Qloballaşma və Azərbaycan
YAP Qadınlar Şurası və
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı
ilə «Qloballaşma: müsbət və mənfi cəhətlər»
mövzusunda konfrans keçirildi. Konfransda
çıxış edən Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova bildirdi ki, bu gün bütün dünyada
qloballaşma prosesi gedir və bu özünü bütün
sahələrdə göstərir.
Ümumiyyətlə, XXI əsrdə
bəşəriyyətin inkişafını
qloballaşmanın müəyyənləşdirəcəyini
deyən komitə sədrinin sözlərinə görə,
xalqların, dövlətlərin birləşməsinə,
inteqrasiyasına dəfələrlə cəhdlər olub:
«Amma bütün dünyaya sahib olmaq heç kəsə nəsib
olmayıb. Hətta dünyəvi dinlər də bəşəriyyəti
vahid bayraq altında birləşdirə bilməyib». Heç
bir xalqın qloballaşma prosesindən geri qalmaq istəmədiyini
deyən komitə sədri qeyd etdi ki, ölkəmiz də ondan
kənarda qala bilməz: «Lakin bu, milli-mənəvi dəyərləri
itirmək hesabına olmamalıdır. Bu gün elm və
texnikanın tərəqqisinə, sürətli iqtisadi
inkişaf getməsinə baxmayaraq milli-mənəvi dəyərlərin
qorunmasına ehtiyac daha da artıb». Ötən minilliklər ərzində
Azərbaycanın bəşər sivilizasiyasına çox
töhfələr verdiyini deyən komitə sədrinin
sözlərinə görə, hətta ulu öndər Heydər
Əliyev qeyd etmişdi ki, «Biz nadir bir irsin varisləriyik». Məhz
həmin xətti uğurla inkişaf etdirən ölkə
başçısının apardığı siyasət və
həyata keçirdiyi tədbirlər nəticəsində bu
gün tarixi irsimiz, abidələrimiz qorunur. Huydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın
irsimizin qorunmasında çox
böyük zəhməti olduğunu deyən komitə sədri
bildirdi ki, muğam tariximizin qorunması sahəsində həyata
keçirilən tədbirlər məhz bu zəhmətin nəticəsidir.
YUNESKO-da Azərbaycan mədəniyyəti ilə bağlı
bir çox işlər görülür. Azərbaycan
torpaqlarının 20 faizinin ermənilər tərəfindn
işğal olunduğunu xatırladan H.Hüseynova onu da qeyd
etdi ki, bir məsələ heç zaman unudulmamalıdır
ki, bu, yalnız torpağımıza deyil, tariximizə olan təcavüzdür.
Ermənilər torpaqla yanaşı bu gün musiqimizi, abidələrimizi
mənimsəyirlər: «Bütün bu faktları unutmamaq
üçün tariximizi daha dərindən öyrənməliyik.
Mühüm amillərdən biri kimi ailə dəyərlərini
qorumalıyıq. Bu gün cəmiyyətdə bir boşluq əmələ
gəlib və insanlar özlərini bu cəmiyyətin
içində hiss etməlidirlər. İlk növbədə
ailədə formalaşma fikri önəmlidir. Bu baxımdan mənfi
amilləri aradan qaldırmağa
çalışmalıyıq. Məsələn,
çalışmalıyıq ki, erkən nikahlar olmasın.
Bu gün cəmiyyətdə buna münasibət bir qədər
dəyişsə də, yenə də belə hallar var. Əsas
odur ki, hər bir insan hiss etməlidir ki, bu dövlətin vətəndaşıdır
və onun hüququ var. Gənc qızlarımız bilməlidir
ki, onların təhsil almaq hüquqları var. Ailə
kiçik icmadır və biz onlarla işləməliyik».
Müasir dövrü səciyyələndirən
əsas cəhətlərdən birinin sivilizasiyaların
dialoqu prosesi olduğunu deyən millət vəkili Bəxtiyar Əliyev
bildirdi ki, bu baxımdan tarixə nəzər saldıqda intibah
dövrü xatırlanır. Azərbaycanın da bu
dövrü yaşadığını deyən millət vəkili
bildirdi ki, bu gün də həmin dövr yaşanmaqda və təlatümlərlə
müşahidə olunmaqdadır: «Məsələn, Novruz əsrlərdən
bəri xalqımızın qoruduğu bir ənənədir və
bu adət zaman keçdikcə bir az da dərinləşib.
Yetişən nəsil adət-ənənələrin
çox gözəl daşıyıcısıdır. Bəzən
deyirlər ki, Qərb və Şərqən gələn ənənələr
Azərbaycan üçün təhlükə yaradır.
Lakin ulu öndər Heydər Əliyevin yaratdığı Azərbaycan
fəlsəfəsi çox güclüdür. Bugünlərdə
ABŞ Departamentinin hesabatında yer alan fikirlər hər
birimizdə hiddət doğurdu. azərbaycançılıq
gəncliyinin, xüsusilə də onun öndə gedən
hissəsinin, tələbələrinin narkoman adlandırılması
heç bir çərçivəyə sığmır.
Ölkədə gəncliyin təhsilinə xüsusi diqqət
yetirilr və bu baxımdan ölkə baçısı tərəfindən
5 min gəncin xaricdə təhsil alması üçün
yaradılan şərait bunun bariz nümunəsidir». Milli-mənəvi dəyərlərin
böyük önəm daşıdığını vurğulayan
millət vəkili onu da vurğuladı ki, Heydər Əliyev
2001-ci ildə məhz bu mövzuda çıxış edib və
AŞ-nin tamhüquqlu üzvü olduğu zaman həmin
sözləri bir daha səsləndirib: «Azərbaycan Avropaya
yeni milli-mənəvi dəyərlər verə bilər». Millət
vəkili onu da qeyd etdi ki, heç bir yerdə Azərbaycanda
olan tolerantlığın olmadığı bir faktdır. Bu
gün də Azərbaycan xalqı öz dövlətçilik
ənənələrini davam etdirir. Ölkəmiz dünya
sivilizasiyasının inkişafını müəyyən edən
real bir dövlət kimi çıxış edəcək.
Qloballaşmanın bütün dünyanı vahid bir iqtisadi, siyasi, sosial məkanda birləşdirmək arzusu olduğunu deyən millət vəkili Rəbiyyət Aslanova bildirdi ki, bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dünyaya klassik musiqimizi təqdim etməkdə məqsədi odur ki, hər bir azərbaycanlı hansı irsin sahibi olduğumuzu dərk etsin: «Bu gün ölkə başçısının ən böyük rolu odur ki, ölkəmizin asılılığna yol vermir. Ulu öndərin «Mən fəxr edirəm ki, azərbaycanlıyam» ifadəsini heç bir vətəndaşımız unutmamalıdır. Bu gün Azərbaycan gəncliyinin necə olması bizlərdən asılıdr. Hansısa bir nöqsan varsa, demək, düzgün istiqamətləndirməmişik».
Qloballaşma prosesi getdiyi bir zamanda milli-mənəvi dəyərlərin önəmli amil olduğunu deyən təhsil nazirinin müavini Elmar Qasımov bildirdi ki, vacib amillərdən biri də dövlətin immuniteti olan təhsildir. Bu gün inkişafla yanaşı ölkəmizdə milli dəyərlərin mövcud olduğunu deyən E.Qasımovun sözlərinə görə, Azərbaycan tolerant ölkə kimi də tanınır və övladlarımıza müxtəlif dinlərdən olan xalqların adlarının qoyulması da bunun bariz nümunəsidir. Bu gün azərbaycanlı gənclərə qarşı narkomanlıqla bağlı irəli sürülən ittihama gəldikdə isə nazir müavini bildirdi ki, bu sadəcə bir təzyiq vasitəsidir və zərərli vərdişlər Azərbaycanda tüğyan etmir.
Nigar
Palitra. -2010. – 19 mart. – S.2.