“Qadın dünyası”nın hədiyyəsi

 

“Qadın dünyası” qəzetinin əməkdaşları Heydər Əliyev Fondunda olublar. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

 Bildirilib ki, fond bütün sahələrdə genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazanın yaxşılaşdırılması, diabet və talassemiyadan əziyyət çəkən insanlara hərtərəfli qayğı göstərilməsi, müasir tələblərə cavab verən yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, zəngin mədəniyyətimizin öyrənilməsi və təbliği üçün həyata keçirilən layihələr fondun fəaliyyətinin prioritet istiqamətini təşkil edir.

Fondun  ekspozisiyası, dahi rəhbərin uşaqlıq gənclik illərini əks etdirən fotolarla, ulu öndərin orta ali məktəblərdə aldığı diplomlar fərqlənmə sənədləri ilə tanış olan qonaqlara ümummilli liderin otağının interyeri, müxtəlif dövrlərdə aldığı fəxri fərman sənədlər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün beynəlxalq təşkilatlarda çıxışlarını əks etdirən fotoşəkillər barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, ulu öndərin ölkədə müstəqil mətbuatın formalaşmasında da böyük rolu olub. Görkəmli şəxsiyyət Heydər Əliyev kütləvi informasiya vasitələri ilə bağlı bir neçə tarixi sərəncam imzalayıb.

 Dahi rəhbərin neft strategiyası barədə məlumat, ulu öndərin dünyanın tanınmış siyasi, mədəni elm xadimləri ilə çəkdirdiyi şəkillər fondun ziyarətçilərində xüsusi maraq yaradıb.

Qonaqlar Heydər Əliyev Fondu ilə tanışlıqdan zəngin təəssürat aldıqlarını bildiriblər.

Vurğulanıb ki, qəzetin keçirdiyi sorğuya əsasən, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilin ən mərhəmətli fəal deputatı seçilib. Qəzetin əməkdaşları bununla bağlı fonda hədiyyə təqdim ediblər.

 

 

Qorqud

 

Palitra. -2010. – 14 iyul. – S.4.