Meyvələrin müalicəvi əhəmiyyəti
Sağlam bir orqanizm üçün
güclü immunitet lazımdır. Bu olmasa, orqanizm bütün xəstəliklər
və infeksiyalar qarşısında aciz olar. İmmunitetin
güclü olması üçün antioksidantlar, vitamin və
mineralların orqanizmə qəbulu vacibdir. Orqanizmin
güclü olmasının sirri isə meyvələrdədir.
Güclü immunitet üçün türk həkimlər A,
C və E vitamini ilə zəngin olan meyvələrdən
istifadə etməyi tövsiyə edirlər. Bu gün biz meyvə
şirələrinin sehirli qüvvəsindən
danışacağıq.
Portağal şirəsi - bu meyvənin şirəsi immun sisteminə ikiqat güc verir. Soyuqdəymə və qrip
hallarının qarşısını alır. C vitamini ilə
zəngin olan bu şirə öskürəyi də
azaldır. Ürəyə gedən damarlarda tıxacları
açır. Qan dövranını
normallaşdırdığı üçün dərini də
gözəlləşdirir. Gündə bir stəkan təzə
sıxılmış təbii portağal suyu sizin
sağlamlığınızın və gözəlliyinizin
keşiyində durur.
Nar şirəsi - qanda şəkəri
və xolesterolu normada saxlayır. Xərçəng hüceyrələrinin
artmasının qarşısını alır. Bundan əlavə
ishal zamanı və bağırsaqlardan parazitlərin kənar
edilməsi üçün çox faydalıdır.
İfrazat sistemi üçün xeyirli olduğu qədər
orqanizmdə qan yaratması ilə də nar şirəsi
faydalı hesab olunur.
Albalı şirəsi
- qızdırmalı xəstələr
üçün faydalıdır.
Tərkibi A vitamini və potasium
ilə zəngindir. Orqanizmdəki artıq suyu kənara
çıxarır, mədə və qaraciyərin fəaliyyətinə
yaxşı təsir göstərir.
Ərik şirəsi
- tərkibi A, E və
B3 vitaminləri, kalsium,
magnezium, potasium və fosforla zəngindir. Bütün bu minerallar insan
orqanizmini gücləndirir, qanı artırır. Bu şirəni
əsəb xəstəliyindən əziyyət çəkənlər
daha çox içməlidir. Bundan başqa ərik şirəsi
sümük əriməsi xəstəliklərinin
qarşısını da alır.
Şaftalı şirəsi
- şaftalı A, B3 və
C vitaminləri ilə
zəngindir. Qripə qarşı əsil
qalxandır. Zəhərli maddələri zərərsizləşdirir.
Öd kisəsi və böyrək üçün
faydalıdır.
Üzüm şirəsi
- A və C vitamini, minerallar və dəmirlə zəngindir.
Dərini yaşlanmadan qoruyur, revmatizma üçün
münasib dərmandır. Qan yaratmaqla yanaşı ürəyin
fəaliyyətinə müsbət təsir edir. Zehni və
fiziki yorğunluğu dəf edir.
Pomidor şirəsi
- C və E vitaminləri,
potasium və digər minerallarla faydalıdır. Onun tərkibindəki likopen maddəsi müxtəlif qan xəstəliklərinin,
o cümlədən xərçəngin
düşmənidir.
Meyvə şirəsi 10 faiz
meyvədən hazırlanır. Nektarlar isə 25-50 faiz təbii
meyvə şirəsi ilə hazırlanır. Meyvəli
içkilərdə isə təbii meyvə şirəsi 10
faiz olur. Meyvə şirələri
daha çox Avropada insanlarıın sevimli içkisi hesab
olunur. Almanlar ildə 46 litr şirə içir. Türkiyədə
isə bu rəqəm 4.5 litrdir. Yəni bir türk ildə 4.5
litr meyvə şirəsi içir. ABŞ-da bu rəqəm 36
litrdir. Onu da bildirək ki, meyvələr şəkərli,
yağlı və nişastalıdır. Mütəxəssislər
şabalıdı yeganə nişastalı meyvə hesab edir.
Meyvələr bişirildikdə və ya qurudulduqda vitaminlər
yox olur. Ona görə də meyvə şirələrini təzə-tər
meyvələrdən əldə edin. Yaşlı insanlar
portağal, naringi, ərik, qarpız, çiyələk,
böyürtkən, alma, şaftalı, üzüm şirələrindən
tez-tez istifadə etməli və ya onları elə çiy
halda yeməlidir .
İndi isə sizə təzə və qurudulmuş meyvələrin
kalori cədvəlini veririk.
Təzə meyvələr:
100 qr. ərik 51 kalori
100 qr. portağal 45 kalori
100 qr. banan 88 kalori
100 qr. gilas 80 kalori
100 qr. əncir 80 kalori
100 qr. çiyələk 37 kalori
100 qr. quşüzümü 57 kalori
100 qr. naringi 44 kalori
100 qr.
100 qr. qarpız 20 kalori
100 qr. armud 61 kalori
100 qr. şaftalı 38 kalori
100 qr. üzüm 66 kalori
100 qr. şabalıd 213 kalori
Qurudulmuş meyvələr
100 qr. xurma 274 kalori
100 qr. əncir 274 kalori
100 qr. badam 598 kalori
100 qr. qoz 663 kalori
100 qr. fındıq 646 kalori
100 qr. ərik 268 kalori
Nüşabə
Palitra. -2010. – 14 iyul. – S.12.