Gəncədə yeni tapıntılar

 

Zəngin tarixə malik olan Azərbaycanda arxeoloji qazıntılar davam edir. Arxeoloqlarımız qədim bölgələrimizin tarixini araşdırır. Belə qədim şəhərlərimizdən biri Gəncədir. Hesabat ilində AMEA-nin Arxeologiya Etnoqrafiya İnstitutunun Gəncə Arxeoloji Ekspedisiyası ilk arxeoloji qazıntı işlərinə orta əsr Gəncə şəhərinin ərazisində başlayıb. Orta əsr Gəncə şəhərinin qalıqları müasir Gəncədən 5 km şimal-şərqdə yerləşir. Sahəsi 250 hektardan artıqdır. Üç qala divarı onları müdafiə səddlərinin qalıqları ilə əhatə olunub.

Şəhərin qalıqları cənubdan Xaraba yer, Dinaranç, Narlı qoruq, Cilləxana, Xasa yeri, şimaldan Gəncə alüminium zavoduna məxsus torpaq sahələri, Tapqışlaq, Tatlı Zazalı kəndləri, qərbdən İrəvanlı məhəlləsi, şərqdən Mirzik kəndinin torpaq sahələri ilə sərhədlənir. 2009-cu ildə Gəncə Arxeoloji Ekspedisiyası Gəncəçayın sağ sol sahillərini birləşdirən 7 tağlı körpüdə arxeoloji tədqiqat işlərini davam etdirib, çayın sol sahilində qismən dağıntıya məruz qalmış qala bürcünü 20 metr uzunluqda qala divarlarını üzə çıxara bilib. İlkin olaraq Gəncəçay körpüsünün (Yeddi tağlı) altıncı tağının qalıqları önündə arxeoloji tədqiqatlar aparılıb, daşqınlar zamanı əmələ gəlmiş daş topaları təmizlənib. Nəticədə körpü tağının eninin 2 metr 20 sm, hündürlüyünün isə 3 metrdən artıq olduğu müəyyənləşib. Tədqiqatlar zamanı təbəqə materiallarının qarışdığı  müşahidə edilib ki, bu da sel yumaları ilə əlaqəlidir. Körpünün tağları çay daşı hissələrdə bişmiş kərpiclə əhəng daşının qarışığından istifadə edilərək hörülüb. Bunun üçün çay yatağında ən möhkəm hesab edilən yer seçilib. Lakin bir tərəfdən Gəncə şəhərinin çirkab sularının çay yatağına axıdılması şəhərin tullantılarının həmin sahələrə atılması ilə əlaqəli əmələ gələn üfunət, digər tərəfdən qaraçıların  hər gecə qazıntı sahəsini dağıtması arxeoloji tədqiqatları davam etdirməyə imkan verməyib. Ona görə Gəncə arxeoloji ekspedisiyası arxeoloji kəşfiyyat qazıntı işlərini Goranboy rayonu ərazisindəki Şutur qalasında davam etdirib. Şutur qalasının qalıqları Goranboy rayonunun Rəhimli kəndinin cənub-şərqində, Rəhimli Abbasqulular kəndləri arasındakı düzənlikdə yerləşir.  Ümumi sahəsi 40 hektara qədərdir. 2009-cu ilin yayında Şutur (Şətəl) qalasında aparılan tədqiqatlar uğurla nəticələnib. Arxeoloji qazıntılardaİrəliİctimai Birliyinin üzvləri Bakı Dövlət Universitetinin tələbələri iştirak edib. Qazıntılar zamanı 50 ədəd müxtəlif hökmdarların adlarına kəsilmiş mis pullar, şüşə qolbaqlar, muncuqlar, toxuculuq alətləri, xeyli miqdarda cam boşqab tipli qablardan hissələr, gil çıraqlar, işıqlandırma vasitələri, fayans qablar, təndir quyular, sümükişləmə, daşişləmə sənətinə aid məmulatlar, çilli-ləkəli qablar s . tapılıb. Onlardan bəzilərinin oturacağına ustaların şəxsi möhürləri vurulub. Saxsı məmulat şirli şirsiz qablardan ibarətdir. Basmanaxlı yapma üsulu ilə bəzək vurulmuş qablar daha çoxdur. Bəzi qabların oturacağına şəxsi möhürlər vurulub, bəzilərinə isə çərtmə üsulu ilə nişanlar qoyulub. Tədqiqat işləri zamanı həmçinin emalatxana otaqları, ictimai binaların qalıqları da aşkarlanıb. Məlum olub ki, üst təbəqələrin tikintiləri ilə əlaqədar qazılmış quyular, təndirlər, xəndəklər s. özündən əvvəlki təbəqələri dağıdıb, əksər hallarda onların materialları torpaqla birlikdə çıxarılıb atılıb. Şəhərin şimal-şərq tərəfində yerləşən birinci qazıntı sahəsində ən qədim mədəni təbəqənin qalınlığı (V-VIII əsrlər) 1.1 metrdən 1.5 metrə qədər olub. Bu təbəqənin əsas tapıntıları osteoloji qalıqlardan, şirsiz gil qablardan onların hissələrindən ibarətdir. Şəhər yerindəki ikinci mədəni təbəqənin qalınlığı 1.7-2 metr olub IX-X əsrləri əhatə edir. Bu dövrə aid təbəqə özündən əvvəlkindən həm materiallarının çoxluğu, həm təbəqənin qalınlığı ilə fərqlənir. Kəşfiyyat xarakterli qazıntı işləri zamanı şəhər yerindən yaşayış məişət tikintilərinin qalıqları da aşkar edilib. Müəyyən olunub ki, IX-X əsr mədəni təbəqəsinin yaşayış binalarının bünövrələri xırda çay daşları, divar isə bişmiş kərpic ya möhrə üsulu ilə hörülüb. Otaqların divarına tərkibinə saman qatılmış torpaqdan üzlük çəkilib, bəzilərinin döşəməsi şirələnib, digərləri isə Sasani dövrünün sonuna uyğun kərpiclərlə döşənib. Yerli əhali arasındaAyı balasıadlandırılan bu formalı kərpiclər Mingəçevir, Beyləqan Qəbələnin həmdövr təbəqələrindən məlumdur. Müxtəlif ölçülü otaqların içərisində təndir yerləri var. Belə təndirlərin bəzilərindən evi isitmək üçün, başqalarından isə kürə kimi istifadə olunub. Mədəni təbəqədən tapılan materialların çoxluğu, təndir quyuların sıxlığı IX-X əsrlərdə Şətəldə həyatın daha gur olduğunu təsdiq edən tutarlı dəlillərdir. Birinci mədəni təbəqədə olduğu kimi, ikinci mədəni təbəqənin yaşayış binalarının yaxınlığında da xeyli quyu aşkar edilib. Lakin tədqiqatlar göstərir ki, əgər birinci dövrdə belə quyulardan əsasən təsərrüfat məqsədilə istifadə olunmuşdusa, ikinci dövrdə onlardan ən çox zibil tökmək üçün yararlanılıb. Çünki IX-X əsr quyularından çoxlu miqdarda heyvan sümükləri, məişət qabları müxtəlif əşyaların qırıntıları tapılıb. Şutur qalasından əldə edilən maddi-mədəniyyət nümunələri içərisində su təchizatı sistemində böyük rol oynayan su kəməri qalıqları xüsusilə qeyd edilməlidir. Təxminən 45-50 metr uzunluqda aşkar olunmuş su tüngləri əkin işləri zamanı qismən məhv edilib. Yerli əhali arasındaXan qızı bulağıadı ilə tanınmış bulaq da öz suyunu əsasən orta əsr tüngləri vasitəsilə götürür. Gəncə ətrafının orta əsr yaşayış yerlərindən kürəbəndlər üzə çıxarılıb. Kəhrizin quyusu ilə sonuncu gözləri arasında məsafə az olduqda başdan-başa kərpiclə hörülürdü. Bu cür təchizat vasitələri kürəbəndlər adlanırdı.

Şəhər yerinin şimal-şərq tərəfində aparılan qazıntı zamanı müəyyən olunub ki, onun giriş darvazası da məhz bu hissədə olub. Onun eninin təxminən 5 metrə qədər olduğu müəyyən edilib. Şəhərin XI-XIII əsrin əvvəllərinə aid tarixindən danışarkən qeyd etmək lazımdır ki, arxeoloji tədqiqatlar bu dövrdə Şətəlin ictimai-siyasi həyatında böyük dönüş baş verdiyini təsdiq edir. Onun iqtisadiyyatı sürətlə artır, özü isə böyüyüb Azərbaycanın orta səviyyəli şəhərlərindən birinə çevrilir.

Arxeoloji kəşfiyyat işləri zamanı Gürzalılar kəndi yaxınlığında monqolların hərbi düşərgəsi, daş top mərmiləri silah hazırlayan emalatxana da aşkarlanıb. Düşərgə hər tərəfdən təbii yüksəkliklərlə əhatə olunub, ortasından Kürəkçayın bir qolu axır. Tədqiqatlar belə bir fikri əsaslandırmağa imkan verir ki, birinci hücum zamanı Gəncəni tuta bilməyən monqollar ikinci hücumda dövrün daha mükəmməl silahlarından istifadə ediblər. Bu silahlar yerli ustalar tərəfindən böyük ustalıqla hazırlanıb. Daş mərmilər 100-200 kq ağırlığındadır. Onların asan parçalanması zədələdiyi yeri yandırması üçün tərkibinə qarğaduzu qatılıb. Xatırladaq ki, həmin ərazidə növbəti ildə arxeoloji tədqiqatların davam etdirilməsi nəzərdə tutulur.

 

 

Nüşabə

 

Palitra. -2010. – 13 iyul. – S.7.