Gürcüstan Mədəniyyəti Günləri başlayır

 

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi idman nazirinin müavini Marine Coqoşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ikitərəfli əlaqələrin gələcək perspektivləri müzakirə olunub.

 Ə.Qarayev Gürcüstan nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədinin burada keçiriləcək Mədəniyyət Günləri ilə əlaqədar olduğunu vurğulayıb iyunun 24-nə kimi davam edəcək tədbirlərdə nümayəndə heyətinə uğurlar arzulayıb. Görüşdə nazir bildirib ki, Gürcüstanla Azərbaycan arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini gələn ildən etibarən yenidən təkrarlamaq lazımdır. Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi idman nazirinin müavini Marine Coqoşvili isə Azərbaycanda olmalarına görə xoş hisslər keçirdiklərini bildirib, Mədəniyyət Günlərinin proqramına maraqlı tədbirlər salındığını diqqətə çatdırıb: “Bu səfər ərəfəsində eləcə Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın beşinci Protokoluna əsasən Azərbaycan-Gürcüstan mədəniyyət üzrə alt komissiyasının ikinci iclası da keçiriləcək. Mədəniyyət Günləri çərçivəsində gürcü rəssamın sərgisini, eləcə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında çox tanınmış İ. Suxişvili N. Ramişvili adına Gürcüstan Rəqs Ansamblının konsertini, Bakı Caz Mərkəzində gürcü caz kollektivinin çıxışını, “Bidermantamaşasının nümayişini nəzərdə tuturuq”. Görüşdə Ə.Qarayev Marine Coqoşvili mədəniyyətin digər sahələrində daha sıx əməkdaşlıq etmələrinin vacibliyini vurğulayıblar. Marine Coqoşvili deyib ki, Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycanın ictimai xadimi Nəriman Nərimanovun ev muzeyinin yeni layihəsi tamamlanmaq üzrədir. Nazir müavini bildirib ki, sentyabrda artıq Nəriman Nərimanovun ev muzeyi ilə bağlı yeni işlərin başlanılması nəzərdə tutulur. M. Coqoşvili Dağlıq Qarabağda Azərbaycan mədəniyyət abidələrinin dağıdılmasına da öz münasibətini açıqlayıb: “Mədəniyyət abidələrini heç vaxt heç bir yerdə məhv etmək olmaz. Çünki o, bizim mədəniyyətimizin bir hissəsidir. Hər birimiz mədəniyyətimizi, abidələrimizi qorumağa borcluyuq heç bir zaman dağıtmamalıyıq, əksinə, hər bir vəchlə qorumalıyıq”.

 

 

Cavidan

 

Palitra. – 2010. – 22 iyun. – S.2.