Turizm iqtisadiyyatın əsas sahələrindən birinə
çevrilib
İqtisadi Əməkdaşlıq
Təşkilatına (İƏT) üzv ölkələrin
Ekoturizm üzrə II ekspert qrupunun (EKO) görüşü və
“Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni
üstünlüklərin müəyyən edilməsinin əsasları”
mövzusunda beynəlxalq ekoregion konfransı başladı. İƏT,
MTN, ETSN-nin birgə təşkilatçılığı ilə
keçirilən və 10 ölkədən 22-yə yaxın
nümayəndənin iştirak etdiyi konfrans iyunun 10-dan 12-dək
keçirilir.
Tədbirdə Azərbaycanın
milli parklarının ekoturizm potensialı, cəmiyyət-təbiət
münasibətlərində ekoturizmin rolu, bu sahədəki
beynəlxalq təcrübə, milli parklarda ekoturizm fəaliyyətinin
tənzimlənməsi, müasir dövrdə davamlı
turizmin (turbiznesin) inkişafında ekoturizmin rolu, Azərbaycanın
Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunun ekoturizm resursu,
Şirvan Milli Parkı ərazisində davamlı ekoturizm fəaliyyətinin
həyata keçirilməsinin əsas prinsipləri, Zaqatala
rayonunda ekoturizmin inkişaf perspektivləri kimi məsələlər
müzakirə olunacaq.
Tədbirdə
çıxış edən EKO-nun baş katibinin müavini Həsən
Tahiran bildirdi ki, hazırda bütün dünya miqyasında ətraf
mühitin mühafizəsi böyük əhəmiyyət kəsb
edir: “Ekoturizm isə bir çox ərazilərdə həyata
keçirilir ki, həmin ərazilərə baş çəkən
insanlarda təbiətlə
İran nümayəndəsi,
ekspert Məhfuzi bildirdi ki, turizmin dünyada təkamül etməsi
1950-ci illərdən başlayır. Həmin ildə
dünyada cəmi 25 milyon turist olub. Turistlərin sayının
ildən-ilə artması ilə bu sektordan əldə edilən
gəlir də artmağa başlayıb. 2010-cu ildə bu gəlirin
800 milyard dollara çatacağının gözlənildiyini
deyən ekspertin sözlərinə görə, ölkələr
turizmdə əsasən cəlbedici əraziləri təqdim
edirlər: “İran da
turizmə perspektivli
sahə kimi baxır. Bizim ölkə
turizm üçün ilin müxtəlif mövsümləri
baxımından dünyada 2-ci yerdədir. 1965-ci ildən etibarən
ekoturizmlə bağlı konsepsiya mövcuddur. Bu turizm
növünün minimum mənfi təsirləri var. İranda potensial ekoturizmə gəldikdə
həm coğrafi, həm də təbii məkanlar var. Heyvanlar və bitki növləri də
xeyli fərqlənir. Eləcə də səhralar,
quru-yarıquru dağlar, təbii sərvətlər var.
İran ekotirzmə malik ölkə kimi təsdiqlənir.
Ekoturizm təbiətdən istifadəni nəzərdə
tutursa, burada müvafiq çərçivəni tətbiq etməliyik.
Bizdə 5 ekoregion var. Bəzən
ərazi su qıtlıgı ilə üzləşir. Ölkədə
203 qorunan ərazi var”.
Mədəniyyət və
Turizm Nazirliyinin Turizm Baş İdarəsinin Daxili turizm
şöbəsinin müdiri Mahir Qəhrəmanov
çıxışında bildirdi ki, müasir dövrün
davamlı inkişaf konsepsiyasının əsas tezisi
üç prinsip əsasında formalaşıb ki, bunlar
iqtisadi inkişafa nail olmaq, sosial rifahın daim artan tələblərini
ödəməklə bərabət təbiətin
tamlığını, onun gələcək nəsillərə
çatdırılmasını təmin etməkdir: “Klassik
turizm özlüyündə iqtisadiyyatın bir sahəsidir. O,
iqtisadiyyata hərətərəfli və geniş sferada təsir
edir. Hər hansı bir ərazidə ayrıca bir turizm
obyektinin açılması onun ətrafında bir sıra kənar,
bilavasitə turizmə aid olmayan, lakin insanların rifah və tələbatlarını
ödəyən fəaliyyət növlərinin yaranması
ilə nəticələnir. Bir sözlə, iqtisadiyyat və
turizm bir-biriləri ilə sıx bağlıdır. Məsələn,
ərazinin infrastrukturunun yüksək səviyyəsi turizmi
inkişaf etdirir. Turizmin inkişafı isə infrastrukturu daha
da təkmilləşdirir. Klassik turizm davamlı
inkişafın ikinci sütununa da müsbət təsir edir. Təbii
ki, turizmin inkişafı ərazinin, bütövlükdə
ölkənin iqtisadiyyatına əlavə axınlar
yaradır. Bu axınların müəyyən hissəsi cəmiyyətin
rifahına xərclənir. Turizmin inkişafı digər tərəfdən
ilk növbədə regionda yaşayan insanların rifahına
müsbət təsir edir. Onlar əlavə iş yerləri
qazanırlar. Bundan başqa qonaqlara müxtəlif xidmətlər
və mallar satmaqla gəlirlərini artırırlar”.
Lakin həmişə asan və
problemsiz də ötüşmədiyini deyən M.Qəhrəmanov
bildirdi ki, bir tərəfdən təbiətin mənzərəli
yerlərində urbanizm sistemlərinin yaradılması orada
yaşayan canlılara mənfi təsir edir: “Belə ki, həmin
ərazinin bitki örtüyü öz təbii zənginliyini
itirərək yerini ekzotik yad növlərə, süni
qazonlara verir. Səs-küy ərazinin faunasına mənfi
təsir edir. Bu komplekslərə çəkilmiş yollar
vahid ekosistemi ikiyə bölür. Bunun nəticəsində
populyasiyalar da ikiyə bölünərək azalır. Son nəticədə
faunanın getdikcə azalmasına səbəb olur. Danılmaz
faktdır ki, bu tip turizm şirkətlərinin təbiətin
mühafizəsinə məsul qurumlarla münasibətləri
hər zaman cəriməsiz ötüşmür. Bu bir tərəfdən
şirkətin gəlirliliyini azaldır, digər tərəfdən
onun cəmiyyətdəki nüfuzuna mənfi təsir edir”.
Ekoturizmin iqtisadiyyatla ekologiya
arasında bağlayıcı rol oynadığını deyən
şöbə müdiri qeyd etdi ki, burada iqtisadi və sosial
inkişaf ətraf, təbii mühitin
sığortaçısı, onun mühafizəsinin
qarantı rolunda çıxış edir, cəmiyyətin tələbatları
arasında balans yaradır, onun gələcək nəsillərə
heç olmazsa olduğu kimi çatdırılmasına zəmin
yaradır. O da vurğulandı ki, turizm marşrutu
üzrə müəyyən məsafələr qət edən
insanlar daha sağlam, dinamik həyat tərzi sürür. Onlar
təbiətlə sıx təmasda olduqca, təbiət
haqqındakı bilik və təsəvvürləri artdıqca
ekoetik dəyərlərə daha çox qiymət verirlər.
M.Qəhrəmanov bildirdi ki,
ekoturizm bu gün cəmiyyətin can atdığı,
geniş axtarışlar etdiyi bir sahənin ekoloji təmiz
mallar və xidmətlər sisteminin tərəfdaşı
kimi çıxış edir ki, cəmiyyət bu gün
alternativ enerji, ekoloji təmiz məhsullar
axtarışındadır. Bunların hamısı isə
son olaraq ətraf mühit və insan sağlamlığına
mənfi təsir edən tullantıların miqdarını
azaltmaqdan ibarətdir və ekoturizm burada gələcəyin
turizmi kimi çıxış edir. Şöbə müdiri
onu da qeyd etdi ki, ekoturizm sahəsində əsas ekoturizm obyekti
kimi xüsusi mühafizə olunan təbiət əraziləri
və təbiət obyektləri çıxış edir:
“Çünki insanlar ilk öncə nadir canlılarla
tanış olmağa daha çox meyilli olurlar. Təbiətin
qorunmasının ümumilikdə vacibliyi hissi, bu sahədəki
insan məsuliyyəti sonra formalaşır. Ona görə də
əlbəttə ki, xüsusi mühafizə olunan təbiət
əraziləri və abidələri əsas ekoturizm obyektləridir.
Ekoturizmin inkişafı xüsusi mühafizə olunan təbiət
ərazilərinin ciddi gəlir mənbəyinə çevrilməklə
onların imkanlarını daha da artırar, dövlət
büdcəsindən dotasiyaların miqdarı azalar. Bu da burada
çalışanların əməkhaqqında, təbiət
komplekslərinin mühafizəsinin daha yüksək səviyyəsində,
yerli icra strukturları və bələdiyyələrin
büdcə gəlirlərinin artmasında əks olunacaq. Lakin
mədəni irs də burada böyük əhəmiyyət
daşıyır. Mədəni irs və sivilizasiya mənbələri
təfəkkürün daha dərin qatlarında yerləşdiyindən
çox önəmlidir. Düşünürəm ki, biz təbiət-cəmiyyət
münasibətlərinin harmonik həllini tapmaq istəyiriksə,
təbiəti mədəni irslə birlikdə turizm obyektinə
çevirməliyik”.
Azərbaycanda bu sahədə
müəyyən işlərin görüldüyünü
deyən M.Qəhrəmanovun sözlərinə görə,
ilk öncə bu sahədə böyük təcrübələri
olan, ekoturizm üzrə böyük nailiyyətlər əldə
etmiş ölkələrin uyğun profilli şirkətləri
və dövlət qurumları ilə əlaqə
yaradılıb: “Mütəxəssislərimiz Türkiyə,
Fransa, Sinqarurda treninqlər keçib.
Düşünürəm
ki, bu konfransın əsas vəzifəsi və hədəfləri
EKO ölkələri arasında sıx ekoturizm şəbəkəsi
yaratmaq, onun əsas prinsiplərini müəyyənləşdirmək,
bu şəbəkəyə mane olan faktorları
araşdırmaqdır. Məhz bunun üçün bu
konfransa ETSN-in mütəxəssisləri dəvət edilib.
Hesab edirik ki, dövlət strukturları, mütəxəssislər
və qeyri-hökumət strukturlarının birgə və
konstruktiv səyi bu sahədə öz faydasını verəcək”.
Qeyd edək ki, tədbirin
sonuncu günü - iyunun 12-də iştirakçılar
üçün Şirvan Milli Parkına ekskursiya təşkil
olunacaq.
Nigar
Palitra. -2010. – 11 iyun. – S.7.