Azərbaycanda elm onun təşkilati formaları

 

 Azərbaycan Fəlsəfə Sosial-Siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Səlahəddin XəlilovunAzərbaycanda elm onun təşkilati formalarıadlı kitabı çapdan çıxıb. Kitabda müasir mərhələdə Azərbaycanda vahid elm təhsil siyasətinin həyata keçirilməsi, fundamental tətbiqi elmlərin spesifik təşkilati strukturu bu sahədə aparılmalı olan optimal islahatın mümkün variantları nəzərdən keçirilir.

 Kitabda elmin missiya funksiyalarından söhbət açılır. Bildirilir ki, elmin funksiyalarını ancaq iqtisadi səmərə ilə məhdudlaşdırmaq olmaz. Elmin həm humanitar missiyası dünyagörüşünün formalaşdırılması baxımından mühüm əhəmiyyəti var: “Cəmiyyətdə nüfuzlu elm adamlarının, böyük intellekt sahiblərinin fikri qədər çox nəzərə alınsa, bir o qədər yaxşıdır”.

Qeyd edilir ki, hazırda bir sıra hallarda əsl elmin əvəzinə, onun ancaq adından nüfuzundan bəhrələnməklə psevdoelmi təşkilatlar qurumlar yaradılır: “Yeni yaranan burjuaziya elmi tədqiqat sahələrinə investisiya qoymaq haqqında düşünmür. Elmi adlar altında cəfəng məzmunlu ya çoxdan məlum olan biliklərdən ibarət qalın-qalın kitablar buraxılır, müxtəlif elmi titullar, fəxri adlar, mükafatlar təsis edilir. Nəticədə kapital həqiqi elmin inkişafı naminə isə etməyə tələsməsə , onu psevdoelmi mühitlə əvəz etməyə çalışır onu müasir reklam lövhəsinə söykənən zəngin, zahirən dəbdəbəli üz qabığının parıltısında itirib-batırır. Kim isə ingilis dilini bildiyinə görə xarici ölkələrdən sertifikatla qayıdır, kim isə internetin imkanlarından istifadə edib yeni-yeni informasiyalarla əsl alimləri belə mat qoyur, kim isə sadəcə pulu olduğuna görə öz adına bu informasiyaların tərcüməsindən ibarət qalın kitablar buraxdırır...”

Qeyd edilir ki, keçid dövründə elmin ictimai şüurda pozitiv bir hadisə kimi hələ saxlandığı, lakin ictimai-iqtisadi bir hadisə kimi öz yerini tapa bilmədiyi bir şəraitdə elmin imitasiyasına ehtiyac yaranır: “Bəziləri köhnə elmin təşkilati formalarını, bəziləri hətta bu təşkilatların yerləşdiyi binaları öz əvvəlki funksiyalarını çoxdan itirmiş laboratoriyaları, bəziləri üstündə monoqrafiya ya elmi məcmuə yazılmış kitabları, bəziləri elmi titul adları, bəziləri elmi idarələrdə çalışan orada rəsmi maaş alan adamları elmin özü ilə qarışıq salırlar”.

Elmin əslində planetar, ümumbəşəri bir hadisə olduğu qeyd edilir: “Vahid böyük elm prosesinə daxil ola bilməyən, sanki özü üçün yaradılmış lokal elm strukturları isə əsl elm deyil. Böyük elmə daxil olmağın öz şərtləri var. Bunlardan biri dünya miqyasında əldə olunmuş yeni biliklərin elmi axtarışların ön cəbhəsində olmaqdır. Cəbhə xəttindən geridə qalanlar müasir elmi prosesə qoşulmayaraq, artıq keçilmiş yolların künc-bucağında hansı isə tədqiqatla məşğul ola bilərlər, lakin bu, elm hesab edilə bilməz”.

Kitabda elmi potensialın qorunub saxlanması zərurətindən bəhs edilir: “Bu gün dövlətin cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri elmi potensialın qorunub-saxlanması ondan milli inkişaf naminə maksimum səmərə ilə istifadə olunmasıdır: “Əgər bu, Elmlər Akademiyasının ənənəvi strukturunu saxlamaq buradakı elmi mühiti bərpa etmək hesabına mümkündürsə, bütün qüvvələri bu istiqamətə yönəltmək, AMEA- hər vasitə ilə dirçəltmək onu işlək mexanizm vəziyyətinə qaytarmaq lazımdır. Lakin bunun üçün böyük təşkilatçılıq işi büdcədən böyük miqdarda vəsait ayrılması tələb olunur”. Elmin maliyyələşdirilməsi ilə bağlı məsələ üzərində dayanılır. Bildirilir ki, kiçik bir ölkə elmin bütün sahələrində aparıcı mövqe tuta bilməz: “Ona görə elmin maliyyələşməsi üstün istiqamətlər (prioritetlər) prinsipi ilə həyata keçirilməlidir”.

Qeyd edilir ki, “elm” anlayışı ilə əhatə olunan tədqiqat sahələri praqmatiklik prizmasından, habelə son nəticənin milli ümumbəşəri dəyərlərlə əlaqəliliyi baxımından üç qrupa bölünə bilər: “Birincisi, tətbiqi elmlərdir ki, onların da real fayda gətirməsi yaxın uzaq məqsədlərə xidmət baxımından iki cür olur. Müəyyən bir əməli fəaliyyət sahəsinin elmi əsaslarla qurulması, konkret bir istehsal müəssisəsinin texniki təchizatının yeni elmi biliklər əsasında təkmilləşdirilməsi ya lokal bir sahədə yeni elmi ideya əsasında daha optimal texnoloji prinsipin həyata keçirilməsi sayəsində elm qısa müddətdə fayda verə bilər. Bu halda elmi biliyin tətbiqinə çəkilən xərclərlə tətbiqdən alınan gəlir arasında müsbət balans yaranır ki, bu da xalis gəliri müəyyən edir. Burada çəkilən xərclər ona görə az ola bilər ki, söhbət yeni elmi biliyin kəşfindən deyil, başqaları tərəfindən əldə edilmiş hazır biliklərin sadəcə tətbiq yollarının araşdırılıb tapılmasından tətbiq prosesinin texniki icrasından gedir. Daha doğrusu, deyilənlər elmin özündən çox, elm ilə istehsal arasındakı əlaqə proseslərinə aiddir”. O da əlavə edilir ki, “elm” anlayışına daxil olan tətbiqi elmlər isə istehsalın cari tələblərinə cavab olmayıb, daha çox dərəcədə ümumi səciyyə daşıyır. Tətbiqi elmlər fundamental elmlərin sahəsində əldə olunmuş biliklər üzərində qurulur.

Kitabda maraqlı məqamlardan biri odur ki, burada AMEA-nın  - akademiklər birliyinin indiki şəraitdə arxa plana keçmiş, lakin əslində ən mühüm hərəkətə gələ biləcək funksiyalarından söhbət açılır. Qeyd edilir ki, AMEA öz üzərinə götürdüyü əlqələndirici funksiyasınıi dublyor qurumlardan xilas olmaqla, prioritet sahələr üzərində, elmi təşkilatçılığı istiqamətində qurmaqla yerinə yetirə bilər: “Çünki bu halda özümünkü başqasınınkı olmayacaq akademiklər birliyi bütün sahələrə eyni ucalıqdan baxa biləcək”.

Qeyd edək ki, kitabda AMEA-nın işləməli olan funksiyaları aşağıdakılar kimi səciyyələndirilir: 1.Azərbaycanda aparıcı olan elm sahələrinin müəyyənləşdirilməsi təsnifatı, elmi standartların tələblərin müəyyənləşdirilməsi - bu məqsədlə AMEA-nın nəzdində elmşünaslıq institutunun yaradılması. 2. Universitet elmi sahə elmlərinin, ixtisaslaşmış akademiyaların, “Elmi-Təhsil-İstehsalatbirliklərinin, elmi fəaliyyət istiqamətlərinin ümumi mənzərəsinin yaradılması elmi işlərin koordinasiyası. 3. Ali Attestasiya Komissiyası dissertasiya şuralarının, ekspert komissiyalarının da işinin bu nüfuzlu qurumla sıx əlaqədə həyata keçirilməsi. Dissertasiyaların hazırlandığı elmi-tədqiqat mərkəzləri ilə sıx əlaqə yaradııması, lakin həlledici sözün AMEA-ya verilməsi. 4. Ölkəmizdə nüfuzlu elmi jurnalların fəaliyyətinin nəşrinin təşkil edilməsi. 5. Ancaq adı qalmış bir dilçilik qurumuna çevrilmiş Terminologiya Komitəsinin fəaliyyətinin canlandırılması, bütün ixtisas sahələri üzrə ən görkəmli mütəxəssislərin bu işə cəlb edilməsi. 6. Koordinasiya şuralarının formal şəkildə deyil, gerçək fəaliyyətinin təşkil olunması ictimai əsaslarlafəaliyyət praktikasından uzaqlaşaraq, bu üçün yetərli dərəcədə pul ayrılması. 7. Elmi tədqiqat layihələrinin dəyərləndirilməsi bu işin təşkilində Elmin İnkişafı Fondu ilə sıx əlaqə yaradılması.

Onu da əlavə edək ki, kitab elm adamları elmin təşkilati məsələləri ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

 

 

          İlkin Ağayev

 

Palitra. -2010. – 18 iyun. – S.6.