Yaddaşın ağrısı
- ağrılı yaddaşımız
Azərbaycan Turizm İnstitutunda Xocalı faciəsinin 18-ci
ildönümü ilə
əlaqədar sərgi
təşkil olundu və anım mərasimi keçirildi. ATİ-nin
rektoru Cəfər Cəfərov mərasim
iştirakçılarına bildirdi ki, “Xocalı faciəsinə
bir ilin, bir günün hadisəsi kimi baxsaq, ədalətsiz
olarıq.
Xocalı zaman-zaman yurdumuzda ermənilər tərəfindən törədilən növbəti faciədir. O günlər xarici informasiya vasitələrində belə işıqlandırılıb- 25 fevral 1992-ci il Fransada nəşr olunan “Krual Eveneman” jurnalı yazır: “Ermənilər Xocalıya hücum ediblər. Bütün dünya eybəcər hala salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölən barədə xəbər verirlər”. 7 mart 1992-ci il Londonda nəşr olunan “Sunday times” qəzeti yazır: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”. Yenə Londonda nəşr olunmuş “Times” qəzetinin 4 mart 1992-ci il tarixli sayında xəbər verilir ki, “Xocalıda eybəcər hala salınmış yüzlərlə insan meyidi var. Bir qız uşağının isə başı bədənindən ayrılmışdır”. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa mütəmadi silah və adam göndərir. İngiltərənin “Fontmen news” teleşirkətinin aparıcısı Patrik hadisə yerində gözü ilə gördüklərini dünya ictimaiyyətinin bəzi nümayəndələrinin haqq qazandırmaq təşəbbüsünə mənəvi haqqı olmadığını bildirmişdir”. Anım mərasimində ağrılı yaddaşımızda donub qalan Xocalı soyqırımı barədə ATİ-nin kafedra müdiri İbrahim Əliyev bildirdi ki,tarix XX əsrdə analoqu olmayan daha bir faciənin şahidi oldu. Erməni vandalizminin “şah” əsərindəki xocalıların faciəsi insanlığa qarşı üzqaralığı kimi daim xatırlanmalıdır ki,gələcək nəsillər ibrət götürsün. Bu tarix beynimizdə sıradan bir yaddaş kimi deyil, daş yaddaşı kimi qalmalıdır”.Tarix elmləri namizədi M.Zülfüqarlı Xocalı faciəsi ilə bağlı deyilənləri belə ümumiləşdirdi: “Ermənilər zaman-zaman bizə qarşı nifrətlərini qanla, ölümlərlə sübut etmişlər. Sadəcə, tarixdə baş vermiş qətliamların xronoli baxımdan tarixlərini dəyişsək, məhz illərin müxtəlifliyinin şahidi olarıq. İllər dəyişsə də, ssenari eynidir”. Anım mərasimini yekunlaşdıran ATİ-nin rektoru Cəfər Cəfərov bildirdi ki, Xocalı təkcə yer üzündən silinən 8 ailənin, məhv edilən 70 qocanın, ümumilikdə təkcə biz azərbaycanlıların faciəsi deyil. Bəşəriyyətə, insanlığa qarşı törədilən, beynəlxalq miqyasda hələ də hüquqi qiymətini ala bilməyən qanlı cinayətdir. O gecəni, ondan sonra baş verənləri unutmağa, unutdurmağa mənəvi haqqımız yoxdur. Tarix olub keçənlər deyil.”
Nigar
Palitra. -2010. – 26 fevral. – S.2.