Lənkəranda «Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər perspektivlər» silsiləsindən beşinci konfrans

 

Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr ounmuş silsilə tədbirlərdən sayca beşincisi ötən gün Lənkəran şəhərində keçirilib. «Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər perspektivlər» mövzusunda konfransı giriş sözü ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov açıb.

T.Süleymanov ölkədə media sahəsində həyata keçirilən dövlət siyasətinin müxtəlif aspektləri barədə məlumat verib. O bildirib ki, ölkə Prezidentinin milli mətbuatın 135 illik yubileyinin keçirilməsi haqqında 10 iyun 2010-cu il tarixli sərəncamından irəli gələrək müxtəlif bölgələrdə konfranslar düzənlənib. Tədbirlərin yüksək şəkildə təşkil olunduğunu, medianın hazırkı durumu, keçdiyi tarixi yol haqqında geniş diskussiyaların aparıldığını deyən şöbə müdirini müavini Lənkəranda baş tutan toplantının da əhəmiyyətli olacağına əminliyini bildirib.

Lənkəran şəhər icra hakimiyyətinin başçısı Tofiq İbrahimov rayonun Azərbaycanın ictimai fikrində xüsusi yerinin olduğunu deyib. Rəhbərlik etdiyi bölgədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri barədə statistik məlumatlar verən T.Hüseynov medianın kəmiyyət əmsalının keyfiyyətlə uzlaşmasının vacibliyini önə çəkib. «Ölkədə mediaya dövlət qayğısı daim artmaqdadır. Mövcud sahədə ardıcıl siyasət yürüdülür. Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının milli mətbuatın 135 illik yubileyi münasibətilə imzaladığı sərəncam bunun növbəti əyani nümunəsidir. Belə bir durumda istər kütləvi informasiya vasitələrinin, istərsə onların məlumat mənbələrinin üzərinə böyük məsuliyyət düşür», - deyə o əlavə edib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov «Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər perspektivlər» mövzusunda məruzə edib. Şura sədri bildirib ki, 1875-ci ildən bu günədək Azərbaycan mətbuatı respublikanın ictimai-siyasi, sosial-mədəni ab-havasının formalaşmasında başlıca faktor rolunu oynamağı bacarıb. Bunu böyük nailiyyət adlandıran Ə.Amaşov mövcud statusun heç asanlıqla əldə edilmədiyini vurğulayıb: «Həsən bəy «Əkinçi»nin nəşrini demək olar, tək həyata keçirib. Əsrin əvvəllərində fəaliyyət göstərən müstəqil ruhlu mətbuatın fəaliyyətinə çar Rusiyası tərəfindən məhdudiyyətlər olub. Sovet dönəmi hər birimizə yaxşı məlumdur. Qadağalar, təqiblər sair. Bununla belə mətbuatımız əsrin sonlarına doğru əsrin əvvəllərində oynadığı missiyanı təkrarən üzərinə götürdü - Azərbaycanın müstəqillik ideyasının carçısına çevrildi».Ölkədə media sahəsində mükəmməl qanunvericilik bazasının mövcud olduğunu vurğulayansədri diqqəti bəzi sui-istifadə hallarına da yönəldib:

«Ölkədə qəzet, jurnal, informasiya agentliyi təsisi üçün münbit şərait var. Hər kəs cüzi tələbləri yerinə yetirməklə media sahibi ola bilər. İstərdim ki, məsələnin mənfi müsbət tərəflərini ətraflı nəzərdən keçirək. Kütləvi informasiya vasitələrinin 4000-i ötən sayı keyfiyyətlə dərəcədə uzlaşır, - deyən Ə.Amaşov media sahəsindəki problemlərin digər cəhətlərindən geniş bəhs edib.

 Məruzə ətrafında çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açıb. Mətbuata dövlət dəstəyinin prinsip formaları barədə məlumat verən V.Səfərli qurumun qarşıdakı görəcəyi işlər barədə məlumat verib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid çıxışında KİV-lərin cəmiyyətin həyatında daşıdığı missiyanı xüsusi vurğulayıb. Mətbuatın tarixi keçdiyi yol barəsində danışan İH üzvü media vasitələrinin Azərbaycanın dövlət müstəqilliyini əldə etdiyi ilk dönəmdəki çətin anlarını xatırladıb, həmin vaxt ümummilli lider Heydər Əliyevin apardığı siyasətin həlledici rol oynadığını deyib. O bildirib ki, eyni kursun Prezident İlham Əliyev tərəfindən davamı özünü çoxsaylı fərman sərəncamlarda göstərir. R.Məcid nitqində KİV-in cəmiyyət həyatının müxtəlif sahələrinə dair nöqsanları işıqlandırma xüsusiyyətlərinə məmur-jurnalist münasibətlərinə diqqət yetirib.

Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli media sahəsindəki problemlərin kökündə iqtisadi amilin dayandığını vurğulayıb. Mövcud cəhət isə digər çoxsaylı problemlərə, o cümlədən jurnalistlərin sosial-məişət qayğılarının çoxluğuna səbəb olur. «Çox yaxşı haldır ki, ölkədə jurnalistika sahəsində müsabiqələrin sayı artır. Bunlar jurnalistlərin maddi durumlarının nisbətən olsa, yaxşılaşdırmaq, peşəni stimullaşdırmaq baxımından əhəmiyyətli rol oynayır», - deyə o əlavə edib.

Çıxış edənlərdən «Yeni gün» qəzetinin (Cəlilabad) redaktoru Böyükxan Bağırlı, «Suqovuşan» qəzetinin (Sabirabad) redaktoru Pakizə Məmmədova, «Yeni həyat» qəzetinin (Masallı) redaktoru Əyyub Mehdiyev, Cəlilabad Rayon İcra Hakimiyyətinin şöbə müdiri İnqilab Quliyev, Lerik Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əlipənah Bayramov, Astara Rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Abdullayev başqaları ölkə rəhbərliyinin söz mətbuat azadlığı ilə bağlı məsələlərə daim həssas yanaşdığını bildirərək milli mətbuatın 135 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident sərəncamını jurnalistikanın tarixinə verilən önəmin növbəti bariz nümunəsi kimi dəyərləndiriblər.

 

 

Əlimərdan

 

Palitra. – 2010. – 14 iyul. –S.10.