Yeni beynəlxalq neft müqaviləsi imzalanıb

 

Azərbaycanın quru sahəsində yerləşən «Balaxanı-Sabunçu-Ramana» «Kürdəxanı» neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi layihəsinin həyata keçirilməsi ilə bağlı ARDNŞ Almaniyanın «UGE-Lanser PTİ. Ltd şirkəti arasında Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanıb. Sazişin imzalanma mərasimi dünən Bakıda keçirilib. Sənədi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və «UGE-Lanser PTİ. Ltd şirkətinin baş meneceri Lother Tauşte imzalayıb.

Tədbirdə çıxış edən ARDNŞ prezidenti R.Abdullayev bildirib ki, ümumi sahəsi 16,14 kv. km təşkil edən «Balaxnı-Sabunçu-Ramana» «Kürdəxanı» neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi hasilatın pay bölgüsü haqqında sazişdə «UGE-Lanser PTİ. Ltd şirkətinin iştirak payı 75%, ARDNŞ-in Ortaq Neft Şirkətinin payı isə 25% müəyyən edilib. Məsrəflərin əvəzinin ödənilməsindən sonra qalan mənfəət karbohidrogenlər ARDNŞ ilə podratçı arasında «R» faktoru mexanizminə əsasən bölüşdürülüb. Burada Azərbaycan tərəfinə düşən pay 55%-dən 92,5% kimi artacaq.

Sazişə əsasən, qeyd olunan neft yataqları blokunun işlənmə hasilat dövrü 25 il müəyyən edilib. Həmin müddət başa çatdıqdan sonra işlənmə hasilat dövrü, ARDNŞ təsdiq edərsə, daha 5 il uzadıla bilər.

L.Tauşte isə rəhbərlik etdiyi şirkətin ARDNŞ- 5 ildir əməkdaşlıq etdiyini, Azərbaycanın neft-qaz sektorunda bir çox ekoloji layihələrin icrasında iştirak etdiklərini deyib. R.Abdullayev yataqların işlənilməsinə yatırılacaq investisiyalar Azərbaycana ödəniləcək bonuslar barədə məlumat verib. ARDNŞ prezidentinin sözlərinə görə, sazişin qüvvəyə minmə tarixində 2 mln. dollar bonus ödənişləri həyata keçiriləcək. Bundan sonra, 90 gün ərzində orta sutkalıq hasilatı 1,5 dəfə artırdıqda daha 2 mln. dollar bonus ödəniləcək. Yataqların işlənilməsinə qədər investisiya tələb olunmasına gəlincə, ARDNŞ prezidenti «təcrübəyə əsasən bu yataqlara bir neçə yüz milyon dollar investisiya tələb olunacaq», - deyə vurğulayıb.

 

 Ehtiyatı az qalmış qurudakı neft yataqları xarici şirkətlərə işlətməyə verilir

 

 R.Abdullayev vurğulayıb ki, quruda yerləşən, vaxtı ilə istismar olunmuş çıxarıla bilən ehtiyatları az qalmış neft yataqları xarici şirkətlərə işlətməyə verilir: «Biz fikirləşirik ki, 7-9 mln. ton ehtiyatı olan quru yataqlarına 25 il müddətinə böyük investisiyalar cəlb etməkdənsə, həmin yataqları işlətməyə vermək daha məqsədəuyğundur. Bununla həm maya dəyərini azaldırıq. Bu layihələrdə Azərbaycan tərəfinin heç bir xərci yoxdur, dövlət ona düşən payı neft şəklində alır». Artıq bir neçə ildir quru yataqlarında dövlətin payının HPBS əsasında xarici şirkətlərə verildiyini deyən R.Abdullayev ARDNŞ-in böyük həcmli investisiyaları əsasən böyük strukturların işlənilməsinə cəlb etdiyini bəyan edib. Şirkət rəhbəri onu da vurğulayıb ki, hazırda qarşıda duran əsas məsələ ehtiyatların artırılmasıdır. Bunun üçün dənizdəki strukturların kəşfi işləri aparılır.

 

 Ankarada qaz müqaviləsinin bağlanmasına dair danışıqlar aparılır

 

 Şirkət rəhbəri qeyd edib ki, ARDNŞ tərəfdaş şirkətlərin nümayəndə heyətlərindən ibarət işçi qrupu Türkiyəyə gedib. Artıq Ankarada təbii qazın alqı-satqısına dair danışıqların başladığını deyən ARDNŞ rəhbəri bu gün «BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşirlə birlikdə danışıqlara qatılacağını açıqlayıb: «Çalışacağıq ki, bununla da Türkiyə ilə müqavilədə nəzərdə tutulan texniki məsələləri həll edək. Buna qədər nail olacağıq, onu zaman göstərəcək». R.Abdullayev əlavə edib ki, hazırda ARDNŞ-in Türkiyədəki ən böyük investisiya layihəsi «Petkim» neft-kimya kompleksidir. Artıq «Petkim» neftayırma zavodunun inşası ilə bağlı işlər aparılır sənədləşmə işləri başa çatıb, Türkiyə hökumətindən lisenziyanın alınması gözlənilir: «Lisenziya alınandan sonra detal mühəndisliyə başlanacaq. Gələn il isə tikintiyə başlamağı planlaşdırırıq. Orada 10 mln. ton istehsal gücünə malik kompleksin tikintisi nəzərdə tutulur. Burada istehsal olunan məhsulun 4 mln. tona yaxını «Petkim»in xammalı kimi istifadə olunacaq, qalan məhsul isə Avropa Türkiyə bazarlarında satılacaq».

 

 Gələn il Suriyaya qaz ixrac edilə bilər

 

 Gələn ildən Azərbaycanda hasil olunan təbii qazın Türkiyə üzərindən Suriyaya nəqlinə start verilə bilər. Bu barədə «APA-Economics»ə Türkiyənin «BOTAŞ» şirkətindən məlumat verilib. Hazırda «BOTAŞ»ın Türkiyə Suriyanı birləşdirən qaz kəmərinin tikintisi işlərini həyata keçirdiyini qeyd edən şirkət nümayəndəsi işlərin ən tezi gələn ilin ortalarında yekunlaşacağını vurğulayıb.

«BOTAŞ»dan həmçinin bildirilib ki, şirkət Ceyhan limanında maye qaz terminalı tikmək niyyətindədir. Hazırda bu layihə üzərində müzakirələr gedir terminal tikiləndən sonra Azərbaycan qazının da bu terminalda mayeləşdirilərək tankerlər vasitəsi ilə dünya bazarlarına çıxarılması mümkün olacaq. «BOTAŞ» şirkətinin nümayəndə heyətindən onu da bildiriblər ki, Azərbaycan Türkiyə arasında təbii qazın alqı-satqısına dair lazımi olan sənədlər demək olar ki hazırdır tərəflər qazın qiyməti, həcmi tranzitilə bağlı əsas məsələlər ətrafında razılığa gələ bilib. Şirkətdən bildirilib ki, sənədlərin Azərbaycan Prezidentinin Türkiyəyə səfəri çərçivəsində imzalanması gözlənilir. Səfərdən öncə Azərbaycan Türkiyə ekspertləri görüşərək imzalanacaq sənədlər üzərində son müzakirələri aparacaqlar.

 

 

Cavidan

 

Palitra. – 2010. – 4 iyun. – S.10.