Xanlar Əhmədov: “Rəssam üçün balaca bir kafedə belə, sərgi keçirmək önəmli bir hadisədir

 

Bu gün biz Xalq rəssamı Xanlar Əhmədov onun yaradıcılığı haqqında danışacağıq. Təsviri incəsənət sahəsində çalışanlar bu sahə ilə yaxından maraqlananlar X.Əhmədovu çox yaxşı tanıyır. O, dəzgah monumental heykəltəraşlıq sahəsində çalışır. Bir sıra icra olunmuş monumental layihələrin müəllifidir. Əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistanda nümayiş etdirilib. Maraqlı orijinallığı ilə seçilən bir sıra əsərləri müxtəlif muzey şəxsi kolleksiyalarda saxlanılır. X.Əhmədov 1946-cı ildə Bakıda anadan olub. 1996-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Sonralar o, bu sahədə təhsilini davam etdirərək 1972-ci ildə Daşkənddə A.Ostrovski adına  Rəssamlıq İnstitutunu bitirib. 1968-ci ildən xarici beynəlxalq sərgilərin iştirakçısıdır. 1975-ci ildən isə SSRİ Rəssamlar İttifaqının üzvüdür.

Onun yaradıcılığı Moskvada da olduqca maraqla qarşılanıb və əl işləri müxtəlif mükafatlara layiq görülüb. 1976-cı ildə o, MoskvadaGənclər mükafatına, 1982-ci ildə isə  Ümumittifaq Xalq Təsərrüfatı Sərgisində bürünc medala sahib olub. 1995-1996-ci illərdə ard-arda  Humay quşumükafatına layiq görülüb. O, hər zaman yaradıcılıq axtarışındadır hər dəfə maraqlı əl işləri ilə diqqət mərkəzində olur. Bu yaxınlarda Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinin 18-ci ildönümünə həsr edilən sərgidə isə o, sənətsevərlərin görüşünə bir-birindən  maraqlı sənət nümunələri ilə gəldi. Xocalıda ermənilərin törətdiyi dəhşətli hadisələrdən söz açan bu sərgidə Azərbaycan Rəssamlar İttifaqının Heykəltəraşlıq bölməsinin sədri, Xalq rəssamı Xanlar Əhmədovun heykəltəraşlıq qrafika əsərləri bir daha nümayiş olundu. Müəllif «Nalə», «Ana körpəsi ilə», «Yanmış qadın», «Ata fəryadı» əsərlərinin dili ilə faciə qurbanlarının yaşadıqlarını göstərməyə çalışıb. O, bu səpgidə olan əsərləri haqqında bunları söylədi: “Bundan əvvəl bu mövzuya həsr olunan əsərlərim olub. Həmin sərgidə 20 qrafik əsərim nümayiş olunmuşdu. Bütün kinimi, qəzəbimi o əsərlərdə işləmişdim. Çox istərdim ki, Şuşa, Qarabağ alınsın artıq orda da fərdi sərgilərimi keçirim”.

Onu da qeyd edək ki, Xocalı mövzusunda heykəltəraşın işlədiyi qrafik əsərlər qonşu Türkiyədə nümayiş olunub: “Mənim bu mövzuda olan bütün əsərlərim hörmətli millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Ankara Böyük Millət Məclisinin foyesində Xocalıya həsr edilən sərgidə nümayiş olunub. O sərgi Türkiyənin bir sıra vilayətlərində 2 il müddətində nümayiş etdirildi”.

X.Əhmədovun maraqlı işləri sırasındaAzadlıq prospektimetrostansiyasının foyesini misal göstərmək olar: “Bu il mən Arif Qazıyev qardaşım Zakir Əhmədovla birgə  Azadlıq prospektimetrostansiyası ilə bağlı sifariş işlərini yerinə yetirdik. Orda çox böyük həcmli relyef əsərlər var. Metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri biz hazırlamışıq”.

Heykəltəraş daim yaradıcılıq axtarışındadır. İndi o, sənətsevərlər qarşısına hesabat xarakterli sərgi ilə çıxmaq niyyətindədir artıq buna çox ciddi bir şəkildə hazırlaşır: ”Mən artıq gələn il baş tutacaq sərgim üçün çalışıram. Çünki gələn il mənim 65 yaşım tamam olur. Buna görə yubileyimlə bağlı hesabat tipli sərgi keçirməyi düşünürəm”.

-Yaradıcılığınıza aid bir sıra əsərləri gözdən keçirdikdə pessimist əhval-ruhiyyə hiss etdik. Bu ilə bağlıdır?

- Deməzdim, çünki siz bütün əsərlərimə təbii ki, baxa bilməmisiniz. Ancaq yaradıcılıq prosesində əhval-ruhiyyə öz təsirini təbii ki, göstərir. Ovqatdan asılıdır.

- Bilirik ki, sizin əsərləriniz muzeylərlə yanaşı şəxsi kolleksiyalarda da saxlanılır...

- Bəli, əsərlərim Fransa, Yuqoslaviya, keçmiş SSRİ məkanına daxil olan ölkələrlə yanaşı, Şərq ölkələrinin çoxunun muzeyində şəxsi kolleksiyalarda var.

Qeyd edək ki, Azərbaycanın üç rəssamı Dünya Rəssamlıq Akademiyasının akademik fəxri adına layiq görülüb.  Bunların sırasında heykəltəraşlıq üzrə xalq rəssamı Xanlar Əhmədov, dekorativ-tətbiqi sənət üzrə əməkdar rəssam Ənvər Qarayev rəngkarlıq üzrə əməkdar rəssam Eldar Qurbanovun adını çəkmək olar. Onu da bildirim ki ki, hazırda Dünya Rəssamlıq Akademiyası beş azərbaycanlı rəssamı akademik adına layiq görüb onlardan biri X.Əhmədovdur. Bu barədə ona ünvanlanan sualımızı X.Əhmədov belə cavablandırdı: “Bu qurumun prezidenti bura gəlmişdi, bizim rəssamların əsərləri ilə çox yaxından maraqlanırdı bu, onun seçimi oldu. Yəni o, kimin əsərlərini bəyənmişdisə, onları akademiyaya dəvət etdi. Bu qurumun mərkəzi Xorvatiyadadır. Hələlik bu qurumda Azərbaycanın heykəltəraşlıq sənətini yalnız mən təmsil edirəm”.

- Siz bir müddət təhsilinizi Daşkənddə davam etdirmisiniz. Bilirik ki, bir çox hallarda o dövrdə sənət adamları Moskva mühitində təhsilə önəm verirdi. Bəs siz üçün Daşkəndi seçdiniz?

- Mən uşaq yaşlarımdan ürək ağrıları revmatizmadan əziyyət çəkirdim. Ona görə mənim orqanizmim Rusiya iqliminə uyğunlaşa bilmirdi. Həkimlərin məsləhəti ilə mən təhsilimi Daşkənddə davam etdirdim. Bəxtimdən orada müəllimlərimizn əksəriyyəti Pribaltika ölkələrindən, həmçinin Moskva Leninqraddan idi. Məkanı nəzərə almasaq, mən elə Moskva təhsili almışam. Mən orada təhsilimi bitirdikdən sonra Bakıya gəldim. Burada SSRİ Rəssamlar İttifaqının nəzdində aspirantura təhsili vardı. Burda Ömər Eldarovun rəhbərliyi altında həmin aspiranturanı da bitirdim. Bu, birbaşa Moskva ilə bağlı bir təhsil prosesi idi.

- Daşkənd mühiti sizə verdi?

- Dil və mühit mənə yaxın idi. Bundan başqa bu mühit Şərq arxitektura sənətini təlqin edirdi. Müəllimlərimin Rusiyadan olması da bu mühitlə gözəl bir tandem yaratmışdı. Şimal və Şərq mühiti birgə mənə çox gözəl təsir edirdi.

- Rəssamlar daha çox Avropada sərgi keçirməyə can atırlar. Bəs Xanlar Əhmədov üçün bu nə dərəcədə əhəmiyyətlidir?

- Rəssam üçün adi balaca bir kafedə belə sərgi keçirmək önəmli bir hadisədir. Harada nümayiş olunmasından asılı olmayaraq əgər rəssam öz əsərlərini camaata sərgiləyirsə, bu böyük bir qəhrəmanlıq tələb edir. Yəni biri var bir əsərlə çıxış edirsən, biri də var ki, sən fərdi sərgi keçirirsən. Əlbəttə, Şərqlə Qərbin bir az fərqli cəhətləri var. Mən Qərb ölkələrində demək olar ki, tək-tək əsərlərlə çıxış etmişəm. Ancaq may ayında Dünya Rəssamlıq Akademiyasının xəttilə Fransada sərgi keçirilməsi gözlənilir. Hazırda bu sərgi üçün hazırlaşıram ki, ürəyimcə olsun. Bu sərgi üçün mən 5 əsər üzərində işləyirəm. Bu sərgidə akademiyanın bütün üzvləri öz əsərləri ilə çıxış edəcək. Bilirsiniz ki, Avropada sərgi keçirmək çox bahalıdır. Mən istənilən ölkədə Azərbaycanı layiqincə təmsil etməyə can atıram. Sərginin harada keçirilməsindən asılı olmayaraq, çalışıram bilinsin ki, nümayiş olunan əsərlər Azərbaycan heykəltəraşına məxsusdur. Yəni məni heç kimlə səhv salmasınlar. Bu mənim prinsipimdə ən başlıca məqsəddir.

Onun əsərləri sırasında bir sıra görkəmli şəxsiyyətlərin ev muzeyləri üçün hazırladığı xatirə lövhələri çoxdur. H.Cavidə həsr etdiyi ev-muzeyinin giriş qapısı önündəki kompozisiyalı qorelyef görkəmli sənətkarın dahi söz ustasına məhəbbətinin təzahürüdür. Bundan başqa Ə.Əzimzadə, H.Cavid, C.Cabbarlı, Q.Xalıqov, S.Bəhlulzadə kimi sənət nəhənglərinin xatirə lövhələri X.Əhmədovun gərgin əməyinin məhsuludur.

 

 

Nüşabə

 

Palitra. -2010. – 19 mart. – S.10.