Təbii fəlakətin nəticələri
operativ və kompleks şəkildə aradan qaldırılır
Xəbər verildiyi
kimi, baş verən təbii fəlakət nəticəsində
qısa müddət ərzində bir çox rayonda subasma və sürüşmə halları
baş vermişdir. Təbii fəlakət baş verdikdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev bütün məsələləri
nəzarətə götürüb.
Daşqın baş verən kimi, dövlət başçısının
rəhbərliyi ilə
iki müşavirə
keçirilib, təbii
fəlakətin nəticələrinin
aradan qaldırılması
üçün dövlətin
bütün resursları
səfərbər edilib.
Müvafiq dövlət
qurumlarına məsələ
ilə əlaqədar
olaraq konkret tapşırıqlar verilib.
Beləliklə, bu tapşırıqların əsasında
vaxtında təxirəsalınmaz
tədbirlərin həyata
keçirilməsi nəticəsində
daha böyük faciələrin qarşısı
alınıb. Fəlakət
bölgəsində operativ
qərargah yaradılıb,
genişmiqyaslı bəndbərkitmə
işlərinə başlanıb,
zərər çəkmiş
sakinlər çadır
şəhərciklərinə köçürülüb, onların
ərzaq, sağlamlıq,
təhlükəsizlik və
digər məsələləri
qısa zamanda həll edilib. Təbii fəlakətin nəticələrinin aradan
qaldırılması və
təsirinin azaldılması
sahəsində həyata
keçirilən qəti
tədbirlər
vəziyyəti yaxşılaşdırıb.
Bununla da Azərbaycan ictimaiyyəti
gördü ki, Azərbaycan dövləti
istənilən çətinliyin
öhdəsindən gəlmək
iqtidarındadır. Prezident
İlham Əliyev hər bir vətəndaşın
probleminə öz şəxsi problemi kimi yanaşdığını,
hər bir vətəndaşın Prezidenti
olduğunu əyani şəkildə nümayiş
etdirdi. Prezident operativ olaraq təbii fəlakət baş verən rayonlara səfər etdi, təbii fəlakətin nəticələri
ilə əyani şəkildə və yerində, təfsilatı
ilə
Məlumat
üçün onu da qeyd edək ki, Prezidentin sözügedən
sahədə ciddi tapşırıqlarından və
birbaşa nəzarətindən sonra müxtəlif dövlət
strukturları və nazirliklər fəlakətin nəticələrinin
aradan qaldırılması üçün güclərini səfərbər
ediblər. Fəlakətlə bağlı göz altına
alına bilən hər hansı kiçik risklə
bağlı olaraq dərhal operativ tədbirlər
görülür. Qurumlar bunun üçün tam hazır
olduqlarını işdə sübut edirlər. Məsələn,
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında
Dövlət Baytarlıq Xidmətinin həkim briqadası fəlakət
zonasına ezam olunub. Buna Sabirabadın bəzi kəndlərində
heyvanlar arasında yoluxucu xəstəliklərin
yayılması barədə xəbərlərin
dolaşması səbəb olub. Fəlakət zonasına səfər
edən Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə
Rüstəmova isə jurnalistlərə
açıqlamasında yayılan məlumatların təsdiqini
tapmadığını bildirib: “Analizlərin nəticəsi
olaraq deyə bilərəm ki, heyvanlarda hər hansı
infeksion xəstəlik aşkar edilməyib”.
Tibbi yardım
baxımından da vəziyyət tam qənaətbəxşdir.
Fəlakət zonasında olan səhiyyə naziri Oqtay Şirəliyev
deyib ki, baş verən təbii fəlakətlə
bağlı çadırlarda məskunlaşan insanlara hər
cür tibbi yardım göstərilməkdə davam edir: “Fəlakət
bölgəsində su basan ərazilər dezinfeksiya olunur. Artıq
bir sıra insanlar öz evlərinə qayıdır. Əhali
arasında əvvəlki təlaş, stress aradan qalxıb. İnsanlar
görürlər ki, bu qədər işlər
görülür. Bütün bunlar onlara sakitlik gətirir. Cənab
Prezident çadırda məskunlaşan insanlarla
görüşdü, bu da insanların ümidli olmasına təkan
verdi. Cənab Prezidentin göstərişi ilə bölgələrdə
yaradılan tibbi infrastruktur imkan verdi ki, burada tibbi yardım
göstərmək üçün kifayət qədər
imkanlarımız olsun”.
Nazir fəlakət
zonasında bu günə kimi hər hansı yoluxucu xəstəliyin
qeydə alınmadığını da deyib. İnsan tələfatının
olmaması üçün çox ciddi və məsuliyyətli
tədbirlər görülür. Sevindirici haldır ki, xarici
ölkələrdə daşqınlar zamanı çoxlu tələfatlar
qeydə alındığı halda, bizdə belə itki
yoxdur. Son bir həftə ərzində isə fəlakət
zonasında 65 nəfər xilas edilib. Bu barədə Fövqəladə
Hallar Nazirliyinin rəsmi internet səhifəsində məlumat
yerləşdirilib. Kürün səviyyəsinin qalxması
ilə bağlı 7-14 may 2010-cu il tarixlərində Dövlət
Sularda Xilasetmə Xidməti tərəfindən görülən
tədbirlər nəticəsində su basmış ərazilərdən
köməksiz vəziyyətdə qalan 65 nəfər xilas
olunub.
“Fermerlərə də
ziyana görə yardım olunacaq”
Onu da qeyd edək ki,
sel-daşqınlar nəticəsində 18,4 min hektar taxıl
sahəsinə dəymiş ziyana baxmayaraq bu il çörək
qıtlığı baş verməyəcək. Bu barədə
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi
Murtuzəli Hacıyev xəbər verib: “Çünki,
havaların yağmurlu keçməsi dəmyə
zonalarında dənli bitkilərin inkişafı
üçün əlverişli zəmin yaradıb. Ona görə
də bu il biz dəmyə sahələrindən məhsuldarlığı
daha çox gözləyirik. Əgər hava şəraiti
imkan verərsə, biz gözlədiyimiz proqnozu əldə edə
biləcəyik”. M.Hacıyevin sözlərinə görə,
seldən ziyan çəkmiş fermerlərə dəyən
vəsaitin miqdarı hazırda Dövlət Komissiyasında
hesablandıqdan sonra fermerlərə yardım olunacaq. İkinci
əkin üçün taxıl toxumu fermerlərə pulsuz
veriləcək. Ev təsərrüfatına dəyən zərərin
də hesablanması aparılır və bununla bağlı
kompensasiya veriləcəyi gözlənilir.
Müdafiə
Nazirliyi köməyə daha 200 nəfər göndərdi
Qeyd edək ki, Müdafiə
Nazirliyinin əlavə olaraq daha 200 nəfərlik əsgər
və zabit heyəti Kür çayının daşması nəticəsində
baş vermiş təbii fəlakətin fəsadlarını
aradan qaldırılması işinə cəlb olunub. Hazırda
general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi 1200 nəfərlik
hərbi qüvvə bölgədə problemlərin aradan
qaldırılmasında bilavasitə iştirak edir.
Çadırda 8 yeni
doğulmuş körpə
Fəlakət zonasından olan son xəbərə
görə, Şirvan şəhərində Sabirabadın su
basmış kəndlərinin əhalisi üçün
qurulmuş çadırlarda məskunlaşmış insanlar
arasında ağır infeksiya xəstəlikləri, ilanvurma
qeydə alınmayıb. Bu barədə çadır
düşərgəsindəki tibb məntəqəsinə rəhbərlik
edən Şirvan şəhər Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Stansiyasının baş həkimi Mehparə Səmədova
məlumat verib: “Tibb məntəqəsinə müraciət edən
şəxslərə elə oradaca ilk yardım göstərilir,
onlar pulsuz dərmanla təmin edilir. Nisbətən ağır
xəstələr, o cümlədən bütün hamilə
qadınlar Şirvan şəhər Xəstəxanasına
yerləşdirilib. Hamilə qadınların sayı 24 olub.
Onlardan 8-i körpələrini Şirvan şəhər Xəstəxanasında
dünyaya gətirib. Digər hamilə qadınlardan ikisi
çadır düşərgəsinə buraxılıb, 14
qadın isə hazırda xəstəxanada yatır”.
İlkin Ağayev
Palitra. -2010. -18 may. – S.4.