Azərbaycanşünaslığın aktual problemləri
müzakirə olunur
Bakı Slavyan Universitetinin (BSU) təşkilatçılığı, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət
Universitetinin dəstəyi
ilə Bakıda "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda I beynəlxalq
elmi konfrans başlayıb.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə
həsr olunmuş konfrans mayın 8-dək davam edəcək. Konfransa
Türkiyə, Fransa, Rusiya, Gürcüstan, Litva, İraq və Qırğızıstandan
nümayəndələr qatılıb.
BSU-nun rektoru Kamal
Abdulla çıxışında
bildirib ki, konfransın işi müasir azərbaycanşünaslığın
müxtəlif aspektlərini
əhatə edəcək.
Burada siyasət, hüquq, tarix, etnoqrafiya, dil və ədəbiyyat,
mədəniyyət, elm və
təhsil, iqtisadiyyat və coğrafiya sahələri üzrə
məruzələr ediləcək.
Təhsil nazirinin müavini Elmar Qasımov konfransın gündəliyinə
salınmış mövzuların
aktual olduğunu və bu işi
davam etdirməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə,
bu konfransın keçirilməsində əsas
məqsədlərdən biri
də dünya universitetlərində azərbaycanşünaslıq
bölmələrinin yaradılmasıdır:
"Artıq bəzi ölkələrdə - Rusiya,
Polşa universitetlərində
belə bölmələr
yaradılıb".
Qeyd edək ki, konfrans
mayın 8-dək Gəncə
və Naxçıvan
Dövlət universitetlərində
davam edəcək.
Əli
Palitra. -2010. – 4 may. – S.11.