Ermənilərin “duduk” əfsanəsi

 

Təbliğat... Bu kəlmə hər zaman beynimizdə olmalı, əməlimizdə isə özünü göstərməlidir. Harda olursaq olaq, biz milli dəyərlərimizi, mədəniyyətimizi təbliğ eləməliyik. Təəssüf ki, sovet dövrünün senzuraları bizim bir çox məsələlərdə geridə qalmağımıza səbəb oldu. Bir gün yuxudan ayıldıq və gördük ki, bəs ey dadi-bidad, təkcə torpaqlarımıza deyil, mədəniyyətimizə, tariximizə, musiqimizə də göz dikənlər var. Özü də elə iddia edirlər ki, az qalırsan özüninanasan ki, onlar həqiqət carçısıdırlar. İlk öncələr bədxah qonşularımız mahnılarımızı oğurlamağa başladılar. Hətta həvəskar bəstəkarların mahnılarını oğurlayaraq  “özününküləşdirdilər”. 

Mən deyərdim ki, həmin dövrü gələcəkdə tədqiqatçılar  zarafatla milli musiqimizdə “erməniləşmə dövrü” adlandıracaqlar. “Sən gəlməz oldun”, “Sarı gəlin”, “Dilbərim” mahnıları, hətta toylarda rəqs etdiyimiz “Tərəkəmə”, “Qoçəli” rəqsləri də sən demə, “ermənilərə aid imiş”. Yeri gəlmişkən, ermənilər “Qoçəli” rəqsini “Köçəri” adlandıraraq yallı formasında “rəqs edirlər”.  Sual ola bilər ki, niyə ermənilərin rəqsinə “dırnaqarası” baxıram. Təbii ki, tutarlı cavabım var. Çünki onların rəqs adlandırdığı hərəkətlər daha çox primatların bir yerdə tullanıb-düşməsini xatırladır və ən pisi, onların hərəkətlərində heç bir rəqs elementi yoxdur. Hətta onların primatları xatırladan bu rəqsinə baxanda darvinizm nəzəriyyəsinə hardasa inanmağım gəlir. Amma yox! İnansaq, sabah erməninin biri çıxıb deyəcək ki, biz əslində Yer üzündə canlıların əsasını qoyan varlıqlarıq. Onların plagiat rəqslərinə verdiyi adlar isə daha da gülüncdür.  Heç zaman ermənilərə ““Köçəri” sözü erməni dilində nə deməkdir?” sualını verməyin. Çünki bax bu sual bütün erməniləri inanın, mənim qədər düşündürür. Hələki bu sözün etimologiyası ilə bağlı “dastan” uydura bilməyiblər. Ağır da olsa, qeyd etməliyik ki, bizim milli dəyərlərimizi mənimsəmək üçün erməni fırıldaqçılığı daha da genişlənir. Allah bizə ziyalılarımızı və milli musiqimizi düşünənləri çox görməsin! Xalq musiqimiz dövlət səviyyəsində dünyaya təbliğ olundu. Amma balabanı təəssüf ki, “erməniləşmə”dən xilas edə bilmədik. Ermənilərin “dastan” və “mifləri”nə inana bilsək, bu qədim çalğı aləti yalnız ərik ağacından hazırlanır və “duduk” adlanır. Özü də bu ərik ağacı elə-belə ağac deyil ha! Bu ərik ağacının növü ancaq Ermənistanda bitir. Elə buna görə də belə ərik ağacından “əli üzülən” xalqlar balaban düzəldə bilməyib. Maraqlı və çox gülməli sübutdur, elə deyilmi? Ancaq təbii ki, elmi tədqiqatlar  “miflərə” və “dastanlara” deyil, reallıqlara, qaynaqlara, özü də tarixi qaynaqlara əsaslanır. Əslində balaban qədim zamanlardan bəri Azərbaycanda çox geniş yayılmış nəfəsli musiqi alətidir.  Hətta "Dədə Qorqud" dastanında da balabanın adına təsadüf edirik. Balaban yalnız Azərbaycanın deyil, bir sıra başqa Qafqaz xalqlarının musiqi alətləri içərisində də mühüm yer tutur. Əsasən tut, qoz, ərik ağacından hazırlanan bu nəfəsli musiqi aləti xalq arasında “balaban”  adı ilə tanınır. “Bala” - kiçik, “ban” isə səs deməkdir. Ucuna ikiqat yastı qamış müştük, ortasına isə xərək keçirilir. Xərəyin hərəkətə gətirilməsi alətin kökünü dəyişdirir. Balabanın ifa imkanları çox genişdir. Bu alətdə muğamları, xalq mahnılarını, rəqsləri və instrumental pyesləri çalmaq mümkündür. Balabandan aşıq sənətində də geniş istifadə edilir. Balaban özünəməxsus gözəl və yumşaq səs tembrinə malikdir. Uzunluğu 280-370 mm.-dək, müştüyünün uzunluğu 9-10 mm.-dir. Müştüyün təxminən ortasına sıxac geydirilir ki, onu hərəkət etdirməklə alətin səs tonu dəyişilir. Balabanın üst tərəfdən 8, alt tərəfdən isə 1 dəliyi var. Balabanın diapazonu kiçik oktavanın "sol" səsindən ikinci oktavanın "do" səsindək davam edir. Qeyd etmək lazımdır ki, bu diapazonda kiçik oktavanın "lya" və "lyab" səslərini çalmaq mümkün deyildi. Sonralar usta çalğıçıların balabanı təkmilləşdirməsi nəticəsində bu səslər, eləcə də ikinci oktavanın "reb", "re", "mi" və "mib" səslərini çalmaq mümkün olub. Tanınmış milli nəfəs alətləri ifaçısı və bərpaçısı Usta Əlicavad (İsmayıllı r-nu) milli səslənmə xüsusiyyətlərini nəzərə alaraq 4 yeni balaban növü yaradıb. Həmin alətlər özünün qeyri-adi zəngin keyfiyyətlərinə görə hazırda Xalq Çalğı Alətləri Orkestrinin tərkibini daha da zənginləşdirə bilərlər. Orkestrdə balaban həm solo, həm də müşayiətçi alət kimi özünə layiqli yer tutur. Balabanın fərdi ifaçılıq xüsusiyyətlərinə böyük diqqət yetirərək Azərbaycan bəstəkarları orkestr üçün yazdıqları əsərlərdə balabanın solo imkanlarından məharətlə istifadə ediblər. Ü.Hacıbəyovun "İkinci fantaziya", M.Maqomayevin "Azərbaycan çöllərində", H.Xanməmmədovun "Simfonietta"sı və s. əsərlərdə balabanın solosuna geniş yer verilib. Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin köçürməsi balaban duetinin ifasında çox gözəl səslənir. Məsələn, F.Şubertin "Serenada", A.K.Küinin "Oriyental", P.Çaykovskinin "Payız nəğməsi", Ü.Hacıbəyovun "Sevgili canan", "Sənsiz", F.Əmirovun "Gözəlim sənsən", S.Rüstəmovun "Sərhədçilər marşı", "Sənindir" və s. əsərləri göstərmək olar. “Duduk”u deyil, bizim balabanı dünyada Türkiyədə yaşayan həmyerlimiz Əlixan Səmədov təbliğ edir. Bir neçə il öncə müsahibələrinin birində sənətkar   bildirmişdi: “Bütün musiqi alətlərində ifa etməyi sevirəm. Amma balabanın yeri başqadır. Belə ki, Azərbaycanda yaşadığım illərdə “İstedad” rəqs ansamblında balabanda ifa etmişəm. Türkiyəyə köçəndən sonra orada balabanı yaxşı tanımadıqlarını biləndə çox təəssüflənmişdim. O zamandan qarşıma məqsəd qoydum və özümə söz verdim ki, bir gün gələcək, balabanı bütün dünya tanıyacaq. O gündən bu günə qədər “Balaban” adlı yeddi albom işıq üzü gördü və bu musiqi alətinin adı dünyada tanındı. Dünyanın hər yerindən mənə məktublar gəlməyə başladı, balaban haqqında bilgi almaq istəyənlər getdikcə çoxaldı. Daha sonra “Balaban metodu” adlı kitab da yazdım. Üç dildə - türk, rus, ingilis dillərində nəşr olunan kitabda balabanın hazırlanması, ifası, tarixi və not təlimləri yer alıb”.

Amerikanın məşhur violonçel ustası, milli nəfəs alətlərinin mahir ifaçısı İlham Nəcəfovun Azərbaycanda ney və balabanın sevilməsində müstəsna xidmətləri var. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda onun tələbələri arasında yeginə balabançı qız da var. Musiqi məktəbində fleytada ifa edən Zərifə Məmmədova İlham Nəcəfovdan dərs alandan sonra Musiqi Akademiyasına qəbul olunaraq balabanın təbliğçilərindən birinə çevriləcəyini deyir. Bu gün artıq xanımlarımızın da balabanı təbliğ etməyə başlaması sevindiricidir.

 

 Ermənilər Əlixan Səmədovu niyə “erməniləşdirmək” istəyir?

 

 Tarixi kökləri altıncı əsrə aid olan milli musiqi alətinin Azərbaycana məxsus olmasını sübut etməkdə böyük rolu olan Əlixan Səmədov hazırda da bu istiqamətdə mühüm işlər görür. Məşhur ifaçı ermənilərin bütün dünyada duduk kimi tanıtdıqları balabanla bir neçə ölkədə solo konsert proqramı ilə çıxış edərək bu fikrin tam yalnış olduğunu hamıya sübut etdi: ““Duduk” rus sözündən - dudkadan götürülüb. Sovet dövründə plastinkalarda əvvəllər biz balaban ifa etdiyimiz zaman “duduk”, qarmon çaldığımız zaman “akardion” yazardılar. O vaxtlar bunu bilmirdik. Heç fərqinə də varmırdıq. Bu bir tarixi səhvdir. Bizim səhvimizdir. Bəlkə də bunu bilərəkdən ediblər. Balabanın bizə - Azərbaycana aid olduğunu, yalnız Azərbaycanda yaşayanlar bilirlər. Dünyada bundan xəbərsizdirlər. Təbliğat güclü olmalıdır ki, səni və sənin musiqini, musiqi alətlərini tanıyıb qəbul etsinlər. Nə təəsüf ki, bizim təbliğatımız çox zəifdir. Mən bu boşluğu görəndən sonra balabanı tanıtmağı özümə borc bildim və başladım fəaliyyətə… Məni artıq Balaban adı ilə çağıranlar çoxdur. Mənə Balaban bəy deyəndə mən əsəbiləşmirəm. Bu mənim uğurumdur”. “Sarı gəlin”, “Apardı sellər Saranı”, “Heyvagülü” kimi unudulmaz bəstələr Əlixan Səmədovun ifasında Hollivud və Avropanın bir çox filmlərində istifadə olunur, Fransa, Almaniya, ABŞ-ın ən mötəbər salonlarında səslənir. Maraqlıdır ki, ermənilər bu ifaçını dünyaya öz sənətkarları olaraq tanıtmağa çalışırlar. Sənətkar bu barədə müsahibələrinin birində belə qeyd edib: “Bu yaxınlarda məndən müsahibə alan bir jurnalist ermənilərin internet saytında erməni musiqiçiləri ilə yanaşı mənim də adımın olduğunu bildirdi. Cavabında mənim heç nədən xəbərim olmadığını deyəndə jurnalist “Xəbəriniz olsa idi, nə edərdiniz?” soruşdu. Mən “Heç nə etməzdim” deyə cavab verdim. Bu mənim işim deyil. “Ermənilər sizi erməni kimi tanıdırlar” deyən jurnalistə “Siz də məni azərbaycanlı kimi tanıdın. Siz eləməsiniz, onlar edəcəklər” dedim”.  Ermənilər isə dayanmadan yeni “əfsanələr” yaradır, “tədqiqatlar” aparırlar və “fantastik nəticələr “ əldə edirlər. Məsələn, ermənilərin Jenok Korarovyan adlı musiqişünası dərc etdiyi “Balaban məktəbi" adlı dərgisində bir sıra tarixi faktları saxtalaşdıraraq alətin yaranmasını öz tarixi köklərinə bağlayıb. Rus dilində dərc olunmuş topluda qeyd olunur ki, guya bu alət "duduk" adı ilə Ermənistanda yaranıb və yaxın dövlətlər nə vaxtsa bunun imkanlarından istifadə etməyə başlayıblar. Yüksək tirajla satışa çıxarılan dərginin artıq Avropa ölkələrində yayıldığı bildirilir. J.Korarovyan balaban aləti barədə danışarkən XX əsrin sonlarına istinad edir. Amma 1937-ci ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Azərbaycanda bu alətin məktəbi yaradılıb. Həmin ildə bəstəkarın təşəbbüsü ilə "Balaban məktəbi" adlı kitab işıq üzü görüb. O illərdən bəri həmin məktəb musiqimizə onlarla peşəkar balaban ifaçıları bəxş edib. Amma ermənilər Ü.Hacıbəyvoun kitabındakı tarixi faktları saxtalaşdırmağa çalışaraq balaban məktəbinin onlara aid olduğunu iddia edirlər. Vaxtilə müsahibələrinin birində İlham Nəcəfov balaban alətinin tarixinin çox uzun illərə gedib çıxdığını bildirirdi: “Bu alət qədimdir. Ancaq Ü.Hacıbəyova qədər bu alətin keçmişini araşdıran, məktəb yaradan şəxs olmayıb”. Tarixi faktlara əsaslanan musiqiçi daha sonra XI əsrdə yaşamış Qətran Təbrizinin adını çəkir. Qeyd edir ki, ədib həmin dövrdə yazılarının bir neçəsində balabanın adını çəkir. Həmin yazıların indiyə qədər qorunduğunu deyən İlham Nəcəfov bildirib ki, bu faktlar Q.Təbrizinin "Divanə"sində yer alıb. Eyni zamanda XIV əsrdə yaşamış Qazi Bürhanəddinin şeirlərində də balaban alətinin adı dəfələrlə qeyd olunub. Onu da qeyd edək ki, vaxtilə İlham Nəcəfzadənin qardaşı Abbasqulu Nəcəfzadə də “Palitra” ya müsahibəsində bu faktlaar barədə məlumat vermişdi. Elə Abbasqulu müəllim özü də bu alətin mahir ifaçılarından biri idi və hər zaman qeyd edir ki, bu alətdə ən mükəmməl ifa azərbaycanlılara məxsusdur. Çünki balaban məhz bizim - azərbaycanlıların qədim milli musiqi alətidir.

Amma bu faktları dünya ictimaiyyətinə çatdırmaq üçün biz hələ də nəyisə və ya kimisə gözləyirik. Beynəlxalq konfranslarda bu məsələ müzakirəyə çıxarılmalı, eyni zamanda ermənilərin yalanını ifşa etmək üçün kütləvi şəkildə kitablar dərc olunmalıdır. Sahib çıxmalıyıq öz mənəvi dünyamıza - musiqimizə. Çünki ikiüzlü qonşularımız musiqimizə qır-saqqız olub yapışıblar.

 

 

Nüşabə Zövqət

 

Palitra. -2010. – 13 iyul. – S.6.