Dövlət idarəçiliyi
haqqında dəyərli dərslik
Müstəqil, demokratik respublikamız öz tarixinin çətin, məsuliyyətli
və həm də şərəfli dövrünü yaşayır. Azərbaycan Respublikasının
güclü və işgüzar dövlət
olmasının başlıca
amillərindən biri
də səmərəli
idarəçiliyin olmasıdır.
Məhz bu baxımdan dövlət idarəçiliyinin
əsaslarını bilən
geniş profilli mütəxəssislərin hazırlanması
çox vacibdir.
Lakin bu gün dövlət
idarəçiliyinə aid olan fənlərin tədrisi üçün
Azərbaycan dilində
dərsliklər və
dərs vəsaitləri
yoxdur.
Bu boşluğu
doldurmaq məqsədilə
Dövlət İdarəçilik
Akademiyasının bir
qrup peşəkar müəllimləri tərəfindən
hazırlanmış və
bugün ərsiyə
gətirilmiş “Dövlət
idarəçilik nəzəriyyəsi”
kitabı milli-mənəvi
dəyərlərimizə bağlı,
milli ruhlu kadrların hazırlanması
üçün ən
dəyərli dərs
vəsaitidir. Müasir dövrdə
Azərbaycan dövləti
cəmiyyət həyatının
hüquqi, iqtisadi, sosial əsaslarının
formalaşdırılması (yaradılması) ilə bağlı çox mürəkkəb mərhələ
yaşayır. Respublikamız
dövlətçiliyin, konstitusiyalı
quruluşun əsaslarının
möhkəmləndirilməsi, xalq hakimiyyətinin inkişaf etdirilməsi, vətəndaş cəmiyyəti
prinsiplərinin bərqərar
olması yolu ilə irəliləyir və ölkədə baş verən uğurlu dəyişikliklərin
başlıca şərti
güclü, iş qabiliyyətli dövlət
hakimiyyətinin olmasından
ibarətdir. Dövlət və onun cəmiyyət həyatına
təsiri məsələləri
nəzəri olaraq müxtəlif elm sahələri
tərəfindən öyrənilir.
Lakin bu gün artıq
dövlət idarəçiliyi
elminin ayrıca bir elm sahəsi kimi fərqləndirilməsinə
obyektiv zərurət yaranıb. Bu kitabda da məsələlərə
məhz idarəetmə
mövqeyindən yanaşmaya
üstünlük verilir.
Dərslikdə dövlət idarəçiliyi
məsələlərinin nəzəri
bazımdan öyrənilməsi
idarəetmə elminin
ümumi konsepsiyalarına
əsaslanır. Bura
dövlət idarəçiliyinin
təşkili, onun nəzəri və metodoloji aspektləri, idarəetmə qərarlarının
qəbulu prosesi və idarəetmə texnologiyaları, dövlət
idarəçiliyinin səmərəliliyi
və s. ilə bağlı məsələlər
daxildir.
Kitab 3 bölmədən, 22 fəsildən ibarətdir. Birinci bölmə 9 fəsildən ibarət olmaqla burada dövlət idarəçiliyinin elmi-nəzəri və metodoloji əsasları geniş, hərtərəfli və məntiqi ardıcıllıqla verilib. Dərsliyin I fəslində Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, dövlət idarəçilik tarixi, Heydər Əliyevin elmi əsaslarla əsaslandırılmış dövlətçilik konsepsiyası, Heydər Əliyevin dövlət idarəçilik irsi və onun hazırda Prezident İlham Əliyev tərəfindən böyük peşəkarlıq, yeni təfəkkür və müasir yanaşma tərzi ilə uğurla davam etdirilməsi tarixi faktlarla əsaslandırılıb. Kitabın II, III və IV fəsillərində dövlət idarəçilik nəzəriyyəsinin predmeti, metodu və vəzifələri, dövlət idarəçiliyi və cəmiyyətin idarə olunmasında onun rolu, habelə dövlət və onun funksiyaları, mənşəyi, mahiyyəti və əsas əlamətləri tam açıqlanıb, elmi əsaslarla əlaqələndirilib, aydın, başadüşülən cümlələrlə şərh edilib. V-IX fəsillərdə dövlət idarəetmə sistemi və prosesi, dövlət qulluğu, dövlətin fəaliyyət mexanizmi və idarəetmə prosesinin başlıca xüsusiyyətləri, dövlət idarəetmə prosesində dövlətlə cəmiyyətin qarşılıqlı əlaqələri, dövlət siyasəti, dövlət strategiyası, dövlət idarəetmə qərarlarının qəbulu və icrası, habelə dövlət hakimiyyəti, dövlət idarəçiliyi, onlar arasında qarışılıqlı əlaqə məntiqi ardıcıllıqla, verilib. Dərsliyin II bölməsi 8 fəsildən ibarətdir. Bu bölmədə dövlət idarəçiliyinin təşkilati-funksional strukturu, dövlət idarəetməsinin hüquqi tənzimlənməsi, dövlət idarəetməsinin informasiya təminatı, dövlət idarəetməsinin ərazi təşkili, dövlət qulluğu və kadr siyasəti, ictimai fəaliyyət sahəsində dövlət idarəetməsi və sahələrarası dövlət idarəetməsi kimi vacib məsələlər, müasir demokratik tələblərə cavab verən, nəzəriyyə və praktikanın qarşılıqlı əlaqəsini nəzərə alaraq sivil, bütün hakimiyyət atributlarına malik dövlət qurulması tələbinin yerinə yetirilməsinin nəzəri konseptual əsasları verilib.
Dövlət hakimiyyəti qərarlar qəbul etmək və onları həyata keçirməyə qadir istiqamətverici və təşkiledici bir qüvvədir. Buna baxmayaraq hakimiyyətlə idarəçiliyi eyniləşdirmək olmaz. Güclü dövlətin olması ilə yanaşı səmərəli idarəçiliyin olması da çox vacib şərtdir. Bu baxımdan dərsliyin X, XI və XII fəsillərində dövlət idarəçiliyinin təşkilatı funksional strukturu, dövlət idarəetməsinin prinsipləri, funksional sistemi, funksional və təşkilati strukturu, idarəetmə orqanlarının təşkili xüsusiyyətləri, klassik idarəetmə tsikli və hakimiyyətin bölgüsü idarəetmə tsiklinin fazaları kimi, hakimiyyətlərin bölgüsü, dövlət hakimiyyətin və idarəetməsinin ən yüksək səviyyədə təşkilinin funksional mexanizmi və ona təsir edən amillərin açıqlanması ətraflı verilib.
Dövlət idarəetmə nəzəriyyəsinin ən vacib problemlərindən biri də dövlət idarəetməsinin hüquqi təminatı və onun tənzimlənməsidir. XI fəsildə həmin problemin həlli yolları və mexanizmləri ətraflı verilib. Belə ki, dərslikdə dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin mahiyyəti və mexanizmi, predmeti və metodları, hüquqi tənzimlənməsinin formaları, növləri, strukturu və dövlət idarəetməsində qanunçuluq prinsipinin təmin olunması məsələləri ətraflı şərh edilib. Məlum olduğu kimi, XX əsrin sonlarından informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən, dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm, təhsil və bütövlükdə insanların həyat tərzini əhatə edən vacib amillərdən birinə çevrilib.
Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yol bəşər sivilizasiyasının gələcəyinə gedən yoldur. Müasir tələblər baxımından ölkədə informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi bütövlükdə dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensial göstəricisi olmaqla dövlət idarəetməsinin səmərəliliyinə əsaslı təsir edən amillərdən biridir. Bu problemin öyrənilməsi, onların mahiyyəti, təşkili xüsusiyyətlərini mənimsəyən peşəkar mütəxəssislərin hazırlanması üçün dəyərli materiallar XII fəsildə ətraflı verilib.
Dərsliyin XIII-XVII fəsillərində dövlət idarəetməsinin ərazi təşkili, mərkəzi və yerli ərazi idarəetmə orqanları, idarəetmənin prinsipləri və təşkilinin hüquqi əsasları, Azərbaycanda regionların inkişafının dövlət idarəetməsi, dövlət qulluğu və kadr siyasəti, sahələrarası dövlət idarəetməsi, əsas iqtisadi funksiyaları, mahiyyəti və istiqamətləri, dövlət əmlakının və mülkiyyət münasibətlərinin idarə edilməsi, xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi və idarə edilməsi haqda elmi və hüquqi cəhətdən əsaslandırılmış zəngin tədris materialları verilib.
Dərsliyin III bölməsi 5 fəsildən ibarət olmaqla burada əsasən Azərbaycan Respublikasının dövlət hakimiyyət-idarəetmə orqanları sistemi, yerli özünüidarəetmə, dövlət idarəçiliyində islahatlar, dövlət menecmenti və dövlət idarəçiliyinin səmərəliliyi haqda ətraflı materiallar verilib. Dövlət İdarəçilik Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun redaktorluğu və ümumi rəhbərliyi ilə akademiyanın bir qrup peşəkar müəllimi tərəfindən hazırlanmış “Dövlət idarəçilik nəzəriyyəsi” kitabı bu sahədə geniş nəzəri və praktiki materiallar əsasında Azərbaycan dilində peşəkarlıqla işlənib hazırlanmış ilk dərslikdir. Kitabda dövlət idarəçiliyinin nəzəri-metodoloji əsasları, dövlət idarəçiliyinin təşkili, təmin olunması, müasir şəraitdə dövlət idarəçiliyinin təkmilləşdirilməsinin başlıca istiqamətləri, onların reallaşdırılması problemləri və bir sıra digər aktual məsələlər öz əksini tapıb. Dərslikdə göstərilən materiallarla yanaşı dövlət idarəçiliyi sahəsində böyük islahatçı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanan və bu gün bütün sahələrdə olduğu kimi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, daim genişlənən və dərinləşən islahatlar prosesi də əsas yer tutub. Geniş nəzəri və praktiki materiallar əsasında işlənib hazırlanmış dərslikdə dövlət idarəçiliyinin nəzəri-metodoloji əsasları, dövlət idarəçiliyinin təşkili və təmin olunması, müasir şəraitdə dövlət idarəçiliyinin təkmilləşdirilməsinin başlıca istiqamətləri və müasir Azərbaycanda onların reallaşdırılması problemləri kimi aktual məsələlər də öz əksini tapıb. Dərslik ali məktəb tələbələri, əlavə təhsil alan müdavimlər, ixtisasartırma kurslarının dinləyiciləri üçün nəzərdə tutulub. Dərslik həmçinin müəllimlər, elmi tədqiqatla məşğul olanlar, dövlət orqanlarında çalışan mütəxəssislər üçün faydalı ola bilər.
Anar Miriyev
Palitra. – 2010. – 2 iyul. – S.7.