Bakıda yeni memarlıq üslubunda muzey inşa olunur

 

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva dünən Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada aparılan tikinti işlərinin gedişi ilə maraqlanıb.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev tikinti işləri barədə dövlət başçısına məlumat verib. Heydər Əliyev Fondunun, Mədəniyyət Turizm Nazirliyinin YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan yeni bina memarlıq üslubuna qeyri-adi formasına görə tamamilə fərqlənəcək. İnşaat işləri başa çatdıqdan sonra binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, muzey kompleksi yaradılacaq. Dövlət başçısı xanımı inşaat işlərinin gedişi ilə bir daha yaxından tanış olublar, binanın üst görünüşündə asılacaq milli ornamentlərlə bəzədilmiş lövhələrə baxıblar. Prezident İlham Əliyev inşaat işlərinin yüksək standartlara uyğun surətdə həyata keçirilməsi ilə bağlı tapşırıq tövsiyələrini verib.

Daha sonra dövlət başçısı xanımı yaxınlıqdakıVenesiya şəhərciyiadlanan ərazidə inşa olunacaq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskiz layihəsi ilə tanış olublar. Mədəniyyət turizm naziri Əbülfəs Qarayev layihə barədə Azərbaycan Prezidentinə xanımına məlumat verib. Eskizin üst görünüşündə Azərbaycanın dövlət himninin notlarının əks olunduğu bildirilib. Qeyd olunub ki, işçi layihəni bu ilin sonunadək başa çatdırmaq, gələn il isə inşaat işlərinə başlamaq nəzərdə tutulub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskiz layihəsi ilə tanış olduqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin inşası üçün nəzərdə tutulan əraziyə baxıblar.

 

 

Palitra. – 2010. – 11 iyun. – S.3.