“Azərbaycan
İslam ölkələri
içərisində ən etibarlı və
sürətlə inkişaf edən bir ölkəyə çevrilib”
AMEA Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru,
millət vəkili Gövhər Baxşəliyeva: “Heydər Əliyevin gərgin zəhməti və yorulmaz fəaliyyəti nəticəsində ilk vaxtlarda İKT Baş Katibliyi
Ermənistan-Azərbaycan münaqişəsi ilə
bağlı respublikamızın mövqeyini
dəstəkləyən bəyanatlar verdiyi
halda, sonrakı mərhələdə
İKT konfransları Ermənistan-Azərbaycan
münaqişəsi haqqında kəsərli
qətnamələr qəbul edib. Bu
qətnamələrdə Ermənistan-Azərbaycan
münaqişəsi birmənalı şəkildə
Ermənistanın Azərbaycana təcavüzü kimi qiymətləndirilir” Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu prosesində beynəlxalq
münasibətlər və ölkəmizin strateji
maraqları əsasında xarici
ölkələrlə əməkdaşlığı
sıx inkişaf
etdirməsi çox önəm kəsb edir. Azərbaycanın sonrakı
inkişafı və uğurlu
beynəlxalq əlaqələrin qurulması məhz
H.Əliyevin bu sahədə yürütdüyü prinsipial
siyasət nəticəsində ərsəyə gəlib. Bu istiqamətdə isə İsıam
ölkələri və İKT ilə münasibətlərin
inkişaf etdirilməsi heç
də az rol
oynamayıb. Bu barədə
qəzetimizə fikirlərini bildirən AMEA
Şərqşünaslıq İnstitutunun
direktoru, millət vəkili Gövhər
Baxşəliyeva belə qeyd edir:
-Ulu öndər Heydər Əliyevin 87 illik yubileyi
ərəfəsindəyik. Bu baxımdan ümummilli liderin Azərbaycanı zamanın və dövrün tələblərinə uyğun olaraq yenidən
qurması yoluna bir daha nəzər salmaq, onun yeritdiyi
uzaqgörən siyasəti, dövlət quruculuğu
sahəsində görülən əzmkar işləri
təhlil etmək zəruridir. Deyim ki, ümummilli lider 1993-cü ildə hakimiyyətə
yenidən qayıtdığı ilk
günlərdən Azərbaycanın xarici
siyasətini müəyyənləşdirdi. O, bu siyasəti Azərbaycanın strateji
maraqları əsasında yenidən qurdu.
Bu sahədə ilk
addımlar daha öncəki hakimiyyətin
buraxdığı kobud səhvlər
və bunun nəticəsində
Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi
durumu aradan
qaldırmaqla bağlı olub. Həmçinin ölkəmizin strateji
maraqları ilə region
dövlətləri və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı
dövlətlərin maraqlarının
uzlaşdırıldığı
siyasətin yürüdülməsi Azərbaycanın yeni dövrdə dirçəlişini
təmin etdi. Ümummilli
lider Azərbaycanın yüksəlişinə və rifahına yönəlmiş, düşünülmüş xarici siyasət yeritməklə ölkəmizi
dünya birliyinə bağlamağa,
Azərbaycanın bütün
dövlətlərlə faydalı əlaqəsini qurmağa və ölkəmizin həm də de-fakto dünya
miqyasında müstəqil və suveren bir dövlət kimi tanınmasına
nail oldu. Azərbaycanın dünya
dövlətləri, o cümlədən türk və müsəlman
ölkələri ilə
bərabərhüquqlu, faydalı əməkdaşlıq
münasibətlərinin qurulması düzgün
daxili siyasətin mükəmməl və
məntiqi davamı idi. Ölkəmizin
mənafeyinin qorunması istiqamətində
hərtərəfli ölçülüb-biçilmiş
addımların atılmasının gərəkliyini vurğulayan ulu
öndər Azərbaycanın dövlətçilik maraqlarını
hər şeydən uca tutub.
O, müxtəlif dövlətlərin region, o cümlədən
Azərbaycan üzərində qurulmuş
iqtisadi maraq və nüfuz dairəsi uğrunda
mübarizələrini nəzərə alaraq,
çevik manevrlər və dəqiq taktiki gedişlərlə müqəddəs
missiyasını reallaşdırdı...
- Gövhər xanım, Heydər
Əliyevin bu kontekstdə gördüyü işlər nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, region ölkələri və beynəlxalq təşkilatlarla əlaqələrin prioritetləri barədə
nələri demək olar?
- Birinci növbədə, xarisi siyasətdə mövcud reallıqları
nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönələn
əməli dəyişikliklər edildi. İlk
növbədə müstəqil Azərbaycan dövlətinin qeyd etdiyiniz istiqamətlər, eləcə
də müsəlman ölkələri
ilə əlaqələrin yaxın dövr
üçün prioritetləri
müəyyənləşdirildi. Bu prioritetlər dəqiq proqram əsasında və birinci
növbədə Azərbaycanın dövləti və milli maraqları rəhbər tutulmaqla
tədricən reallaşdırılmağa başladı.
Məsələn, Azərbaycan müstəqillik qazandıqdan sonra İslam Konfransı
Təşkilatına üzv olmuşdu. Ümummilli lider müsəlman
ölkələri arasında əməkdaşlığı
möhkəmlətməyi, sülh
şəraitini təmin etməyi, milli-mənəvi
dəyərlərimizi, mədəniyyət və
ənənələrimizi qorumaq, inkişaf və təbliğ etdirməyi
əsas götürən bu
təşkilatla yaxından əməkdaşlıq etmək, onun vasitəsi ilə
müsəlman dünyasının haqq
işimizdə bizə dəstəyinə nail
olmaq prinsiplərini xarici
siyasətimizin vacib istiqaməti hecab edərək bu
təşkilatın bütün
imkanlarından yararlanmağın vacibliyini
həmişə qeyd edib.
1993-cü ilin ikinci
yarısından başlayaraq bu istiqamətdə görülən
işlər sanki yeni
nəfəs aldı. İKT ölkəmizin haqq
səsini çatdırmağa, bizi
beynəlxalq arenada prinsipial
olaraq dəstəkləməyə
başladı. Belə ki, 23 noyabr 1993-cü
ildə İKT-yə üzv
ölkələrin xarici işlər
nazirlərinin BMT iqamətgahında keçirilmiş
koordinasiya toplantısı
Ermənistanın Azərbaycana qarşı təcavüzü
ilə bağlı bəyanat qəbul etdi.
1994-cü ilin sentyabr
ayında İKT xarici işlər
nazirlərinin Pakistan İslam
Respublikasının İslamabad
şəhərində keçirilmiş
7-ci konfransı Ermənistan-Azərbaycan münaqişəsi
ilə bağlı xeyrimizə olaraq daha bir qətnamə
qəbul etdi. Azərbaycanın İKT-nin beynəlxalq aləmdəki nüfuz və imkanlarından lazımi
səviyyədə lstifadə edə bilməsi
istiqamətində Prezident Heydər
Əliyevin 1994-cü ilin iyulunda
Səudiyyə Ərəbistanına rəsmi səfəri dönüş nöqtəsi oldu.
Heydər Əliyevin Səudiyyə Ərəbistanının
kralı Fəhd bin Abduləziz
Əl-Saudla faydalı danışıqları və İKT
rəhbərliyi ilə səmərəli
görüşləri müsəlman aləmində
ölkəmizə olan maraq
və diqqəti artırmış oldu.
Azərbaycanın həm də İslam aləminin
önəmli bir hissəsi olması bir daha təsdiqləndi. Ermənistan-Azərbaycan münaqişəsi ilk dəfə 1994-cü ildə İKT-nin BMT ilə
əməkdaşlığı üzrə problemlər
siyahısına salındı. Münaqişənin informasiya cəhətdən və siyasi tərəfdən
işıqlandırılması, dünya
səviyyəsində onun həll
yollarının və üsullarının araşdırılması
ölkəmiz üçün çox əhəmiyyət kəsb edirdi. Bu
münasibətlərin daha yüksək bir göstəricisi Heydər Əliyevin
İKT ölkələrinin Dövlət və Hökumət
Başçılarının Zirvə toplantısında
1994-cü ilin dekabrında iştirakı idi. Ulu öndər bu toplantını bir növ ATƏT-in üzvü olan
ölkələrin Dövlət və Hökumət
Başçılarının Budapeşt
Zirvə toplantısının davamı hesab
edir orada Azərbaycan üçün bir çox taleyüklü
qərarların qəbul ediləcəyini gözləyirdi.
Buna görə də bu
istiqamətdə bir sıra işlərin
görüləcəyini bəyan etmişdi.
Bu toplantıda da
ölkəmiz layiqlə təmsil olundu, imicimiz daha da
yüksək səviyyəyə qalxdı, Azərbaycan
rəhbəri dünyaya və İslam aləminə
baxışlarımızı yüksək tribunadan
bəyan etdi.
- İslam ölkələri ilə sıx
əməkdaşlıq qurulması daha
hansı əlamətdar məqamlar və müsbət
nəticələrlə yadda qalıb?
- İKT ölkələrinin xarici işlər nazirlərinin 1994-cü ilin dekabrında Kasablankada
keçirilmiş 7-ci Zirvə
toplantısı və 22-ci konfransı, 1995-ci ilin
dekabrında Konakridə keçirilmiş
23-cü, 1996-cı ilin dekabrında Cakartada keçirilmiş
24-cü konfransı İKT Baş katibinin Ermənistan-Azərbaycan
münaqişəsi üzrə məruzəsini
müzakirə edərək, Ermənistanın Azərbaycana
qarşı təcavüzünü kəskin
şəkildə pislədi. Bütün bu konfranslarda
qəbul edilən sənədlərdə də erməni
silahlı qüvvələrinin işğal
edilmiş Azərbaycan torpaqlarından
təcili surətdə çıxarılması,
Azərbaycanın suverenliyinə və ərazi
bütövlüyünə hörmət edilməsi
tələbi qoyulurdu. 1996-cı ilin 21 sentyabrında Bakıda
keçirilən İslam İnkişaf
Bankının Beynəlxalq İnvestisiya
Konfransı da İslam
ölkələri və İKT ilə əlaqələrin durmadan inkişafını göstərən
əhəmiyyətli tədbir kimi qeyd edilə bilər. Konfransın
işində Azərbaycan Prezidenti
şəxsən iştirak edib. 1997-ci ildə isə ümummilli
lider İKT-nin 8-ci zirvə
toplantısında iştirak edib. Prezidentin orada söylədiyi nitq
və keçirdiyi görüşlər
İslam aləmində geniş
reaksiyaya səbəb olub.
Beləliklə, Heydər Əliyevin gərgin
zəhməti və yorulmaz
fəaliyyəti nəticəsində ilk vaxtlarda İKT Baş Katibliyi Ermənistan-Azərbaycan
münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən
bəyanatlar verdiyi halda,
sonrakı mərhələdə İKT konfransları
Ermənistan-Azərbaycan münaqişəsi haqqında
kəsərli qətnamələr qəbul edib.
Bu qətnamələrdə
Ermənistan-Azərbaycan münaqişəsi birmənalı
şəkildə Ermənistanın Azərbaycana
təcavüzü kimi
qiymətləndirilir. Eyni zamanda İKT ilə
münasibətlərin Azərbaycanın iqtisadi
yüksəlişi naminə inkişaf
etdirilməsi və bu yöndə
həyata keçirilən tədbirlər,
çıxarılan qətnamələr də ümummilli liderin
səyləri nəticəsində Azərbaycanın İslam ölkələri ilə
hərtərəfli və səmərəli
əməkdaşlıq qurduğunu, bunun bəhrələrnin isə hazırda da davam etdiyini
və daha çox fayda gətirdiyini təmin edib.
Bu gün Azərbaycan ulu
öndərin yolu ilə bütün sahələrdə
intensiv inkişafı təmin edən ciddi uğurlara imza
atır. Prezident İlham Əliyevin ümummilli liderin siyasi
kursunun layiqli və prinsipial davamçısı olması
Azərbaycanın öz hədəflərinə
çatması yolundakı bütün maneələri aradan
qaldırır. Azərbaycan regionda lider və İslam
ölkələri içərisində ən etibarlı,
sürətlə inkişaf edən bir ölkəyə
çevrilib.
İlkin Ağayev
Palitra.- 2010.- 5 may.- S.5.