək üçün hər bir şərait var. Belə ki, hotel 3 ədəd böyük, 22 ədəd orta kiçik üzgüçülük hovuzu, 5 restoranı, 13 barı, 9 konfrans zalı, masaj otaqları saunaları ilə yerləşdiyi bölgənin ən geniş şəraitə malik olan hotellərindən biridir. “Hilton Bodrum Turkbuku Hotel  7 ulduzlu hoteldir. İstanbul şəhərində yerləşən 7 ulduzluİstanbul Edition Hotel” 80 ədəd suit otağa, xüsusi üzvlüklə daxil olunan kluba ağıllı bina texnologiyasına sahibdir. Hoteldə dünyada tanınmışCiprianorestoranı, “Millioner Club”, ”Roze bar”, “S-bar” İstanbulda ən böyük, lüks SPA mərkəzi fəaliyyət göstərir. Hotelin yuxarı son mərtəbəsində isə ümumi sahəsi 450 m2 olanPrezident suit” yerləşir. Həmçinin hoteldə əlamətdar tədbirlərin keçirilməsi üçün möhtəşəm banket zalı da mövcuddur. Bu hotelin dizaynı tanınmış dizaynerİan Schragertərəfindən işlənilib. Şəhərin tam mərkəzində yerləşən  İstanbul Edition Hotel”  dünyadakı 8 edition hoteldən biridir.

 

- -Siz “İSR” Şirkətlər Qrupunun bu uğurunu rəmzi olaraq necə dəyərləndirərdiniz?

 

 

- Qürur hissi keçiririk ki, dünyanın ən böyük turizim ölkəsindən biri olan Türkiyədə ilk 7 ulduzlu hoteldə “İSR” şirkətlər qrupunun da payı var. Həmçinin “İSR” Şirkətlər Qrupu Bodrumun ən böyük turizm təsislərindən birinə sahib olub. Bu, Azərbaycanın artan iqtisadi qüdrətinin göstəricisidir. “İSR” Şirkətlər Qrupunun Türkiyənin turizim sektoruna  daxil olaraq iki hotel alması bir daha sübut etdi ki, Azərbaycan iqtisadiyyatı onun şirkətləri  sürətli inkişaf yolundadır.

 

- Zafer bəy, müsahibəmizin sonunda oxucularımızın daha yaxından tanış olmaları üçün “İSR” Şirkətlər Qrupu haqqında da məlumat verərdiniz.

 

- “İSR” Şirkətlər Qrupu 15 ildir ki, fəaliyyət göstərir. Qrupun təsisçisi prezidenti yerli xarici bazarlarda biznesin müxtəlif sahələrində nəhəng sahibkarlıq fəaliyyəti təcrübəsinə malik olan İsgəndər Xəlilovdur. Şirkətlər qrupuna istehsal, xidmət, ticarət nəqliyyat sekorlarını təmsil edən 20-ə yaxın şirkət daxildir. BunlardanBakı Əyləncə Mərkəzi”, “Nərgiz Ticarət Mərkəzi”, Tayota Bakı Mərkəzi, “İSR Residence-I” “İSR Residence- II” elit yaşayış kompleksləri,  Bakı Avtomobil Bazarı, “Azər-Yodyod - brom zavodu,  “Park İnn Azərbaycan, “ISR Plaza”, “Radisson Hotel” 2011-ci ildə istifadəyə veriləcək “Hilton Baku Hotel”nin adlarını çəkə bilərəm. Şirkətlər qrupu hazırda 1000-dən artıq insana imkanı yaradıb. Qrupa daxil olan şirkətlər daima Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan iri sərmayə yatırımları həyata keçirirlər. “İSR” qrupunun müəssisələri ölkənin özəl sektorunda iri vergi ödəyiciləridir.

 

Müsahibəni apardı: İlkin Ağayev

 

Palitra.- 2010.- 21 dekabr.- S. 12.