«Humay qızlar üçlüyü»nün ilk klip
təqdimatı
Gənc tarzən Humay Qədimova 4-5 il öncə ilk müsahibələrindən
birini məhz “Palitra” ya vermişdi.
O zaman Humay bir sıra qonşu
ölkələrə Azərbaycan
musiqisini tanıtmaq üçün qastrol səfərlərinə gedirdi.
Azərbaycan tarı bu gənc qızın
ifasında bir daha xarici ölkələrdə
tanındı və sevildi. Yaratdığı
ansamblla o bir sıra türk
sənətçilərini də müşayiət etdi. Onlar arasında meqa-star Tarkanın və Rafət El-Romanın adını çəkmək
olar.
Bir sözlə,
Humay qədim çalğı alətlərimizin
müxtəlif
janrlarda olan musiqilərin ifası ilə gündəmdə qalmasına da səy göstərir. Ötən həftə sonu «Muğam ocağı»nda keçirilən tədbir onun yaratdığı «Humay qızlar üçlüyü»nün (tar, ud - Humay Qədimova, kamança- Sevinc Bağıyeva, nağara- Mahirə Qurbanova) ilk klip təqdimatına həsr olundu. 2003-cü ildə yaradılan və bir sıra
tədbirlərdə iştirak
edən, beynəlxalq festivallarda qalib olan üçlük milli musiqimizin təbliğatı istiqamətində
çalışır. Lakin
onların ilk klipi türk musiqisinin kralı kimi tanınan İbrahim Tatlısəsin
son hitlərindən olan
«Hadi-hadi»nin instrumental
variantına həsr edilmişdi. Burada millilikdən uzaq olmaq istəməyən musiqiçilər ekran işini Elmira Rəhimovanın
ifasında tanınan
«Gecə yaman uzundur» musiqisinin sintezi ilə maraqlı ediblər. Buna baxmayaraq, tədbirdə iştirak edən bir çox qonaqlar üçlüyün
milli musiqimizə, yaxud milli rəqslərimizdən
birinə müraciət
etmələrini daha məqsədəuyğun hesab
etdilər. Sənət
adamlarının fikrinə
bir qədər başqa prizmadan yanaşan Mədəniyyət
və İncəsənət
Universitetinin dekanı
Vamiq Məmmədəliyev
öncə vurğuladı
ki, respublikada tar çalan çoxdur, lakin üçlüyün
ifaçısı olan
Humay qədər çalışqan və
sənətini sevən
ifaçı, özü
də qadın ifaçı yoxdur: “ Klipi çox gözəl çəkiblər.
Və ilk dəfə idi ki, musiqinin
səslənməsində kamança
ilə birgə udun da müşayətini
gördük. Klip adamı yormur. Rejissor 3 dəqiqəyə
baxımlı bir klip süjeti təqdim edə bilib. Qaldı ki, üçlüyün
işinə bilirsinizniz
ki, əvvəllər
də qızlardan ibarət ansambllar olub. Bunlardan ən çox yadda qalan biri
Ceyran Haşımovanın rəhbərlik
etdiyi “Lalə” qızlar ansamblıdır.
Ceyran xanımın artıq davamçısı
var. Ceyran xanım ansamblın qastrol və konsert proqramlarının təşkilati
və inzibati məsələlərinə baxıb.
Ancaq Humay həm ifaçı, həm də təşkilatçıdır. Xalq musiqimizin təbliğində mən
onu layiqli bir davamçı olaraq dəyərləndirirəm.
Humay artıq bir sıra kişi
tarzənlərdən heç
də geri qalmır. Klassik muğamlarımızı və
xalq mahnılarımızı
çox gözəl ifa edir. Bir
də onun xoşagələn cəhəti
də ondadır ki, hər zaman bu sənəti öyrənir.
O gün də mənim yanıma gəlmişdi ki, bir sıra xırdalıqları
öyrənsin. Humay hər zaman öyrənməyə həvəslidir.
Bu da musiqiçi üçün çox müsbət bir keyfiyyətdir ”.
Humay isə öz növbəsində
bildirdi ki, rejissor Rüfət Nəzərlinin ekranlaşdırdığı
bu klipdə vacib məqam udla kamançanın üçlükdə bir
araya gəlməsidir.
Eyni zamanda burada istər geyimlər, istərsə də, çalğıda
milli çalarlar üstünlük təşkil
edir: «Burada fikirlər səsləndi ki, klipi sərhəddən
kənara çıxarmağa
səy göstərək.
Biz bu barədə hələ instrumental əsəri
hazırlayarkən düşünmüşük.
Bu səbəbdən orada
Azərbaycan ladına
uyğun və Şərq üslubuna yaxın olan variantı seçmişik.
Aparılan danışıqlar
artıq başa çatmaq üzrədir. Güman ki, tezliklə ilk klipimizin görüntüləri qonşu
ölkənin telekanallarında
da yayımlanacaq». Sonda öyrəndik ki, «Humay qızlar üçlüyü»nün növbəti klipi də çəkilib
və montaj işləri görülür.
Bu barədə ətraflı məlumat veriləcək.
Nüşabə
Palitra. -2010. – 2 mart. – S.13.