Naxçıvandakı qədim Oğlanqala
şəhəri müstəqil
dövlətin mərkəzi
olub
Naxçıvan MR-in Şərur
rayonu ərazisində qədim arxeoloji abidə olan Oğlanqala
Urartunun tərkibinə daxil olmayan müstəqil dövlətin
mərkəzi olub. ABŞ
Universitetinin Arxeologiya və Antropologiya Muzeyinin əməkdaşı, ekspedisiyanın rəhbərlərindən
biri Lauren Ristved Naxçıvanda keçirilən Amerika-Azərbaycan
birgə arxeoloji ekspedisiyasına dair mətbuat konfransında
qeyd edib ki, ekspedisiya belə qərara gəlib.
“Bizim Şərur rayonunda apardığımız arxeoloji
araşdırmalar və
qazıntılar zamanı
aşkarlanmış, eramızdan
əvvəl I minilliyə
aid maddi mədəniyyət
nümunələri əsasında
cəsarətlə təsdiq
etmək olar ki, Oğlanqala, Naxçıvan qədim Urartu dövlətinin
ərazisi olmayıb”,
- deyə ekspedisiyanın
rəhbəri qeyd edib. Onun sözlərinə görə,
Amerika-Azərbaycan birgə arxeoloji ekspedisiyası Şərur
rayonunun ərazisində 2008-ci ildən tədqiqat aparır və
qazıntılar nəticəsində Oğlanqala abidəsində
qədim sarayın, gözətçi qülləsinin, digər
saray və qala tikililərinin qalıqları, böyük
sayda əmək alətləri, saxsı qablar və mixi
yazı nümunələri aşkarlanıb.
Oğlanqalada arxeoloji qazıntılar zamanı mərkəzi şəhərinin aşkarlandığı
Naxçıvan MR-in Şərur
rayonunun ərazisindəki
qədim dövlətin
Urartuya aid olmadığını
həmçinin Almaniya,
İtaliyadan olan alimlər də təsdiq edir”, - deyə L.Ristvet bildirib. O vurğulayıb ki, son zamanlar bəzi
erməni saytları ABŞ Universitetinin Arxeologiya və
Antropologiya Muzeyinin əməkdaşlarından
Naxçıvan MR-in Şərur rayonunun ərazisində
qazıntı işləri barədə məlumat
aldıqlarını yayıblar. “Biz heç zaman ermənilərə
Naxçıvanda apardığımız arxeoloji
araşdırmalar barədə məlumat verməmişik.
Bunlar hamısı yalandır. Bundan əlavə, Urartunun qədim
erməni dövləti olduğu barədə ermənilərin
yaydığı fikir yanlışdır. Qədim Urartu
dövlətinin ermənilərə heç bir aidiyyatı
olmayıb və bunu dünya alimləri təsdiq edir”, - deyə
amerikalı arxeoloq bildirib.
“Naxçıvan tarixi Azərbaycan ərazisidir və bu ərazidə
həmişə azərbaycanlılar
yaşayıb”, - deyə
Milli Elmlər Akademiyasının Naxçıvan
bölməsinin sədri,
AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev mətbuat konfransında qeyd edib. O vurğulayıb ki,
1820-30-cu illərdə Şimali
Azərbaycan xanlıqları,
o cümlədən İrəvan
və Naxçıvan
xanlıqları Rusiya
tərəfindən işğal
edilib və rus çarı I Nikolayın 21 mart 1828-ci il tarixli xüsusi fərmanı ilə onların ərazisində erməni vilayəti yaradılıb
ki, bu da
gələcəkdə burada
erməni dövlətinin
yaranmasına imkan yaradıb.
“Erməni “tarixçiləri”
bu faktı saxtalaşdırır və
bu erməni vilayətini Ermənistan quberniyası adlandırırlar. Lakin bu faktdır ki, Ermənistan
adlanan dövlət yalnız 1920-ci ildə yaradılıb.
Bundan əlavə, bu ərazidə heç zaman heç bir
erməni dövləti olmayıb”, - deyə akademik söyləyib.
Onun sözlərinə görə, ermənilər tarixən
Balkan yarımadasında
yaşayıblar, tarixin müxtəlif mərhələlərində
isə Anadoluyaya, sonra Van gölünün sahillərinə və
sonda tarixən Azərbaycan torpağı olan və indi Ermənistan
adlanan əraziyə köçüblər. “Lakin erməni
“tarixçiləri” dünya ictimaiyyətinə üzərində
Ermənistan Respublikasının yarandığı qədim
Azərbaycan ərazisini tarixi erməni torpaqları kimi təqdim
etməyə cəhd göstərirlər, o cümlədən
qədim Azərbaycan torpağı olan Naxçıvana
qarşı ərazi iddiaları irəli sürürlər.
Lakin obyektiv mövqe tutan bəzi erməni tarixçiləri
özləri etiraf edirlər ki, 20-ci əsrə qədər
bu məmləkətdə heç bir erməni dövləti
olmayıb”, - deyə İ.Hacıyev qeyd edib.
O vurğulayıb
ki, ermənilər Naxçıvanın qədim,
etnik, müasir tarixini saxtalaşdırır.
“Digər dövlətlərin beynəlxalq tədqiqatçıları,
tarixçiləri həmçinin birmənalı qaydada etiraf
edirlər ki, ermənilərin sayı, hətta onların
Naxçıvan ərazisinə köçdüklərindən
sonra bu məmləkətin əhalisinin ümumi sayının
35-36%-dən çox deyildi. Hətta Naxçıvanda
çoxlu sayda erməninin yaşadığı dövrlərdə belə məmləkətin
milli tərkibində azərbaycanlılar 61-67% təşkil
edirdi",- deyə tarixçi alim söyləyib.
O qeyd edib ki, Naxçıvan
MR-in ərazisində olan
tarixi, mədəni, memarlıq abidələrinin
pasportlaşdırılması, qeydiyyatı və tədqiqi aparılıb və araşdırma zamanı aşkarlanmış
maddi mədəniyyət
nümunələri həmçinin
sübut edir ki, azərbaycanlılar bu ərazidə ən qədim sakinlərdir.
İ.Hacıyevin sözlərinə görə,
ermənilərin Naxçıvanda
yaşadığı dövr
ərzində onların
öz tarixi və mədəni abidələrini yaratması
mümkün olmayıb,
çünki burada məskunlaşa bilməyiblər. “Naxçıvanda ermənilərlə
bağlı toponim, coğrafi adlar yoxdur. Bir tərəfdən
dövlət idarəçilik strukturunda,
Naxçıvanın hakimiyyət strukturunda heç zaman
heç bir nəfər də olsun erməni olmayıb. Burada
böyüyən görkəmli erməniləri barmaqla saymaq
olar, halbuki Naxçıvan torpağı minlərlə
görkəmli azərbaycanlı
- elm, mədəniyyət, incəsənət, dövlət
xadimləri yetişdirib”, - deyə Milli Elmlər
Akademiyasının Naxçıvan bölməsinin sədri
söyləyib.
Məlumat üçün qeyd edək ki, Oğlanqala Şərur rayonundakı eyniadlı kəndin şimal-şərqində, hündürlüyü
140 metr olan Qaratəpə dağı
üzərində yerləşir.
Tədqiqatlar göstərir ki, qalada yaşayış miladdan
öncə 2-ci minilliyin sonu-1-ci minilliyin əvvəllərində
başlasa da, onun müasir dövrədək saxlanan qala
divarları Orta Dəmir dövrünə aiddir. Arxeoloji abidədəki
narınqalanın tədqiqi zamanı aşkar olunan maddi-mədəniyyət
nümunələri başlıca olaraq Orta və Son Dəmir
dövrünə aid olub, amma orta əsrlər və 20-ci əsrin
əvvəllərinə aid arxeoloji materiallar da aşkar olunub.
Qazıntı zamanı abidədə aşkar olunan mixi
yazılar miladdan öncə 8-7-ci əsrlərə aiddir. Həmçinin
çuxurların birindən üzərində mixi yazı
olan saxsı parçası tapılıb. Bundan başqa Dəmir
dövrünə aid ağ rəngli üzvi
qarışığı olan bir neçə döşəmə
qatı aşkar edilib. Abidənin divarlarındakı bəzi
sıralarda rustikalı (qabartmalı) yonulmuş daşlara rast
gəlinir. Bu tip daşlar Şərqi Anadolu və Cənubi Azərbaycan
abidələrində miladdan öncə 7-ci əsrdən
istifadə edilib. Bu, Oğlanqalanın divarlarının daha əvvəlki
dövrlərdə tikildiyini təsdiq edən faktlardan biridir.
Tədqiqat yerindən həmçinin
dəmir ox ucları, sümük bəzək elementi və digər
mühüm arxeoloji nümunələr aşkarlanıb.
Onu da qeyd etmək lazımdır ki,
qazıntılar hələ də davam etdiyindən bir sıra
məsələlər hələlik öz həllini
tapmayıb. Gələcək qazıntıların bu cür məqamlara
aydınlıq gətirəcəyi bildirilir.
İlkin Ağayev
Palitra. – 2010. – 23 iyun. – S.6.